Icma.az
close
up
RU
Boşanma təbliğatı pik həddə: Ailələrin dağılmasını da şənlik kimi qeyd edirlər...

Boşanma təbliğatı pik həddə: Ailələrin dağılmasını da şənlik kimi qeyd edirlər...

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün bir sıra sosial şəbəkələr və televerilişlər açıq-aydın boşanmanı təbliğ edir. Hər yerdə boşanmaq bir qurtuluş kimi təşviq edilir. Bəzi hallarda qadınlar boşanmaları münasibətilə şənlik təşkil edib, bunu bayram da edirlər.

Ən pisi də odur ki, bu təbliğatın izləyici sayı günbəgün artır. Bu da məsələni kommersiyalaşdırır. Yəni bu gün efirdə kimlərinsə boşanması geniş müzakirə edilirsə, bu həm də yeni-yeni sponsorların ortaya çıxması deməkdir.

Nə etməli?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan sosioloq Üzeyir Şəfiyev deyir ki, Azərbaycanda boşanma bumu yaşanır:

"Ölkəmizdə heç vaxt olmadığı qədər boşanma statistikası var. 2024-cü ildə 49 min 508 nikah, 21 min 384 boşanma qeydə alınıb. Bu rəsmi statistikadır. Əgər buraya boşanmanı realllaşdırmamış  birlikdə ikən ayrılanları, yəni münaqişəli cütlüküləri də əlavə etsək, vəziyyət daha düşündürücü olur. Boşanmalarda iki yeni tendensiya özün göstərir. Birinci tendensiya bizdə çox nadir hal olan "boz boşanma”, yəni 50 yaşdan yuxarı cütlüklər arasında boşanmaların artmasıdır (7-8 min), ikinci tendensiya uşaqlı ailələrdə boşanmanın üstünlük təşkil etməsidir. Əlbəttə, boşanmanın səbəbləri çox spesifik, fərqlidir”.

Bu prosesi tətikləyən faktorlar var.

Müsahibimiz qeyd edib ki, Azərbaycan cəmiyyətində düşüncə transformasiyası baş verir:

"Bu da səbəbsiz deyil. Qərb mərkəzli güclərin klassik ailə institutunu hədəf almaq, qadın hüquqları adı ilə qadın kişi qarşıdurması yaratmaq, aqressiv feminist dalğanı Azərbaycana yansıtmaq cəhdləri var. Problemin həlli üçün ilk növbədə mətbuat, sosial media, sosial şəbəkə platformaları sağlam olmalı, ailə dəyərləri bu platformalarda deqradasiyaya uğramalıdır.

Əfsuslar olsun ki, günümüzdə "ailə dəyərləri” sözügedən platformalarda zərbə altına düşür.

Əgər boşanmış məşhur imzalar bu platformalar vasitəsilə boşanmanı təbliğ edirlərsə, sosial şəbəkələrdə boşanma partiləri keçirilirsə və onlara "sağ əlin mənim başıma, mən də edəcəm” komenti yazılırsa, əgər bir əməkdar artist mətbuatda boşandıqdan sonra "gözəlləşmişəm” deyirsə, bir məşhur müğənni yoldaşınının xəyanətini xəyanətlə cavablandırdığını efirlər vasitəsilə tamaşaçıya yansıdırsa, bu ailə dəyərlərinin sosial şəbəkə və televiziyalar vasitəsilə ayaqlar altına atılması deyilmi?!”

Ailə münasibəti kommersiyalaşıb

Psixoloq Gülnar Orucova deyir ki, boşanmaların sayının çoxalmasının iki səbəbi var:

"Birinci səbəb odur ki, ikili münasibətlər kommersiyalaşıb. Bu gün həm oğlan, həm də qız qarşı tərəfə "pul kisəsi” kimi baxır. Sonrakı mərhələdə bu ümidlər boşa çıxanda artıq ailədaxili münaqişə başlayır.

İkinci səbəbsə odur ki, ailəyə kənar müdaxilələr çoxalıb. Əgər əvvəllər ailəyə müdaxilə daha çox qayınana tərəfindən olurdusa, indi mənzərə dəyişib. İxtiyari şəxs başqasının ailəsi haqqında söz sahibi kimi danışır. Fikir verin, televerilişlərdə dəvət olunan istənilən şəxs cütlüyə "ağıl verir”. Bəzi hallarda isə odun üstünə körüklə gedirlər. Sanki insanlar başqalarının əzabından, problemindən ləzzət alır. Bir sıra insanlar çalışırlar ki, ətrafdakı insanlar daha bədbəxt və zavallı olsun. Sanki bu həmin adama əhatəsində seçilmək imkanı verəcək”.

Pul insan xoşbəxtliyinin bir ünsürüdür...

Müsahibimiz qeyd edir ki, bəziləri elə düşünür ki, çoxlu pulu olanda xoşbəxt olacaq:

"Əsla! Pul insanı xoşbəxt etmir. Ən yaxşı haldı hansısa istəyini reallaşdırmaqda vasitəçi olur. Xoşbəxtlik qarşılıqlı hörmətdir, sədaqətdir, hüzndür. Bax bu amillər olan ailə xoşbəxt ailədir. Və ailənin sirlərini ictimailəşdirmək əxlaqsızlıqdır. Bu qalanı içəridən dağıtmaqdır. Heç kimə ixtiyar verilmir ki, milyonların qarşısında oturub kiməsə "ailə dəyərləri”ndən dərs desin”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 13 İyun 2025 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see473

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see257

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see222

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see206

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see203

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see193

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see189

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see185

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see172

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see166

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see160

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see160

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see159

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see156

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see153

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see151

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see144

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see142

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see137

Hava kəskin soyuyur Bu ərazilərə qar yağacaq

28 Yanvar 2026 07:13see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri