Icma.az
close
up
RU
Boşanan ailələr, yoxsa “boşanan” uşaqlar?

Boşanan ailələr, yoxsa “boşanan” uşaqlar?

Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Hər şeydən əvvəl deyək ki, boşanmış bir ailənin uşağı olmaq o qədər də asan deyil. Valideynlər bu məsələdə nə qədər çox həssaslıq göstərsələr, boşanmanın uşaqda buraxacağı izlər də o qədər az olar. Ancaq bütün hallarda mütləq uğurdan söhbət gedə bilməz. Çünki ata da, ana da uşaq üçün iki təməl daşıdır.
Uşaq onlara inanır, onlara etibar edir və özünü daha güclü və daha təhlükəsiz hiss edir. Bu təməlin uçması isə uşaqda anlaşılmaz hisslərin meydana gəlməsinə səbəb olur.
Bu dövrdə uşağın nələr hiss etdiyini bilmək, onunla necə dil tapmağınıza kömək edər. Və beləliklə, boşanmanın uşaqda buraxacağı izlər azalar.
Elə isə ata-anası ayrılan bir uşaq nə hiss edir?
1. Boşanma nəticəsində uşaq sanki boşluğa düşür. Nə baş verdiyini başa düşməyə çalışır. Və təbii ki, vəziyyəti izah etməkdə çətinlik çəkir.
2. Əsəbləri gərginləşir. Bəzən bunu nifrət, kin, qəzəb hissləri ilə büruzə verir. Belə uşaqların aqressivləşməsi də təbiidir.
3. Günahkar axtarmağa başlayır. Ona görə günahkar ya atası, ya anası, ya da özüdür.
4. Ətrafdakılara və özünə inamı azalır.
5. Gələcəyi üçün narahat olmağa başlayır. Uşağı daha çox “İndi mən necə olacağam?”, “Kiminlə yaşayacağam?” “Bir daha ata-anamı görə biləcəyəmmi?” və s. kimi suallar narahat edir.
6. Tənhalıq hissi başlayır.
7. Özünü pessimist hiss edir. Ətrafında baş verən hadisələr də onun nikbinliyi üçün kifayət etmir.
8. Ata-anasını birləşdirməyə çalışır.
9. Hisslərini ətrafındakılarla bölüşmək istəmir. Bəzən bunun üçün yalana da əl atır.
10. Həddi-büluğ dövründə belə uşaqlarda utancaqlıq hissinin müşahidə olunması da təbiidir.
Aygün Vəliyeva
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 27 Dekabr 2025 22:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see285

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see279

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see258

AFFA nın Lisenziya Komissiyasının iclasında Goranboy OİK in sənədlərinə baxıldı

19 Avqust 2026 20:06see246

ABŞ nin dövlət borcu rekord həddə çatıb

20 Avqust 2026 03:24see240

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see227

92 yaşlı Hollivud əfsanəsi illər sonra kameralar qarşısına keçdi

20 Avqust 2026 02:24see222

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see202

Əhmədbəyli Füzuli Şuşa avtomobil yolu İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilib

19 Avqust 2026 20:43see192

Təmayül istəməyən şagirdin taleyi necə olacaq? Valideyn narazılığı VİDEO

19 Avqust 2026 22:28see182

Bu ölkədə üz gizlətmək qadağan edildi cəriməsi 3000 avrodur...

20 Avqust 2026 00:39see173

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see171

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see170

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see164

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see164

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see163

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see163

Xətai rayonunda baş verən yanğın söndürülüb

20 Avqust 2026 01:21see163

Yair Rodriges “Noche UFC”nin əsas döyüşündən çıxarıldı

20 Avqust 2026 01:29see161

OpenAI 2027 ci ildə birjaya çıxmağı planlaşdırır

20 Avqust 2026 03:04see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri