Icma.az
close
up
RU
Boşananda yada düşən NİKAH MÜQAVİLƏSİ: “Belə getsə, qaçılmaz olacaq” KONKRET

Boşananda yada düşən NİKAH MÜQAVİLƏSİ: “Belə getsə, qaçılmaz olacaq” KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Statistika göstərir ki, Azərbaycanda boşanmaların sayı ilbəil artır. Ancaq təəssüf ki, boşanma ilə də proses yekunlaşmır və problemlər bitmir. Bundan sonra isə tərəflər arasında əmlak bölgüsü və aliment mövzusunda insidentlər yaşanır. Bütün bunlar isə həm də uşaqların gələcək həyatında dərin izlərin yaranmasına səbəb olur. Bu cür halların baş verməməsi üçün nikah müqaviləsi vacibdirmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən sosioloq Lalə Mehrəli bildirib ki, nikah müqaviləsinin bağlanması ailənin maddi dəyərlər üzərində bərqərar olunması deməkdir.

“Bu zaman bir növ mənəviyyat ikinci plana atılır. Evlənərkən boşanma halı düşünülür. Mənim düşüncəmə görə, bu, normal vəziyyət deyil. Amma dünyamızın hazırda gəlib çıxdığı vəziyyətə nəzərən şərh eləsək, görərik ki, məhkəmələrdə çəkişmələrin baş verməməsi üçün nikah müqaviləsinin bağlanması normaldır. Çünki indiki insanlar mənəviyyatdan çox maddiyyat üzərində həyat qururlar. Yəni, evlənərkən boşanmanı düşünən insanlar mal-mülk barədə də qətiyyətli bir qərar əldə etmək istəyirlər. Biz millət olaraq mənəvi məsələlərə əhəmiyyət verməyin tərəfdarı olmuşuq. Çünki o cür tərbiyə almışıq. Ailədə mal-mülk üstündə dava olmayıb. Boşanma halında da kişilər hərşeyi həyat yoldaşları, uşaqları üçün qoyub evdən çıxıb. El arasında belə məsəl var. “Pencəyimi götürdüm çıxdım evdən.” Bu, bizim cəmiyyətimizdə boşanma vəziyyətlərində kişi xarakterinin atdığı nümunəvi addım sayılırdı.“

Sosioloq əlavə edib ki, bu gün boşanma halları daha çox sui-istifadə xarakteri daşıyır.

“Tərəflər bir-birindən pul, mülk qoparmağa çalışırlar. Ona görə də, nikah müqaviləsinin evlənmədən öncə bağlanması daha yaxşı addımdır. Əgər boşanma halı elə evlənərkən düşünülürsə, ehtimal ki, bu, qaçılmaz olacaq. Bu gün gənclər nikahdan əvvəl çalışırlar ki, mallarını, mülklərini öz validenylərinin və yaxud da bacı-qardaşlarının adına keçirsinlər. Belə olan halda gələcək həyat yoldaşı ondan pay tələb edə bilməyəcək. Bütün bunlar gənclərin cəmiyyətdə gördüklərindən irəli gəlir.“

Ekspert bildirir ki, evlənərkən mal-mülkündən narahat olan insanlar varsa, nikah müqaviləsi bağlaya bilər.

“Nikah müqavilələri təkcə mal-mülk üzərində tərtib edilmir. Bu, həm də tərəflərin daşıdığı məsuliyyəti, ailə birliyinə olan əhəmiyyəti, bir-birinə qarşı diqqət və tələbi özündə əks etdirən müqavilədir. Ümumiyyətlə, “Şərti şumda kəsmək lazımdır ki, xırmanda yabalaşmasınlar”.

Aynurə İsmayıl

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://konkret.az
archiveBu xəbər 18 Mart 2025 19:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see248

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see238

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see216

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see161

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see153

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see149

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see148

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see146

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see141

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see139

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see139

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see136

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see134

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see134

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri