Icma.az
close
up
RU
Bolt sürücüsü qadın müştərisinin başına oyun açdı 4500 manatını MƏNİMSƏDİ

Bolt sürücüsü qadın müştərisinin başına oyun açdı 4500 manatını MƏNİMSƏDİ

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakıda maraqlı dələduzluq hadisəsi baş verib.

Redaktor.az-ın “Qafqazinfo”ya istinadla məlumatına görə, bir müddət əvvəl N.Məmmədova polisə müraciət edərək təsadüfən tanış olduğu taksi sürücüsünün onu aldadaraq 4500 manat pul aldığını və geri qaytarmadığını deyib.

Şikayətçi bildirib ki, ötən ilin avqustunda “Bolt” tətbiqi vasitəsilə taksi sifariş edib və sifarişi adının sonradan Şəhriyar olduğunu bildiyi şəxs yerinə yetirib. Yolda olarkən onların arasında işlə bağlı söhbət olub və N.Məmmədova işdən çıxmaq istədiyini bildirib.

Şəhriyar özünü “Qızıl Buta” jurnalının əməkdaşı kimi təqdim edərək sərnişinə “iş vəsiqəsi”ni göstərib. O, guya jurnalın rəhbəri olan Cəmilə adlı qadının ölkə rəhbərliyində təmsil olunan şəxslərdən birinin qohumu olduğunu deyib və N.Məmmədovanı aylıq 2 min manat maaşla həmin jurnala işə götürəcəyinə dair vəd verib. Bu məqsədlə Şəhriyar sükan arxasında Cəmilə kimi təqdim etdiyi şəxsə də “zəng edərək” yeni işə götürüləcək qadınla bağlı məlumat verib.

Bundan sonra sərnişinlə sürücü arasında qarşılıqlı ünsiyyət yaranıb. Şəhriyar 60 min manatının olduğunu və bu pula “Range Rover” markalı avtomobil alacağını bildirib. O, N.Məmmədovaya maşın almaq üçün 4500 manatının çatmadığını deyib və həmin pulu işə düzəltməyə görə verməsini xahiş edib. Taksi sürücüsünün vədlərinə inanan sərnişin də 3500 manat nağd pulu və mağazadan “Iphone” markalı telefonu kreditə götürərək ona verib. Şəhriyar yeni telefonu dərhal başqa mağazada 1850 manata satıb və N.Məmmədovaya onu 1000 manata satdığını deyib.

Lakin bir neçə həftə keçdikdən sonra taksi sürücüsünün yalan danışdığı, vədlərinin həqiqətə uyğun olmadığı üzə çıxıb.

N.Məmmədovanın şikayəti əsasında Şəhriyar Xəlilova Cinayət Məcəlləsinin 178.2.4-cü (Xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi açılıb.

İstintaq dövründə Şəhriyar vurduğu zərərin 3150 manatını geri qaytarıb.

Cinayət işi üzrə Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə N.Məmmədova Şəhriyarın həbs edilməsini istəmədiyini, həbs olunarsa, qalan pulu verməyəcəyini deyib. Şəhriyar da yerdə qalan pulu hissə-hissə ödəməyi boynuna götürüb.

Məhkəmənin hökmü ilə Ş.Xəlilova 3 il azadlığın məhdudlaşdırılması cəzası verilib və ona elektron qolbaq taxılıb.

Onun üzərinə yaşadığı ünvanı saat 23:00-dan 07:00-dək tərk etməməsi, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməməsi, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməməsi, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 06 May 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri