Icma.az
close
up
RU
“Boşan, gəl, öz həyatını yaşa, kiməsə corab yuyansan?!”

“Boşan, gəl, öz həyatını yaşa, kiməsə corab yuyansan?!”

Pravda.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2024-cü il üzrə Azərbaycanın boşanma statistikası artım göstərir. Dövlət Statistika Komitəsinin məlumatına görə, ilin ilk 2 ayında 6,739 nikah və 3,456 boşanma qeydə alınıb. Hər 1,000 nəfərə düşən nikahların sayı 4.6-dan 4.0-a düşüb, boşanmalar isə 1.8-dən 2.1-ə yüksəlib.

Azərbaycan üçün son illərdə boşanmalarla bağlı statistik məlumatlar qadınların daha çox müraciət etdiyini göstərir.

Bəs niyə ən çox qadınlar boşanmaq üçün müraciət edir? Bu nə ilə bağlıdır? Məsələni yenisabah.az-a şərh edən psixoloq Vüsalə Rüstəm bildirib ki, qadınların yaxın keçmişdə ailə ilə bağlı anlayışları tam fərqli idi:

“Valideynlər övladını ər evinə yola saldıqda artıq hərəkət etmə, başımızı aşağı əymə və sən nə edirsən et bil ki, oradan (ər evindən) ancaq ağ kəfəndə çıxa bilərsən deyirdilər. Bu sözlər qadının çiyninə ailə məsuliyyətini yükləyirdi. Nənələrimiz isə hər zaman "yuvanı dişi quş düzəldir" deyərdilər. Boşanmış qadın ifadəsi hər kəs üçün çox ağır ifadə sayılırdı. İndi isə mənzərə çox fərqlidir. Qadınlar ailədə olan kiçik bir anlaşılmazlığa belə davam gətirmir, qarşı cins isə "mən boşanıram" deyən qadını bu fikirdən uzaqlaşdırmaq üçün isə heç bir iş görmür. Sadəcə “boşanırsan, boşan” deyərək sakitcə baş verənləri izləyirlər. Ailə və rəfiqə çevrəsindən mənəvi dəstək alan çox qadın asanlıqla bu addımı atır. Boşanarkən övladının hansı psixoloji çətinliklərlə qarşılaşacağı belə çoxunun vecinə olmur. Dağılmış ailələrdəki uşaqların çoxu travma alır, gələcək ailələrində də eyni problemləri yaşayırlar”.

Psixoloq vurğulayır ki, evlənən cütlüklər ailə qurarkən hər şeyin yaxşı getməyəcəyini, çətinliklər olacağını, bəzən birinin hirslənib kobudluq edəcəyini bilib ağla gələn və gəlməyən çətinlikliklərdə bərabər olacaqlarsa, bu addımı atmalıdırlar:

“Övlad dünyaya gələndən sonra nə ana, nə də ata öz kefi üçün yaşaya bilməz. Onların buna mənəvi  haqqı çatmır. Boşanan ailələrdə nəzarətsizlikdən uşaqların başına gələn hadisələri onlarla işləyən mütəxəssislər bilir. Valideyn olmaq ən böyük mənəvi yük və vəzifədir. Qız anasının “boşan, gəl, öz həyatını yaşa, sən kiməsə corab yuyansan?!” deyərək ona dəstək durması gələcək körpələri təhlükənin qucağına atır. Kim nə deyir desin, tək olan valideynlər uşaqları qoruya bilmir”.

V.Rüstəm onu da qeyd edib ki, bəzən boşanmaq üçün çox ciddi səbəblər olur ki, bunlar da danılmaz faktdır:

“Adam əgər psixi xəstədirsə, qadını döyürsə, narkotik, alkqol istifadəçisidirsə, o zaman qadın uşaqları həmin mühitdən xilas etmək üçün boşana bilər. Əks halda, bu addımı atmaq yanlışdır. Qadınların boşanmağa getməsinin isə tək  səbəbi mənəvi olaraq daha güclü olması, çətinliklər qarşısında dayana bilmələridir. Heç bir kişi qurduğu sakit, rahat ailə mühitini dağıtmır və dağıtmaq istəmir. Qadınlar isə daha tez qərar verir. Bu qərarı verən zaman ona "dur" deməyi bacaran və fikrindən yayındıran kişi lazımdır ki, qadın yanlış qərar verməsin”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://pravda.az
archiveBu xəbər 20 Noyabr 2024 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevilyadan Berlində: Avropanın ən musiqili şəhərləri (SİYAHI)

09 İyun 2025 14:24see155

Rostov vilayətində miqrantlar rus təqaüdçüyə hücum edib..?

09 İyun 2025 19:07see124

Kim deyər ki, 78 yaşı var? Video

08 İyun 2025 23:30see122

Yadplanetlilərə meydan oxuyan media əhlimiz…

10 İyun 2025 00:13see121

Dünyanın ən uzun balığı hansıdır?

09 İyun 2025 02:33see119

Ağstafada qardaş qardaşın qanını tökdü

09 İyun 2025 05:26see118

Bu vitamin xərçəngi 10 günə öldürür

09 İyun 2025 02:04see117

Qyokereşdən 35 milyon maaşa imtina

10 İyun 2025 00:37see117

Bakı şəhəri üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

09 İyun 2025 15:24see117

Bu nəhəng ölkə husilərə kömək edir: ABŞ yə hücum

09 İyun 2025 03:31see117

Yeniyetmə fortepianoçumuz Londonda beynəlxalq müsabiqənin qalibi OLDU

08 İyun 2025 23:49see117

Ukrayna üçün şad xəbər Rəsmən elan edildi

09 İyun 2025 01:27see115

Rusiya aprel ayında Türkiyədən balıq idxalını artırıb...

09 İyun 2025 21:46see114

Sərvəti 1 milyardı ötdü

09 İyun 2025 17:12see114

Salyanda ot sahəsi və maşın yanıb

09 İyun 2025 19:13see113

Ekspertlər təhsil sistemindəki boşluqları tənqid etdilər: O kadrlara baxanda utandım

09 İyun 2025 18:14see113

“Pul var, sülh yoxdur!” Cey Di Vensdən sabiq prezidentə tənqid

09 İyun 2025 00:01see112

Adolf Hitler və məşuqəsi Eva Braunun qəribə münasibətlərinin hekayəsi

09 İyun 2025 20:17see112

Artıq bu hərəkət cinayət sayılacaq İranda ŞOK qadağa

09 İyun 2025 21:51see112

Putinin köməkçisi: Moskva nəhəng Qarabağ ın yaranmasını istəmir

09 İyun 2025 22:01see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri