Icma.az
close
up
RU
Borçalıda bilik günü təntənəsi

Borçalıda bilik günü təntənəsi

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin layihələri çərçivəsində Gürcüstanda fəaliyyət göstərən “Qabal İnkişaf Mərkəzində” məktəb şagirdləri və gənclərin iştirakı ilə 15 sentyabrda Azərbaycanda Bilik Gününə həsr olunmuş tədbir keçirilib. İştirakçılar Azərbaycanın müəllim, tələbə və şagirdlərini yeni tədris ili münasibətilə təbrik ediblər.

Mərkəzin rəhbəri Yavər Məmmədov çıxışında müstəqil Azərbaycanın taleyinin etibarlı əllərdə olduğunu və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin dünya dövlətləri sırasında layiqincə təmsil olunduğunu, beynəlxalq aləmdə nüfuzunun artdığını, davamlı inkişafın, sabitliyin təmin edildiyini vurğulayıb. O, xaricdə yaşayan soydaşlarımıza qayğı və diqqət göstərilməsi istiqamətində ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun hazırkı dövlət başçısı tərəfindən uğurla davam etdirildiyini söyləyib.

Mərkəz rəhbəri Gürcüstanda məktəblərin optimallaşması ilə bağlı xeyli işlər görüldüyünü, kiçik məktəblərin birləşdirildiyini bildirib. Onun sözlərinə görə, bu gün heç bir azərbaycanlı balası təhsildən kənarda qalmayıb. Ən ucqar kənddə yaşayanlara da dövlət məktəblərə getmək üçün avtobus verir. Məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün işlər görülür. Müəllimlərin əmək haqqısı artırılır. Müəllim kadrlarının hazırlığı ilə bağlı Təhsil Nazirliyi tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Komitənin layihələri çərçivəsində mərkəzdə Azərbaycan və gürcü dillərinin tədrisi və həftəsonu məktəblərinin açılması da azərbaycanlı uşaqlara ana dilini, milli şüurlu formalaşdırmaq istiqamətində mühüm rol oynayır.

Prezident İlham Əliyevin dünya azərbaycanlılarının Şuşada keçirilən möhtəşəm V Qurultayındakı tarixi çıxışında xaricdəki yeni nəsil soydaşlarımıza yönəlik vacib tövsiyələr vardı. Cənab Prezident açılış nitqində bildirdi: “Əlbəttə, çox istəyirik ki, ikinci, üçüncü nəsil azərbaycanlılar öz mədəniyyətinə bağlı olsunlar. Əlbəttə, bu, o qədər də asan məsələ deyil. Burada onlar, ilk növbədə, Azərbaycan dilini bilməlidirlər. Burada, əlbəttə ki, təkcə ailələrdə Azərbaycan dilini yaşatmaq mümkündür, ancaq kifayət deyil. Ona görə Azərbaycan məktəblərinin, bazar günü məktəblərinin açılması istiqamətində də biz hər zaman kömək göstərməyə hazırıq. Əslində, bunu edirik. Bəlkə də bunu daha da təşkilatlanmış şəkildə etmək lazımdır. Çünki Ana dili əsas amildir. Ana dili bütün Azərbaycan vətəndaşlarını birləşdirir”.

Tədbirdə çıxış edənlər Azərbaycan və gürcü xalqlarının tarixi dostluq münasibətlərindən söhbət açıb. “Qabal İnkişaf Mərkəzi”nin fəaliyyəti dövründə yerli azərbaycanlı icmasının gürcü ictimaiyyətinə inteqrasiyasında mühüm rol oynadığını qeyd ediblər.

P.ƏMİRCANOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Sentyabr 2025 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see353

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see293

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see292

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see291

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see283

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see275

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see268

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see267

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see266

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see253

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see248

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see247

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see245

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see244

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see235

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see234

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see232

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see222

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri