Icma.az
close
up
RU
Boşanma işi Ali Məhkəməyə gedir Pənahovlar ailəsində gərginlik artır

Boşanma işi Ali Məhkəməyə gedir Pənahovlar ailəsində gərginlik artır

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahov boşanma və əmlak davası ilə bağlı məhkəmə qərarından narazı qalaraq Ali Məhkəməyə müraciət edib.

Yenisabah.az xəbər verir ki, oğul-Pənahovun arvadı H.Pənahova nikahın pozulması, zinət əşyalarının, cehiz və geyimlərinin qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdi.

Cütlük 2022-ci ildə evlənib, qadın 2024-cü ildə boşanma üçün iddia qaldırıb. Toyuqlu pizza

H.Pənahova bildirib ki, evlilik dövründə ərinin zorakılığına məruz qalıb və 2023-cü ildə ABŞ-də yaşadıqları müddətdə işgəncələrə dözməyərək gizli şəkildə Bakıya qayıdıb. Onun sözlərinə görə, ərinin göstərişi ilə yaşadıqları evin qıfılı dəyişdirilib və o, şəxsi əşyalarını götürə bilməyib.

Qarşı tərəf H.Pənahovanın dediklərini təkzib edərək bildirib ki, qadın bütün əşyalarını özü ilə aparıb. Onların sözlərinə görə, qadının tələb etdiyi 170 min manatlıq brilyant komplekt özünə deyil, baldızına məxsus olub və sadəcə toyda taxmaq üçün ona verilib.

H.Pənahova ümumilikdə 590 min manatlıq əmlak iddiası qaldırsa da, məhkəmə iddianın bir hissəsini haqlı sayaraq 393 min manatlıq zinət və geyim əşyalarının qaytarılması və ya dəyərinin ödənilməsi barədə qərar qəbul edib.

“Yeni Sabah”a danışan Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirib ki, hadisənin detallarını öyrəndikdən sonra müdafiə prosesinə başlaya bilərlər:

“Bu mövzu ilə bağlı bizə hər hansı bir məktub daxil olmayıb. Ona görə də prosesin nədən ibarət olduğunu təfərrüatlı bilmirəm. Həmin xanım bizə yazılı şəkildə müraciət ünvanlasın və ya şəxsən mənimlə əlaqə yaratsın, biz də işin tam olaraq nədən ibarət olduğunu öyrənək, ondan sonra bütün lazımi tədbirləri görək. Hazırda məsələyə birtərəfli yanaşa bilmərəm. Gedişatı ətraflı öyrəndikdən sonra xanımın müdafiə prosesini həyata keçirə bilərik”.

Vəkil Emil Aslanov isə bildirib ki, prosesin uzun çəkməsi həm boşanma, həm də əmlak bölgüsü məsələləri ilə bağlıdır:

“Güman ki, burada əsas məsələ təkcə boşanma deyil. Tərəflər arasında əmlak bölgüsü də olduğu üçün proses bu qədər uzun çəkir. Görünən odur ki, ekspertiza ilə yanaşı qiymətləndirmə, dəyərin müəyyən olunması kimi məsələlər də araşdırılır. 393 min manatlıq təzminatın ödənilməməsi də sırf icra şöbəsinin məsuliyyətsizliyi ilə bağlıdır. Hakim həmin prosesi ayrıca icraata ala bilərdi.

Tərəflərin razılığı varsa, 40 gün ərzində birinci məhkəmə prosesi keçirilir. Əgər tərəflərdən biri razı deyilsə, məhkəmə onlara barışmaq üçün 3 ay möhlət verir. Tərəflər barışığa gəlməzsə, təxminən 5-6 ay ərzində boşanma prosesi yekunlaşır. Bu işin uzanmasının əsas səbəbi yalnız əmlak bölgüsü və gəlir paylaşımı ilə bağlı qarşıdurmadır”.

Aydan Hacı 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 07 Oktyabr 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri