Icma.az
close
up
RU
Boşananda qızıllar kimdə qalmalıdır?

Boşananda qızıllar kimdə qalmalıdır?

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Boşanmalar zamanı tərəflər arasında mübahisə yaradan məsələlərdən biri də qızıl-zinət əşyaları ilə bağlı olur. Belə ki, əksər hallarda ər tərəf bu əşyaların özləri tərəfindən alındığını əsas gətirərək həmin əşyaların onlarda qalmasını tələb edir.  

Maraqlıdır, bəs qanunvericilik bu barədə nə deyir? 

“Qafqazinfo” xəbər verir ki, Ailə Məcəlləsinə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri aiddir. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar da bu sıraya daxildir. Birgə mülkiyyətə əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər və ya arvad ümumi əmlak üzərində hüquqa malikdir.

Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə digər hallarda həyata keçirilir. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Məhkəmə, ər-arvadın hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər.

Yetkinlik yaşına çatmayan uşaqların geyim, paltar, ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və digər əşyaları bölünmür və əvəzi ödənilmədən uşaqları ilə birgə yaşayan valideynə verilir. Ər-arvadın ümumi əmlakı hesabına yetkinlik yaşına çatmayan ümumi uşaqların adına qoyulmuş əmanətlər həmin uşaqlara məxsus hesaba edilir və ümumi əmlakın bölünməsi zamanı nəzərə alınmır.

Ər-arvadın ümumi əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak onların birgə mülkiyyətini təşkil edir.

Zinət əşyalarına gəlincə, qanunvericiliyə görə, zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri, yəni geyim, ayaqqabı və s. nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Lakin nikaha daxil olanadək onlara məxsus olan, habelə nikah dövründə hədiyyə şəklində əldə edilən əmlak, o cümlədən zinət əşyaları ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Yəni, ər və ya arvadın qarşı tərəfə aldıqları zinət əşyaları hədiyyə hesab olunduğundan boşanma zamanı onlar geri alınmır, bölünmür. 

Ceyhun Həmid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 25 Noyabr 2026 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see322

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see313

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see285

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see282

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see280

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see266

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see256

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see248

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see237

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see236

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see235

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see232

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see232

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see230

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see214

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see214

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see213

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see211

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see205

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri