Niyə borcu olanlara yeni kredit verilmir? KONKRET
Icma.az bildirir, Konkret.az portalına istinadən.
Azərbaycanda bir çox vətəndaş əvvəlki kredit borcu tam bağlanmadığı halda yeni kredit almaqda çətinliklə üzləşir.
Bəs banklar niyə mövcud kredit öhdəliyi olan müştərilərə əlavə maliyyə ayırmaqdan çəkinirlər?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, bankların belə yanaşması hər zaman tətbiq olunmur və qərar əsasən müştərinin ödəniş qabiliyyətindən asılıdır.
“Bu, həmişə belə deyil, amma əksər hallarda banklar ehtiyatlı davranırlar. Çünki əvvəlki krediti tam ödəməyən müştəriyə yeni kredit veriləndə onun üzərinə əlavə maliyyə öhdəliyi düşür. Bu da ödəniş qabiliyyətinə təsir göstərir və kreditin geri qaytarılmaması riskini artırır”.
İnsanlarımızın əksəriyyəti elə məbləğdə kredit götürür ki, onu yalnız böyük çətinliklə ödəyə bilirlər. Belə vəziyyətdə əlavə kredit götürmək imkanları olmur. Təbii ki, əgər şəxsin gəliri yüksəkdirsə və ödəniş qabiliyyətində problem yoxdursa, banklar ona yeni kredit də verə bilirlər”.
Mütəxəssis hesab edir ki, kreditləşmə zamanı əsas meyar müştərinin gəlirləri və mövcud maliyyə öhdəlikləri arasında balansın qorunmasıdır. Banklar da məhz bu göstəriciləri nəzərə alaraq riskləri minimuma endirməyə çalışırlar.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:195
Bu xəbər 09 İyun 2026 17:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















