Icma.az
close
up
RU
Evlənənlərin DİQQƏTİNƏ Nikah müqaviləsi məcburi OLACAQ?

Evlənənlərin DİQQƏTİNƏ Nikah müqaviləsi məcburi OLACAQ?

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

Son illərdə boşanma hallarının artması, ailə münasibətlərində hüquqi tənzimləmələrə olan ehtiyacı daha da ön plana çıxarır. Evlənərkən bir-birinə sonsuz etibar edən cütlüklər ayrılma mərhələsində alimentdən tutmuş, hədiyyələrə, hətta gündəlik məişət əşyalarına qədər hər bir detal üzrə mübahisə yaşayırlar. Halbuki nikahdan əvvəl bağlanacaq sadə bir müqavilə – nikah müqaviləsi – bu cür xoşagəlməz halların qarşısını ala, hər iki tərəfin hüquqlarını əvvəlcədən qoruma altına ala bilər.

Bir çox ölkədə geniş şəkildə tətbiq olunan bu hüquqi mexanizmə Azərbaycanda isə hələ də ehtiyatla yanaşılır və tərəflərin çoxu belə bir addımı atmaqdan çəkinir. Bəs nikah müqaviləsi bağlamağa nəyə görə laqeyd yanaşırıq və bu müqavilənin cəmiyyətimizdə normal qəbul olunması üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Bizim.Media – ya danışan psixoloq Fərqanə Mehmanqızı bildirib ki, Azərbaycan şərq ölkəsi olduğu üçün insanlar daha çox hisslərə və emosiyalara üstünlük verirlər. Onlar üçün sənədlərin əhəmiyyəti yoxdur:

“Mediasiyada cütlüklərə bu barədə məlumat verirlər. Deyirlər ki, evlənərkən müqavilə bağlayın və şərtlərinizi orada açıq şəkildə bildirin. Bu, gələcəkdə tərəflərin öz hüquqlarını müdafiə etməsi baxımından düzgün mövqedir. Lakin insanlar evləndikdə "ayrılacam" düşüncəsi ilə ailə qurmaq istəmir. Ona görə də müqavilə kimi məsələlərlə ehtiyatlı davranırlar. Qarşı tərəfi, özünü incitməmək üçün nikah müqaviləsinə soyuqqanlı yanaşırlar. Bəzi məsələlər  insanların xarakterinə, münasibətlərinə aiddir. Nikah müqaviləsini hamı imzalanmalıdır demək reallıqdan kənara çıxmaqdır. Bizim ölkədə bəzi insanlar cehiz, başlıqpulu kimi məsələlər barədə danışmağı ayıb hesab edir”.

Psixoloq qeyd edib ki, adət-ənənəmizdə əvvəllər nikah müqaviləsi bir qədər fərqli formada mövcud olub:

“Milli dəyərlərimizdə qadının hüquqları qorunur.  Ancaq ailə dəyərlərimiz, mənəvi bağlılıqda nikah müqaviləsi, həm cəmiyyət, həm də tərəflər arasında doğru anlaşılmaya bilir. Bunun üçün zaman lazımdır. Bəlkə də  maarifləndirmə işləri aparılsa, bizim üçün adiləşər. Bu da kifayət qədər vaxt tələb edən baxış bucağıdır",- deyə o fikrini yekunlaşdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:70
embedMənbə:https://news24.az
archiveBu xəbər 30 Aprel 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see159

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see156

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see155

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see146

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see146

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see144

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see136

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri