Boşanan cütlüklərin eyni evdə yaşaması qanunla necə tənzimlənir?
Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.
Bəzi hallarda cütlüklər rəsmi şəkildə boşansalar da, müxtəlif səbəblərdən eyni evdə yaşamağa davam edirlər. Belə vəziyyət tərəflərin yaşayış hüquqları, əmlak məsələləri və qarşılıqlı münasibətləri baxımından müəyyən hüquqi məsələlərə səbəb ola bilər.
Rəsmi şəkildə boşanmış şəxslərin eyni evdə yaşaması qanunla necə tənzimlənir və bu halda tərəflərin hansı hüquq və öhdəlikləri yaranır?
Vəkil Ceyhun İsmayıllı Demokrat.az-a açıqlamasında deyib ki, cütlüklər rəsmi qaydada boşandıqdan sonra da qarşılıqlı razılıq əsasında bir yerdə yaşamağa davam edə bilərlər:

“Yəni boşanma faktı tərəflərin eyni evdə qalmasına avtomatik olaraq qadağa qoymur. Bu, tərəflərin öz razılığı əsasında müəyyənləşdirdiyi məsələdir. Lakin burada əsas məqam ondan ibarətdir ki, rəsmi boşanma tərəflərin ər-arvad kimi qanunvericilikdə nəzərdə tutulan bir sıra hüquq və öhdəliklərinə xitam verir. Başqa sözlə, şəxslərin boşandıqdan sonra eyni evdə yaşamağa davam etməsi onların hüquqi baxımdan yenidən ər-arvad hesab olunması anlamına gəlmir. Məsələn, tərəflərdən birinin adına olan mənzildə yaşayırlar və boşandıqdan sonra da həmin evdə birgə qalmağa davam edirlər. Bu halda onların eyni mənzildə yaşaması digər tərəf üçün həmin əmlak üzərində avtomatik olaraq yeni hüquqlar yaratmır. Yəni bir yerdə yaşamaq öz-özlüyündə mülkiyyət və ya istifadə hüququnun yaranmasına səbəb olmur.
Vəkilin sözlərinə görə, mənzil ərin adına rəsmiləşdirilibsə və tərəflər boşandıqdan sonra da həmin evdə birgə yaşayırsa, ər müəyyən hallarda məhkəməyə müraciət edərək keçmiş həyat yoldaşının mənzildən istifadə hüququna xitam verilməsi və evdən çıxarılması ilə bağlı iddia qaldıra bilər:
“Əgər xanım həmin mənzildə qeydiyyatdadırsa, məsələ ilə bağlı məhkəmədə ayrıca hüquqi qiymətləndirmə aparılır və qeydiyyatda olma faktı da nəzərə alınır. Yəni boşanmadan sonra eyni evdə yaşamağın özü tərəflər arasında əvvəlki ailə-hüquq münasibətlərini bərpa etmir. Tərəflərin hansı hüquqlara malik olması isə mənzilin kimə məxsus olmasından, həmin şəxsin mənzildə hansı əsasla yaşamasından, qeydiyyat məsələsindən və digər hüquqi hallardan asılı olaraq müəyyən edilir. Tərəflər evli olduğu müddətdə isə bu məsələlər bir qədər fərqli tənzimlənir. Çünki nikah davam etdiyi dövrdə ər və arvadın əmlak və yaşayış sahəsindən istifadə ilə bağlı hüquqları boşanmadan sonrakı vəziyyətdən fərqli hüquqi əsaslara söykənir”.
Fidan Hacızadə
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Bu mövzuda digər xəbərlər:Boşanan ailələr, yoxsa “boşanan” uşaqlar?
27 Dekabr 2025 22:18
Torpaq icarəsi qanunla necə tənzimlənir? AÇIQLAMA
27 Avqust 2025 17:27
Boşanan ailələrə XƏBƏRDARLIQ MÜTLƏQ...
18 Avqust 2025 21:38
Ekspert: Vətəndaşların kompensasiyası qanunla tənzimlənir
23 Noyabr 2024 14:39
Yerdən tapılan pul: Bu hal qanunla necə tənzimlənir?
06 Aprel 2026 22:39
Baxış sayı:171
Bu xəbər 14 Sentyabr 2026 20:32 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları