Icma.az
close
up
RU
“Bolt” taksidə bu il 1364 sürücünün hesabını bloklayıb HANSI YENİLİKLƏR VAR? VİDEO

“Bolt” taksidə bu il 1364 sürücünün hesabını bloklayıb HANSI YENİLİKLƏR VAR? VİDEO

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Son aylarda vətəndaşlar bəzi taksi sürücülərinin saxta üsullara əl atması ilə bağlı vətəndaşalr tərəfindən şikayətlər artıb.

Avtosfer.az xəbər verir ki, ən çox şikayət olunan mövzulardan biri sifariş üçün gələn avtomobillə tətbiqdəki avtomobilin fərqli olmasıdır. Paytaxt sakinlərinin dediyinə görə, bəzən tətbiqdə son model avtomobilin sifariş üçün yaxınlaşdığı göstərilsə də, gələn maşın köhnə, nasaz vəziyyətdə olur. Hətta sürücünün belə fərqləndiyini deyənlər avr. Bu isə o deməkdir ki, sürücü başqasının tətbiqdəki hesabından istifadə edir.

Bununla əlaqədar, “Bolt” şirkəti yeniliklər tətbiq edib. Yeniliklərlə bağlı saytımızın sosial şəbəkə hesabında məlumat verən nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, “Bolt” şirkəti sərnişlinlərin təhlükəsizliyini daha da gücləndirmək üçün yeniliklər edir:

“Maraqlı yeniliklərdən biri şirkətin sürücülərdən selfi istəməsidir. Belə ki, “Bolt” gözlənilmədən sürücülərə zəng edir və onlardan selfi çəkib göndərməsini tələb edir. Bununla da şirkət sükan arxasında əyləşən şəxsin tətbiqdə qeydiyyatdan keçən sürücü olub-olmadığına əmin olur.

Həftədə bir dəfə, qeyri-müəyyən vaxtda onlayn olmaq istəyən hər bir sürücünün hesabına avtomobil şəklini çəkmək tələbi göndərilir. Düzgün foto təqdim edən sürücülər, yəni proqramda seçilmiş cari avtomobilin və onun qeydiyyat nişanının tam şəkildə göründüyü şəkli göndərənlər, fəaliyyətlərinə davam edə bilirlər. Yanlış və ya tələblərə uyğun olmayan şəkil göndərən sürücülərin hesabı bloklanır. Bloklanan sürücülər AYNA-ya audit üçün yönləndirilir.

Həftədə bir dəfə, qeyri-müəyyən vaxtda onlayn olmaq istəyən hər bir sürücünün hesabına sürücünün selfi şəklini çəkmək tələbi göndərilir. İlk selfi yoxlaması şəxsiyyət vəsiqəsinin fotosu ilə, sonrakı yoxlamalar isə əvvəlki təsdiqlənmiş selfi ilə müqayisə olunaraq şəxsiyyətin davamlı və etibarlı şəkildə təsdiqlənməsi təmin olunur.  Yanlış və ya tələblərə uyğun olmayan şəkil göndərən sürücülərin hesabı bloklanır.

2025-ci ilin yanvar ayından etibarən bu funksiya Bolt-da aktiv edilib və bu müddət ərzində 1364 sayda sürücü hesabı bloklanıb. Onlardan 421 hesab yoxlamadan sonra yenidən aktiv edilib, 943 hesab isə hələ də blokda qalır”.

Elməddin Muradlınmın canlı yayım zamanı təqdim etdiyi məlumatlar və izləyicilərin suallarını cavabladığı həmin videonu sizə təqdim edirik:

Səfər

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 07 İyul 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri