Icma.az
close
up
RU
Boşananda evin təmir pulu necə bölünür? Vəkil açıqladı

Boşananda evin təmir pulu necə bölünür? Vəkil açıqladı

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Nikah dövründə əldə edilən və ya həmin müddətdə dəyəri artırılan əmlak boşanma zamanı tərəflər arasında mübahisə yaradan əsas məsələlərdən biridir. Xüsusilə mənzilin təmirinə çəkilən xərclərin hansı hallarda ümumi əmlak payına daxil edilməsi və tərəflərin hüquqlarına necə təsir göstərməsi məhkəmə proseslərində tez-tez gündəmə gəlir.
Bəs nikah dövründə mənzilin təmirinə sərf olunan vəsait hansı hallarda ortaq əmlak kimi qiymətləndirilə bilər və bu iddianı sübut etmək üçün hansı sənədlər tələb olunur?
Vəkil Tural Həsənli Demokrat.az-a açıqlamasında bildirib ki, nikah dövründə mənzilin təmirinə çəkilən xərclərin tərəflər arasında bölünməsi üçün əsas şərtlərdən biri həmin təmir işlərinin nikah dövründə, yəni tərəflərin ailə təsərrüfatını birlikdə apardıqları müddətdə həyata keçirildiyinin sübuta yetirilməsidir.
Onun sözlərinə görə, bu hal təsdiqləndiyi təqdirdə, təmir nəticəsində mənzilin dəyərində yaranan artım məhkəmə tərəfindən əmlak bölgüsü zamanı nəzərə alına bilər:
“Belə mübahisələrdə tərəflər iddialarını müxtəlif sübut vasitələri ilə əsaslandıra bilərlər. Sübut kimi təmir işlərinin aparıldığını və xərclərin çəkildiyini təsdiqləyən yazılı sənədlər, qəbzlər, müqavilələr, ödəniş sənədləri, həmçinin təmir materiallarının alınmasına dair sənədlər təqdim oluna bilər. Bundan əlavə, təmir nəticəsində mənzilin dəyərində artım olub-olmadığını müəyyən etmək üçün ekspert rəyi də mühüm sübut vasitələrindən biri hesab olunur.
Məhkəmə prosesində şahid ifadələri də nəzərə alına bilər. Məsələn, təmir işlərinin nə vaxt aparılması, hansı şəxslərin iştirakı və xərclərin hansı mənbədən qarşılanması ilə bağlı məlumat verən şahidlərin ifadələri tərəflərin mövqeyinin qiymətləndirilməsində rol oynaya bilər. Lakin hər bir sübut ayrıca deyil, digər təqdim olunan materiallarla birlikdə qiymətləndirilir və yekun qərar məhkəmənin araşdırması əsasında qəbul olunur”, - deyə Tural Həsənli fikrini tamamlayıb.
Nuray Paşşanlı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 Avqust 2026 21:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see339

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see329

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see321

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see312

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see307

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see299

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see293

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see282

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see275

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see271

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see251

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see234

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see231

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see222

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see219

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see214

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see196

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see187

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see181

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri