Boris Conson onunla selfi çəkdirmək və əl sıxmaq üçün pul almağa başlayıb
Oxumeni.az saytından alınan məlumata görə, Icma.az bildirir.
2019-2022-ci illərdə Böyük Britaniyanın baş naziri olmuş Boris Conson ictimai tədbirlərindən sonra birgə fotoşəkillər üçün pul almağa başlayıb. Bu barədə “The Guardian” qəzeti yazır.
“The Guardian” yazır: “Boris Conson Edinburqda canlı ifadan əvvəl əl sıxmaq və şəkil çəkmək üçün 121 funt sterlinq ( təx.259 manat-red.) alır. Sentyabrın 2-nə planlaşdırılan Edinburqda keçiriləcək “Boris Consonla Axşam” tədbirində təşkilatçılar Consonla şəxsi söhbəti ehtiva edən biletlər təklif edirlər.
Keçmiş hökumət başçısının komandası keçmiş baş nazirlə şəxsən əl sıxmaq və onunla birgə şəkil çəkdirmək üçün unikal imkan yaradan biletləri satın almaq üçün təklif edir. Hər bir belə biletin qiyməti düz 121 funt sterlinq müəyyən edilib.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 20 Fevral 2025 10:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















