Icma.az
close
up
RU
Ayıb olsun… Orxan Saffari yazır

Ayıb olsun… Orxan Saffari yazır

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda yaltaqlığın müxtəlif növləri var və yaltaq adamlar da müxtəlif qruplara bölünür.

Onların bəzilərini asanlıqla tanımaq da olur, çünki hər şeyi açıq-açığına edirlər. Necə deyərlər, tutduqları bu yolda sabitqədəm olurlar. Belə adamlara isə deyiləsi bir söz var:

“Allah da, yaltaqlandığı nəsnə də çörəyini yetirsin”

Bəs digər yaltaqlarla nə etməli?

Əslində, onlar özlüyündə təhlükəli yaltaqlardır, daim maskalanaraq etdikləri yaltaqlıqlarda da haqlı görünə bilirlər, daha dəqiq, müstəsna həyasızlıqla buna çalışırlar və nisbətən mədəni də görünürlər.

O cür adamları tanımağın da yolları var.

Xüsusi ilə sosial şəbəkələrdə tez-tez hansısa kasıb ailələr acınacaqlı vəziyyətlə gündəmə gələndə, o adamlar məsələnin həllini belə görür:

“Kasıbsansa, iki uşağı neynirdin?”, “Niyə üç uşaq doğmusan?”, “Baxa bilməyəcəkdinsə, niyə dünyaya uşaq gətirirdin?!”

Əlbəttə, bu cür ifadələr işlətmək özlüyündə ayrıca bir əxlaqsızlıqdır.

Bir insanın, bir ailənin düşdüyü vəziyyətdə bu cür iradı bildirməsi üçün gərək yerli-dibli tərbiyəsi olmasın.

Bəs bu cür adamlar niyə həm də yaltaqlardır? Çünki bu adamlar ailəni ittiham etmək yerinə bir dəfə də elə məhz irad tutduqları uşaqlar üçün dövlətdən uşaqpulu tələb etməz, istəməzlər, di gəl, intim olaraq niyə o uşaqları doğduqlarını soruşa bilirlər.

Bir vətəndaş başqa vətəndaşın düşdüyü vəziyyəti onun öz günahı kimi ittiham etməsi ayıbdır, deyilmi? Özü də, bu cür həssas bir şəkildə.

Heç o da maraqlı deyil, məsələn, bəlkə həmin ailə əvvəllər normal dolana bilib, ancaq sonradan nələrəsə görə bu vəziyyətə düşüb? Nə etməli idi? İşdir, “birdən kasıb olarıq” deyə düşünüb, dünyaya uşaq da gətirməməli idilər?

Hətta bu cür adamlar əksər hallarda utanmazcasına bir ailənin üç uşağının olmasını da “çoxuşaqlı ailə” kimi qələmə verirlər.

Yaxud, başqa cür.

Bir də görürsən, kimsə belə deyir:

“Bəs bu camaatda pul yoxdursa, kafe-restoranlar niyə doludur?”, “İnsanlarda pul var, olmasa, hər gün yeyib-içməzdilər, axşam şəhərdə bir boş yer tapa bilmirsən”

Deyəsən, elə ən təhlükəli zümrə də bu zümrədir.

Bu cür adamların digərlərinə nisbətdə beş-üç manat pulu da çox olur. Onlar elə bilir, ən azı üç milyon əhali yerləşən şəhərdə kafe-restoran doludursa, demək hamı yaxşı yaşayır. O adamlar iqtisadiyyatı da bu cür ölçürlər. Onlara görə az maaş alan adamlar heç axşamlar çıxıb bir çay, kofe içə də bilməzlər, minimum otuz-qırx manat xərcləməklərini də çox görürlər. Özü də, məsələn, bu cür söhbətləri şəhərin mərkəz hissələrinə gələnlər edir. Uzağa getmək lazım deyil, elə götürək Tarqovunu. Balaca bir yerdə balaca-balaca obyektlərdə yer tapa bilməyib bunu güzəranın yaxşı olmasına bağlamaq üçün…nə bilim.

Doğrudan da, bədbəxtlikdir. Görəsən, bu cür trolluq etmək üçün hansı dərəcədə həyasız olmalıdır?

Sən uşaqpulu istəmə, maaş artımı tələb etmə, amma insanların istirahətinə, ailədaxili işlərinə qarış, onların üzərindən yaltaqlıq etməyə çalış.

Ayıb olsun.

Orxan Saffari

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:280
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 21 Mart 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see811

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see560

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see401

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see286

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see284

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see279

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see267

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see258

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see251

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see228

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see221

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see210

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see208

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see205

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see204

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see199

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see196

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see193

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see191

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri