Icma.az
close
up
RU
Borcu çox olan ataya görə oğula kredit verilmir Açıqlama

Borcu çox olan ataya görə oğula kredit verilmir Açıqlama

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Maliyyə qurumları tərəfindən kredit müraciətləri araşdırılarkən təkcə fərdin yox, onun ailə üzvlərinin də maliyyə keçmişi diqqət mərkəzinə düşür. Xüsusilə eyni yaşayış ünvanını paylaşan və ya eyni əlaqə məlumatlarını təqdim edən qohumların ödəniş davranışları risk dərəcəsinin təyini zamanı bütöv tərkibdə nəzərdən keçirilir. Bu səbəbdən övladın öhdəliklərini vaxtında icra etməməsi ümumi ailə riski formatında qəbul olunur və nəticədə kifayət qədər gəliri olan atanın borclanma istəyi mənfi cavablandırıla bilir.
Mövzu ilə bağlı bank mütəxəssisi Emin Kərimov Demokrat.az-a bildirib ki, belə yanaşmalar bankların məhsullarına uyğun olaraq mövcuddur:
"Şəxs eyni ünvanda qeydiyyatda olduğu yerin nömrəsini verdikdə və ya hər iki müraciətdə eyni telefon nömrəsi göstərildikdə, qeydiyyatlar uyğun gəldikdə bankda ümumiyyətlə yaxınlıq, qohumluq əlaqələri aşkarlana bilər. Bir çox hallarda kredit məhsullarının şərtlərinə əsasən imtina da edilə bilər. Mənim öz təcrübəmdə də olub ki, eyni evdən bacı-qardaş, həyat yoldaşı və ya ata-oğul müraciət edirdi. Həmin dövrdə məhsulun şərtlərinə əsasən belə bir tələb var idi ki, ünvan üzrə gecikməsi olan və ya telefon üzrə gecikməsi olan müştəri varsa, kredit verilməsin. Belə tələblər var idi. Yanaşma bankdan banka və məhsulun şərtlərindən asılıdır. Hamısında olmasa da, bəzilərində tətbiq olunur və məhsul şərtləri ilə tənzimlənir. Bir tərəfdən məntiqi uyğunluq da var ki, eyni ünvanda gecikməsi olan kredit olduğu halda həmin ünvandan ikinci şəxsə kredit verilməsi məqsədəuyğun sayılmır", - deyə o qeyd edib. 
Beləliklə, bankların kredit risklərini qiymətləndirmə meyarları yalnız fərdi göstəricilərlə məhdudlaşmır, həm də ailə üzvlərinin maliyyə məsuliyyətini əhatə edir. Eyni mənzildə yaşayan yaxın qohumların ödəniş gecikmələri ümumi büdcənin etibarlılığına birbaşa təsir göstərərək, digər ailə üzvlərinin də maliyyə imkanlarını mənfi istiqamətdə məhdudlaşdıra bilir.
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 İyun 2026 20:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see485

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see278

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see263

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see254

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see253

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see253

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see246

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see246

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see238

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see224

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see219

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see218

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see218

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see213

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see211

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see209

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see204

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see198

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see197

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri