Icma.az
close
up
RU
Borçalıda soydaşlarımızın həmrəylik toplantısı

Borçalıda soydaşlarımızın həmrəylik toplantısı

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gürcüstanın Qardabani şəhərində bölgədə yaşayan soydaşlarımızın Azərbaycanda “Konstitusiya və Suverenlik İli” siyasi marafonu ilə bağlı həmrəylik konfransı toplantısı keçirilib. Elmi-praktik konfransı Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Qardabani Təhsil və İnteqrasiya Mərkəzi təşkil edib.

Məclisdə mərkəzin direktoru Çiçək Hüseynova hər bir müstəqil dövlətin həyatında konstitusiyanın misilsiz rolunu qeyd edərək dünya azərbaycanlılarının özlərinə tarixi Vətən saydıqları Azərbaycan Respublikasının Əsas qanununun yaratdığı sivil əsasların harada yaşamasından asılı olmayaraq hər bir soydaşımızda eyni dəyər və güvənc yaratdığını söyləyib.

Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Cavid Məhərrəmov Prezident İlham Əliyevin sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının ümummilli önəmini qeyd edərək bildirib: “Xalqımız böyük qürur və fəxarət hissi ilə bu il müəllifi ümummilli lider Heydər Əliyev olan müstəqil Azərbaycan dövləti Konstitusiyasının qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qazanılmış tarixi Qələbənin 5-ci ildönümünü təntənə ilə qeyd edəcək. Biz borçalılılar da bu marafona qoşularaq xalqımızla siyasi-mənəvi həmrəylik nümayiş etdiririk”.

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Elvin Əsgərov, Gürcüstanın ictimai fəallarından fəlsəfə doktoru Aygül İsayeva, bu ölkənin Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurasının sədri İsak Novruzov, Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəsi Məhəmməd Şamilov, professor Mahmud Kamaloğlu çıxış edərək Azərbaycan Konstitusiyasının və Vətən müharibəsində Qələbənin milli qürur mənbəyi, Vətənlə sıx bağlılıq amili olduğunu söyləyiblər.

Paşa ƏMİRCANOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 May 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see306

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see263

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see260

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see259

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see252

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see245

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see240

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see226

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see218

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see214

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see213

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see212

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see202

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see188

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see186

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see184

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see182

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see173

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see164

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri