Icma.az
close
up
RU
Boş vaxtlarını səmərəli dəyərləndirən gənc aktyorumuz Orxan Saffari yazır...

Boş vaxtlarını səmərəli dəyərləndirən gənc aktyorumuz Orxan Saffari yazır...

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Boş vaxtlarını səmərəli dəyərləndirmək niyyətinə aktyorluqla məşğul olan Türkay Cəfərlini maraqlı edən bir nüans var, o da elə adının Türkay olmasıdır. Etiraf edək ki, bu ad hər dəqiqə rast gəlinən ad deyil. Türkay adı adama nəsə desə də, ancaq Türkay Cəfərlinin özü heç nə deyə bilmir.

Bir sözlə, adı kino üçün maraqlı olsa da, özü qətiyyən belə deyil. Bəlkə də, Türkay Cəfərlinin maraqlı, istedadlı olmaqdan xoşu gəlmir heç. O and içib ki, fəaliyyəti dövründə zərrə qədər maraqlı olmayacaq və istedad nümayiş elətdirməyəcək.

Doğrudur, Türkay ən azından  özünü Tural Əhməd kimi boğub öldürüb şeir demir. Ancaq elə o da Tural Əhməd kimi səhnədə fərqlənə bilmir. Gənc və enerjili olmağına baxmayaraq, bu enerjini hiss etdirə, tamaşaçıya müsbət hisslər ötürə bilmir. Bəs bu gənclik, bu enerji, o faktura nəyə lazımdır?

Maraqlıdır ki, bu gün çox da böyük istedadı olmayan yaşlı aktyorlar, aktrisalar ən azı cavanlıqlarında bir rol da belə olsa, alındıra biliblər. Məhz o bir rol da ömür boyu onları qaldırıb. Ancaq di gəl, bizim bu gənclər artıq gənclik yaşının çıxhaçıxındada olsalar da, uğurlu bir rolları yoxdur. Varsa, məsələn, kim Türkay Cəfərlini hansı rolu ilə xatırlayır? Sənət adamları yox, siravi tamaşaçı Türkay Cəfərli deyirmi? Deyəndə gözünün önündə nə canlanır?

Türkay 20-dən çox filmdə, serialda rol alıb. Hara nə qoyub? İndi bu qədər işində içində bir rejissor kəşf edə bilmədi Türkayı?

Məsələn, Türkay müsahibələrinin birində deyir ki, sən aktyorsansa, qapı-qapı döyüb mənə rol verin deməlisən. Veriblər də, dostum. Teatrda da işləyirsən. Niyə parlaya bilmirsənin? Hanı sənin ulduzun? Bəlkə, artıq uğursuzluqları rejissorlarən üstünə atmağı dayandıraq? Bəlkə bir özümüzə də baxaq?

Hansı rejissor istedadlı aktyora rol verməz? Səndə kinoya çəkilmək üçün bütün həmyaşıdlarından fərqlənən faktura da var, bəs niyə rol verməsinlər? Ola bilər ki, yaxşı bacarmırsan?

Ümumiyyətlə, elə aktyorlar var ki, onlar tutuzdura bildikləri cəmi bir rolun içində qalırlar, çıxa bilmirlər. Məsələn, Türkay Cəfərlinin içində qaldığı, çıxa bilmədiyi bir rol da yoxdur. Bir gün qocalanda kim onun gənclik illərindəki hansı rolunu xatırlayacaq? Nəyi deyib ağlayaq, Türkay?

Ən qəribəsi də budur ki, Türkay sanki öz zəifliyini anlamır. Özünü elə aparır ki, guya daxilində partlamağa hazır bir vulkan var. Doğrudur, var o vulkan, amma bu vulkanın içi sementlə doldurulub. Nə partlayır, nə tüstülənir. Maksimum, bir az toz qalxır, o da təsadüfən.

Türkayı bir neçə məqamda görsəm də, heç vaxt onun əsas məqamını müəyyən edə bilməmişəm. Türkay adətən mənfi rolları oynayır. O elə bilir ki, mənfi rolları çox yaxşı bacarır, nifrət yaradaraq sevgi qazanacaq. Mənfi rolları yaxşı bacarmaq, əlbəttə, sevgi qazandırır. Ancaq bunun  Türkaya nə dəxli var, onu bilmirəm. Onun müharibə ilə bağlı çəkildiyi filmə baxanda da ətim Tural Əhmədə tökülən kimi tökülüb. Türkay özünü Məlik Dadaşov kimi hiss etmək istəyib. Yəni sadəcə istəyib. Olsun, istəmək azaddır. Mənfi obraz yaratmaq üçün daxili qaranlıq, psixoloji dərinlik lazımdır. Türkayda isə bu qaranlıq yox, sadəcə işıq çatışmazlığı var. O, pis adam rolunu oynayanda qorxulu yox, yorucu görünür.

Onun teatr səhnəsində də görmüşəm. Spinozanın Tanrısında. Tək söz deyə bilərəm:

“Heç nə, Allah köməyi olsun”.

Onsuz da, Türkaya daha bundan sonra şəxsən Allah özü kömək olmasa, bir şey çıxası deyil.

Ata ocağından tutmuş digər bir neçə filmi, serailı sadalayıb təhlil etməyə də ehtiyac yoxdur. Daha dəqiq, gərək nəsə olsun ki, təhlil edəsən. Boşluq haqqında danışmaq o qədər də asan deyil.

Bəlkə də, problem ondadır ki, Türkay aktyor olmaq istəmir, sadəcə aktyor kimi görünmək istəyir. Çünki aktyor olmaq ağrılı prosesdir. Axtarış, uğursuzluq, özünü parçalamaq- nə desən var. Türkay isə sanki bu mərhələlərin hamısında “next”-i vurub, birbaşa nəticəyə keçmək istəyib. Nəticə isə ortadadır. Yəni yoxdur.

Orxan Saffari

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 24 Aprel 2026 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see756

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see583

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see333

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see324

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see294

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see292

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see286

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see274

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see272

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see271

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see257

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see242

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see240

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see232

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see216

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see214

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see203

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see195

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri