Icma.az
close
up
RU
Naxçıvanda taksi sürücüləri Bolt” şirkətindən şikayət edir MÜRACİƏT

Naxçıvanda taksi sürücüləri Bolt” şirkətindən şikayət edir MÜRACİƏT

Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Naxçıvan şəhəri, Tumbul qəsəbə sakini İbrahimov Rəhman Yasin oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. O, "Bolt” şirkətindən şikayətçidir: 

“Mən, İbrahimov Rəhman Yasin oğlu, yazaraq bildirirəm ki, 16 ildir taksi sürücüsü işləyirəm. 2024-cü il, iyun ayının 10-da kurs keçib, sertifikat almışam. Amma bu günə qədər buraxılış kartını ala bilməmişəm.

Dəfələrlə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, eləcə də Naxçıvan şəhər Avtomobil Nəqliyyat Agentliyinə müraciət etmişəm. İndiyədək şikayətə baxan yoxdur.

Vəziyyətdən istifadə edən “Bolt” şirkəti də qarşısına keçən hər sürücüdən 50 manat pul alıb, onları "şirkətə qoşur". Naxçıvanda taksi sürücülərinin 70 faizi “Bolt” şirkətində çalışır. Başqa qurumlarda işləyən adamlar da saat 6-dan sonra şirkətin proqramını açıb işə çıxırlar. Həmin sürücülərin nəinki sertifikatı, heç sağlamlıq arayışları da yoxdur. 

Hazırda Naxçıvanda şəhərdaxili avtobuslarda gediş haqqı 50 qəpikdir. 4 nəfər avtobusdan istifadə etdikdə 2 manat pul gedir. “Bolt”da qiymətlər ucuz olduğundan 4 nəfər sərnişi qısa məsafəyə 1manat 40 qəpiyə gedirlər. Bəzən müştəri ödənişi kart vasitəsilə ödəyir. Bu zaman şirkət şərt qoyur ki, kartdakı məbləğ 21 manat olarsa, o pul sizə ödəniləcək. 21 manatdan aşağı olursa, təəssüf ki, biz sürücülərə verilmir.

Qoyduqları 21 manat kart ödənişi tamamlandıqda isə 15 faiz pul tuturlar. Hətta 15 faiz desələr də, çox vaxt 28 faiz tutulur. Bir sözlər, sürücülərin haqqı yeyilir.

Şirkətdə şikayətə baxan yoxdur. Dəfələrlə müraciət etsək də, qiymətləri düzəltməlidirlər. Elə qiymət qoyurlar ki, adam çarəsiz qalır. Elə gediş var ki, 90 qəpik yazır...

Sənədsiz, yoxlanışdan keçməyən sürücüləri işdən uzaqlaşdırmalıdırlar. “Bolt” şirkətinin nümayəndəsi deyir ki, mən rəqabət aparıram.

Sən rəqabət aparırsan, bəs, biz sürücülərin günahı nədir? Ailəmizi necə dolandıraq?

Məsələ ilə bağlı Prezidentin Naxçıvan Muxtar Respublikası üzrə səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin qəbulunda olduq. Bu baş verənlərə iradlarımızı bildirdik. Bizə "nəzərə alınacaq" desə də, heç bir yenilik olmadı".

Jalə FAMİLQIZI

Redaksiydan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:348
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 25 Aprel 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see727

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see331

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see296

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see293

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see271

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see268

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see248

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see232

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see231

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see228

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see212

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see206

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see200

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see194

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see193

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see185

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri