Icma.az
close
up
RU
Pentaqon: Yeni START Çinin nüvə arsenalını nəzərə almalı olacaq

Pentaqon: Yeni START Çinin nüvə arsenalını nəzərə almalı olacaq

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Potensial yeni Strateji Hücum Silahların Məhdudlaşdırılması Müqaviləsi (START və ya START-3) Çinin nüvə arsenalı nəzərə alınmaqla hazırlanmalıdır.

"Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin strateji sabitlik üzrə direktor müavini Ostin Lonq Vaşinqtonda Hadson İnstitutunda çıxışı zamanı bildirib.

"Çinin nüvə arsenalının transformasiyası, yəqin ki, qəzetlərdə oxuya biləcəyiniz ən əhəmiyyətli şeydir. Çin qitələrarası ballistik raketləri yerləşdirmək üçün onlarla, bəlkə də, yüzlərlə raket şaxtaları inşa edib. Odur ki Birləşmiş Ştatlar, bu nüvə strategiyasını həyata keçirmək istəyirsə, daha çox sayda yerləşdirilmiş strateji qüvvəyə sahib olmalıdır, halbuki START-3 buna imkan vermir", – o deyib.

Lonqun fikrincə, ABŞ soyuq müharibə dövründə çox şeylər tikib, lakin onların əksəriyyəti START müqaviləsinə əsasən sökülməli olub. Eyni zamanda o, əlavə edib ki, amerikalılar onu yenidən qurmağa qadirdir.

Mayın əvvəlində Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ-nin Rusiya ilə bağlı siyasətində əsaslı dəyişikliklər olmadan START-3-ün saxlanılması perspektivinin olmayacağını bildirmişdi.

START (Strateji Hücum Silahlarının Məhdudlaşdırılması Müqaviləsi) Rusiya və ABŞ üçün qitələrarası ballistik və bəzi digər raketlərin, nüvə başlıqlarının sayını məhdudlaşdıran sazişdir. 2023-cü ilin fevralında Putin Moskvanın START-da iştirakını dayandırdığını, lakin ondan çıxmadığını elan edib. Müqavilə üzrə dialoqa qayıtmazdan əvvəl Rusiya tərəfi START-da təkcə ABŞ-nin yox, həm də digər NATO üzvlərinin – Böyük Britaniya və Fransanın arsenallarının necə nəzərə alınacağını anlamaq istəyir. Müqavilənin müddəti 2026-cı il fevralın 5-də başa çatacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://baku.ws
archiveBu xəbər 10 İyun 2025 23:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri