Icma.az
close
up
RU
Boşanan qadın... O, cəmiyyətdən də ayrılır?

Boşanan qadın... O, cəmiyyətdən də ayrılır?

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


O, evliliyi artıq bir qəfəs kimi hiss etdiyini anlayanda, heç bir söz demədən ayrıldı. Körpəsi ilə doğulduğu kəndə qayıtdı. Amma orada onu azadlıq deyil, insanların dedi-qodusu, çəpəki baxışlar qarşıladı....

Azərbaycanda minlərlə qadın bu cür ayrılıqlardan əvvəl illərlə zorakılığa, xəyanətə, alçaldılmaya dözür. Niyə?

Çünki bu ölkədə “ayrılmaq ayıbdır”. Çünki “qadın dözməlidir”. Çünki bu cəmiyyətdə boşanmış qadın damğalanmaq, bir daha heç vaxt qadın sayılmamaq deməkdir.

Boşanma qərarı cəmiyyətin gözündə qadını günahkar göstərir. Buna görə də belə qadınlar üçün həyatına davam etmək daha da çətinləşir. Bəlkə dövlət, sosial sistem ona kömək edir? Təəssüf ki, yox. Uşaqla tək qalan qadının ipoteka ilə ev almağa imkanı yoxdur. İş axtarırsa, “uşağı kimə qoyacaqsan?” soruşurlar. Sosial yardım üçün müraciət edir, min bir kağız və minnət altında itib-batır. Sistem qadını qorumaq üçün yox, təkləmək üçün işləyir.

Bir zindanda digər zindana

Boşanmış kişi istədiyi vaxt evlənə bilər. Amma qadına olmaz! Boşanan və oğlu ilə ata evinə qayıdan qadına qardaşı “evdə uşaq səsi istəmirəm”, anası “dözərdin, ayrılmazdın” deyir. Zülm görən qadınlar qaçdıqları ər evindən azadlığa yox, başqa bir zindana düşürlər.

Boşanmalar artıb, səbəblər dəyişməyib

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə Azərbaycanda 17 min 300-dən çox boşanma qeydə alınıb. Bu, əvvəlki illərə nisbətən artım deməkdir. Boşanmaların 70 faizi 1-ci və 2-ci evlilik ilində baş verir.

Ən çox rast gəlinən boşanma səbəbləri sırasında ailə zorakılığı, iqtisadi çətinliklər, qohumların müdaxiləsi və tərəflər arasında psixoloji uyğunsuzluq ön plana çıxır.

Boşanma halları daha çox Bakı, Gəncə, Sumqayıt və Abşeron ərazilərində baş verir. Amma bölgələrdəki boşanmalar daha ağır sosial nəticələrlə müşahidə olunur.


Yeganə ümid: Qadınların bir-birinə arxa durması

Artıq bəziləri sosial mediada qapalı qadın qruplarında bir-birinə dəstək olur.

Hüquqi məsləhətlər, psixoloq dəstəyi, iş imkanları paylaşılır. Amma bu yetərli deyil, cəmiyyətin özü də dəyişməlidir.

Cəmiyyət nəhayət, boşanmış qadına günahkar və cinayətkar obrazı yaratmaqdan imtina etməlidir. Çünki o qadınlar bəzən son ümidləri ilə yeni bir həyat qurmaq istəyən insanlardır. Onu təcrid etmək, damğalamaq, qınamaq yox, anlamaq və dəstək olmaq lazımdır. Əgər bir qadın həyatda qalmaq üçün boşanıbsa, niyə yaşamaq haqqı əlindən alınır? Bu sual cəmiyyətimizi narahat edirmi?

Aysel,

BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 08 May 2025 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri