Icma.az
close
up
RU
Borş orqanizimə niyə zərər verir?

Borş orqanizimə niyə zərər verir?

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Borşun tərkibində vitaminlər, minerallar və lif kimi faydalı maddələr olsa da, o, bəzi hallarda orqanizmə zərər verə bilər.

Redaktor.az xəbər verir ki, bu barədə bioloq İrina Lyalina aif.ru-ya müsahibəsində danışıb.

Ekspertin sözlərinə görə, mədə-bağırsaq sistemi xəstəlikləri, podaqra, artıq çəki və ürək-damar problemləri olan insanlara çox yağlı və qatı borşlar məsləhət görülmür. Xüsusilə uzun müddət qaynadılmış sümüklərdən hazırlanan bulyonlar bu xəstəliklərdən əziyyət çəkənlər üçün daha zərərli sayılır. Lyalina bildirib ki, bu cür bulyonlarda purin maddələri toplanır və onlar orqanizmdə sidik turşusuna çevrilir.

“Ətin uzun müddət bişirilməsi nəticəsində tərkibindəki ağır metallar və toksik maddələr də ayrılır. Yağlı ət növlərindən hazırlanan bulyonlar damar xəstəlikləri, artıq çəki və pankreatitdən əziyyət çəkənlər üçün zərərlidir. Əgər qızartma çox miqdarda yağda hazırlanarsa, bu, həm əlavə kalori yaradır, həm də mədədə yanma hissinə səbəb ola bilər. O cümlədən tərəvəzlər düzgün və ya çox qısa müddətdə bişirildikdə onların tərkibindən nitrantlar ayrılır ki, bu da ürək-damar xəstəlikləri, təzyiq pozuntuları, işemik ürək xəstəliyi və kəllədaxili təzyiq artımı zamanı təhlükəlidir,” - deyə bioloq izah edib.

Mütəxəssis həmçinin qan dövranı və oksigen çatışmazlığı ilə bağlı problemləri olan insanları da xəbərdar edib, çünki tərəvəzlərdəki nitrantlar methemoqlobinin yaranmasına səbəb ola bilər və bu da toxumaların oksigenlə təminatını pisləşdirir.

Lyalina əlavə edib ki, turşəngli borş podaqrası olan insanlara qəti şəkildə qadağandır, çünki onun tərkibindəki turşular vəziyyəti ağırlaşdıra bilər. Bundan başqa, duzlu məhsulların borşa əlavə edilməsi yeməyin duzluluğunu və turşuluğunu artırır ki, bu da ürək-damar xəstəlikləri olanlar üçün arzuolunan deyil.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 Oktyabr 2025 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see313

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see288

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see272

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see267

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see237

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see230

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see221

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see216

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see211

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see195

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see195

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see192

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see190

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see187

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see185

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see184

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see173

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see170

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see170

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri