Icma.az
close
up
RU
Borreldən BCMnin Netanyahu ilə bağlı qərarını dəstəkləməyən ölkələrə reaksiya

Borreldən BCMnin Netanyahu ilə bağlı qərarını dəstəkləməyən ölkələrə reaksiya

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) İsrailin baş naziri Binyamin Netanyahu haqqında verdiyi həbs qərarına dəstək verməyən ölkələrə reaksiya verib və onları qərara əməl etməyə çağırıb.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, Borrell Cənubi Kipr Rum Administrasiyasında keçirilən İsrail-Fələstin konfransında BCM-nin qərarına münasibət bildirib.

“Bu, siyasi qərar deyil, məhkəmə qərarıdır. Aİ-yə üzv dövlətlərin güclü dəstəyi ilə yaradılmış beynəlxalq məhkəmənin qərarı. Məhkəmə Putinə qarşı həbs qərarı çıxarmaq qərarına gələndə bir çox liderlər bunu dəstəklədi. Kifayət qədər diqqətəlayiq olan bu liderlərin bəziləri bu gün səssiz qalıb”, - deyə Borrell qeyd edib.

Ali Nümayəndə: “Aİ Komissiyasının vitse-prezidenti və Ali Nümayəndə kimi üzv dövlətlərdən BCM-ni dəstəkləmələrini xahiş edirəm. Sizə xatırladıram ki, Aİ-yə üzv dövlətlər məhkəmənin qərarını yerinə yetirməyə borcludurlar”,- deyə bildirib.

AB-yə namizəd ölkələrdən BCM-yə bağlı olmalarının istəndiyini xatırladan Borrell: “Aİ-yə daxil olmaq istəyənlərin indiki üzvlərin etmədiyi bir işi görməsi çox qəbibə olacaq. Ona görə də mən BCM-yə dəstək olaraq səsimi ucaltmaq istəyirəm”, - deyib.

“Bu səhər ABŞ senatorunun məhkəmə ilə əməkdaşlıq edən istənilən ölkəyə sanksiya tətbiq edəcəklərini söylədiyini eşidəndə dəhşətə gəldim. Beynəlxalq məhkəmə ilə əməkdaşlıq edən hər hansı bir ölkəyə sanksiya tətbiq etmələri həqiqətən inanılmazdır”, - deyə o qeyd edib.

Noyabrın 21-də elan etdiyi qərarda BCM İsrailin baş naziri Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın "Qəzzada törədilmiş müharibə cinayətləri və insanlığa qarşı cinayətlərə görə" həbsinə order verdiyini açıqlayıb.

Bəzi ölkələr, xüsusən də Macarıstan, Avstriya, Çexiya və Almaniya qərardan narazılıqlarını ifadə edərək, buna əməl edə bilməyəcəkləri barədə bəyanatlar veriblər.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 23 Noyabr 2024 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see234

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see224

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see205

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see193

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see192

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see192

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see175

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see167

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see160

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see160

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see154

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see152

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see148

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see147

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see147

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see146

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see146

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see145

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see136

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri