Icma.az
close
up
RU
İslamda məddahlıq varmı? İLAHİYYATÇI AÇIQLADI

İslamda məddahlıq varmı? İLAHİYYATÇI AÇIQLADI

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Məddahlıq dini məclislərdə geniş yayılmış ənənələrdən biridir. 

Xüsusilə Məhərrəmlik günlərində, eləcə də toy, mövlud və yas məclislərində məddahlar çıxış edirlər. 

Bəzən insanlar arasında fikir ayrılığına səbəb olan məddahlıq İslamda necə dəyərləndirilir? 

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan ilahiyyatçı Əkrəm Həsənov qeyd edib ki, ümumiyətlə islamda məddahlıq anlayışı yoxdur.

“Buna baxmayaraq bu anlayış bu gün cəmiyyətdə daha çox Məhərrəmlik mərasimləri ilə əlaqələndirilsə də, onun bugünkü forması nə Quranda ibadət kimi təqdim edilir, nə də Məhəmməd peyğəmbərin (s.ə.s) dövründə dinin ayrılmaz hissəsi olub. Bu məsələni qiymətləndirərkən tarixi, dini və sosial tərəfləri bir-birindən ayırmaq lazımdır.

Qurana baxdıqda görürük ki, Allah insanları dini ayinlərin çoxaldılmasına deyil, təqvaya, saleh əmələ və gözəl əxlaqa çağırır. Allah buyurur: Həqiqətən, Allah yanında ən dəyərliniz Ona qarşı ən çox təqvalı olanınızdır. (Hucurat, 13). Başqa bir ayədə isə buyurulur: De ki, əgər siz Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin. (Ali İmran, 31). Bu ayələr göstərir ki, dinin ölçüsü insanların sonradan formalaşdırdığı mərasimlər deyil, Quran və Peyğəmbərin (s.ə.s) sünnəsidir.

İmam Hüseynin (əleyhissalam) Kərbəladakı şəhadəti İslam tarixinin ən böyük faciələrindən biridir. Onu sevmək hər bir müsəlmanın mənəvi borcudur. Çünki Peyğəmbər (s.ə.s) buyururdu ki, Həsən və Hüseyn cənnət cavanlarının ağalarıdır. Digər bir hədisdə isə buyurur: Hüseyn məndəndir, mən də Hüseyndənəm. Allah Hüseyni sevəni sevər. Bu hədislər göstərir ki, Əhli-beytə sevgi imanın gözəl əlamətlərindəndir. Ancaq sevginin özü ilə həmin sevginin ifadə forması eyni şey deyil.

Tarixə baxdıqda görürük ki, nə Peyğəmbər (s.ə.s), nə də səhabələr hər il Kərbəla hadisəsini xüsusi mərasimlər, xüsusi mətnlər və ya məddahlıq formasında qeyd etməyiblər. Bu ənənə sonrakı əsrlərdə müxtəlif siyasi və mədəni təsirlərlə formalaşıb. Xüsusilə Büveyhilər və daha sonra Səfəvilər dövründə bu mərasimlər dövlət siyasətinin də təsiri ilə geniş yayılıb. Deməli, bugünkü məddahlıq dini hökm kimi deyil, tarixi proses nəticəsində yaranmış bir ənənə kimi qiymətləndirilməlidir”,-deyə ilahiyyatçı əlavə edib.

O hesab edir ki, dini ənənə ilə dini hökmü qarışdırmaq düzgün deyil:

“Əgər hər hansı əməl Allah və Rəsulunun (s.ə.s) göstərdiyi ibadət forması deyilsə, onu dinin vacib və ya xüsusi savab gətirən hissəsi kimi təqdim etmək doğru olmaz. İmam Malik deyirdi ki, bu ümmətin sonrakıları yalnız əvvəlkiləri islah edən şeylə islah ola bilər. Başqa sözlə, dinə əlavə edilən deyil, Peyğəmbərin (s.ə.s) gətirdiyi əsaslar insanı islah edir.

Məddahlıq edən insanların hamısını eyni şəkildə qiymətləndirmək də düzgün deyil. Onların arasında səmimi niyyətlə Əhli-beyt sevgisini insanlara çatdırmaq istəyənlər də var. Lakin problem ondadır ki, bu məclislərin bir hissəsində dini mənbələrdə olmayan rəvayətlər danışılır, emosiyalar həqiqətin önünə keçir, bəzən insanları ifrata aparan ifadələr işlədilir. Halbuki Quran xəbərdarlıq edir: Bilmədiyin bir şeyin ardınca getmə. Həqiqətən qulaq, göz və qəlb bunların hamısı sorğu-sual olunacaqdır. (İsra, 36).

Müasir dinşünaslar və tarix tədqiqatçıları da qeyd edirlər ki, dini mərasimlər zaman keçdikcə yaşadığı cəmiyyətlərin mədəni xüsusiyyətlərini özündə əks etdirməyə başlayır. Bu baxımdan məddahlıq dini mətnlərdən daha çox tarix və folklor elementləri daşıyan bir ənənə kimi araşdırılır. Sosial psixologiya da göstərir ki, kütləvi emosional mərasimlər insanların hisslərinə güclü təsir etsə də, bu, həmin mərasimin dini baxımdan hökm olması mənasına gəlmir.

Mənim fikrimcə, İmam Hüseyni (əleyhissalam) yad etməyin ən gözəl yolu onun uğrunda şəhid olduğu dəyərləri yaşatmaqdır. O, hakimiyyət uğrunda deyil, haqq, ədalət, vicdan və zülmə qarşı mübarizə naminə şəhid oldu. Əgər biz onun həyatını öyrənir, dürüst yaşayır, haqqı müdafiə edir, insanlara qarşı ədalətli oluruqsa, bu, onu sevdiyimizin ən gözəl sübutudur.

Ona görə də mən məddahlığı İslamın özündən gələn dini institut hesab etmirəm. Kim bunu şəxsi mədəni ənənə kimi qəbul edirsə, bu onun seçimidir. Lakin onu dinin ayrılmaz hissəsi, ibadət və ya hər bir müsəlmanın yerinə yetirməli olduğu əməl kimi təqdim etməyi doğru hesab etmirəm. İslamın əsas çağırışı mərasimlərin çoxaldılması deyil, Quranı anlamaq, Peyğəmbərin (s.ə.s) sünnəsinə əməl etmək, gözəl əxlaq sahibi olmaq və insanlara fayda verməkdir. Məncə, müsəlmanı Allaha yaxınlaşdıran da məhz budur. Dinimizdə tərif yalnız Allaha məxsusdur. İnsanları tərifləyib insnalara məddahlıq eləmək bəyənilmir və hətta Allaha şərik qoşmaq hesab edilir”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 01 İyul 2026 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see737

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see281

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see276

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see269

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see257

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see248

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see243

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see241

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see237

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see222

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see214

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see207

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see202

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see201

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see201

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see195

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see193

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see190

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see188

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri