Icma.az
close
up
RU
Borcu olan, kirayədə yaşayan şəxs fitrə zəkatı verməlidir? İLAHİYYATÇI

Borcu olan, kirayədə yaşayan şəxs fitrə zəkatı verməlidir? İLAHİYYATÇI

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qarşıdan Ramazan bayramı gəlir. Bu bayramın önəmli amillərindən biri də odur ki, həmin ərəfədə müsəlmanlar ftrə zəkatı verirlər. Ancaq bəzi hallarda insanlar  fitrə zəkatının kimlərə və hansı həcmdə verilməsini bilmirlər.

Ümumiyyətlə, bu fitrə zəkatı kimlərə və nə qədər verilməlidir? 

Məsələ ilə bağlı ilahiyyatçı-dinşünas Nabat Xasməmmədli "Cebheinfo.az"-a bildirib ki, fitrə zəkatı bayram namazından sonra çıxılmalıdır:

"Yəni bayram axşamı, bayram namazından sonra fitrə zəkatı çıxarılıb kasıb insanlara verilməlidir. Veriləcək fitrə zəkatı adambaşına 5-10 manat arasında dəyişir. Yəni minimum məbləğdə hesablanır. Bu, həm də ailənin maddi imkanına baxır. Əgər ailənin maddi imkanı yaxşıdırsa, arpa, buğda ilə yox,  bahalı xurma, düyü ilə ölçə bilərlər. Çox verməyin savabı var. Ümumiyyətlə, fitrə zəkatı onun üçün nəzərdə tutulub ki, kasıb ailələr bayramda ərzaqsız qalmasın. Fitrə zəkatı olaraq yalnız pul deyil, o miqdarda ərzaq da verə bilərlər". 

Onun sözlərinə görə, əgər şəxs çox kasıbdırsa,  əslində onun özünə fitrə verilməlidir:

"Ancaq orta təbəqənin adamıdırsa, ən minimum 5-10 manat civarında adambaşına fitrə çıxarılmalıdır. Əgər şəxs, məsələn, kirayədə yaşayırsa, özünü dolandıra bilirsə, fitrə verə bilər. Ancaq maddi vəziyyəti yaxşı deyilsə, onun özünə fitrə zəkatı düşür, o vəsait evdən çıxarılmamalıdır.

Bəzi ölkələrdə müəyyən miqdarda qızılı olan, bankda pulu olan da xüsusi olaraq fitrə zəkatı verir, bu, belə olmamalıdır. Yəni fitrə zəkatı ailədəki insanın sayı ilə əlaqəlidir. Məsələn, əgər evdə beş nəfər varsa, həmin ailə üzvlərinin sayına əsasən fitrə çıxarılmalıdır. Əşyaya görə fikrə zəkatı düşmür".

Nigar Abdullayeva 
"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 Mart 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see202

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see182

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see149

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see137

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see136

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see135

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see134

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see133

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri