Icma.az
close
up
RU
Bolt və Pony.AI Avropada avtonom mobilliyi genişləndirmək üçün tərəfdaşlıq elan edir

Bolt və Pony.AI Avropada avtonom mobilliyi genişləndirmək üçün tərəfdaşlıq elan edir

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Noyabrın 25-də Avropanın aparıcı mobillik platforması Bolt və süni intellekt əsaslı avtonom nəqliyyat texnologiyaları istehsalçısı olan Çinli Pony Aİ İnc., Avropada avtonom mobilliyin tətbiqini sürətləndirmək üçün tərəfdaşlıq etdiklərini elan ediblər.
Avtosfer.az xəbər verir ki, bu tərəfdaşlıq “Pony.AI”-ın qabaqcıl 4-cü səviyyə (Level 4) avtonom idarəetmə texnologiyasını Bolt-un geniş ekosisteminə inteqrasiya edəcək. Əməkdaşlıq ilkin mərhələdə real şəraitdə testlərə, təhlükəsizlik üzrə qiymətləndirməyə və tam avtonom, sürücüsüz nəqliyyat imkanlarını təmin etmək üçün istifadəçi təcrübəsinin hazırlanmasına fokuslanacaq. İlkin tətbiq şəhərləri həm Avropa Birliyinə üzv olan dövlətlər, həm də  üzv olmayan ölkələr arasından seçiləcək.
Tərəfdaşlıq “Pony.AI”-ın Avropadakı mövqeyini daha da gücləndirməsi gözlənilir, xüsusilə də Bolt-un tənzimləmə sahəsindəki təcrübəsi və qitə üzrə geniş əməliyyat şəbəkəsi sayəsində. 2013-cü ildə Estoniyada qurulan Bolt hazırda 50-dən çox ölkədə və 600 şəhərdə fəaliyyət göstərir və 200 milyonadək istifadəçiyə müxtəlif paylaşım əsaslı mobillik xidmətləri təqdim edir.
Pony.ai-nin təsisçisi və baş direktoru Dr. Ceyms Penq bildirib:
“Bolt ilə tərəfdaşlıq qlobal genişlənməmizdə mühüm addımdır. Pony.ai-nin avtonom nəqliyyat texnologiyasını Bolt-un Avropa mobilliyi üzrə dərin bilikləri ilə birləşdirərək, təhlükəsiz və etibarlı robotaksi texnologiyasının tətbiqini sürətləndirə bilərik. Avropa avtonom nəqliyyat üçün sürətlə inkişaf edən və böyük potensiala malik bazardır və biz hesab edirik ki, bu əməkdaşlıq gələcək böyümə üçün güclü baza yaradacaq. Birgə yeni dəyər yaratmağı səbirsizliklə gözləyirik.”
Bolt-un təsisçisi və baş direktoru Markus Villiq isə qeyd edib:
“Avtonom nəqliyyat vasitələri insanların və yüklərin hərəkət tərzini dəyişəcək və Bolt, Pony.ai ilə əməkdaşlıq edərək bu texnologiyanın miqyaslanmasına dəstək verməkdən qürur duyur. Qlobal miqyasda rəqabət aparan yeganə müstəqil, Avropa mənşəli taksi sifarişi platforması kimi Bolt, avtonom nəqliyyat texnologiyalarının Avropanın təhlükəsizlik və məlumat standartlarına tam uyğun şəkildə məsuliyyətli və effektiv tətbiqini təmin etmək üçün unikal mövqeyə malikdir.”
“Avtonom mobillik hər yerdə” vizionu ilə Pony.ai robotaksi texnologiyasının inkişafı və kommersiyalaşdırılmasını qlobal miqyasda irəli aparır. Şirkət tərəfdaşlıqlar vasitəsilə səkkiz ölkədə fəaliyyət dairəsini genişləndirib və dünya üzrə açıq yollarda 55 milyon kilometrdən çox avtonom test və əməliyyat məsafəsi qət edib.
Pony.ai haqqında
Pony AI Inc. (“Pony.AI”) avtonom mobilliyin geniş miqyasda kommersiyalaşdırılması sahəsində qlobal liderdir. Şirkət nəqliyyat vasitəsindən asılı olmayan “Virtual Driver” texnologiyasından – özünəməxsus proqram təminatı, avadanlıq və xidmətləri bir sistemdə birləşdirən tam yığın avtonom idarəetmə platformasından – istifadə edir və müxtəlif nəqliyyat sahələrində kütləvi istehsal və geniş tətbiqi mümkün edən davamlı biznes modeli qurur.
2016-cı ildə təsis edilən Pony.AI hazırda Çinin birinci səviyyəli dörd şəhərində (Pekin, Quanqcou, Şanxay, Şençjen) tam sürücüsüz robotaksi xidmətini kommersiya əsasında həyata keçirən yeganə şirkətdir. Pony.ai 720 robotaksi və təxminən 200 robotruckdan ibarət avtoparka malikdir. Bu günə qədər şirkət dünya üzrə açıq yollarda 55 milyon kilometrdən çox avtonom test və əməliyyat məsafəsi qət edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 26 Noyabr 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri