Icma.az
close
up
RU
Ailələrin dağılmaması üçün qanunun evlilik və boşanma ilə bağlı hissəsinə əlavə düzəliş edilməlidir

Ailələrin dağılmaması üçün qanunun evlilik və boşanma ilə bağlı hissəsinə əlavə düzəliş edilməlidir

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Ötən il Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə ərazisində 49 min 508 nikaha daxilolma və 21 min 384 boşanma halı qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına istinadla bildirir ki, əhalinin hər 1000 nəfərinə nikahların sayı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,3-dən 4,9-a enib, boşanmaların sayı dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.Anlamsız səbəblərdən boşanmanın və ya plansız evliliyin önlənməsi üçün evlilik önlənməsi üçün evlilik öncəsi müqavilə proseduru varmı? Bununla bağlı qanun nə deyir?

Hüquqşünas Ramil Süleymanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ümumiyyətlə boşanma da, nikah da bir hüquqdur və biz burada insanların məcburi şəkildə bir yerdə olmasını tələb edə bilmərik: “Təbii ki, dövlət bu sahədə müəyyən baryerlər tətbiq edə bilər. Məsələn, sağlamlıq haqqında arayışların tələbi artıq tətbiq olunmaqdadır. Eyni zamanda artıq 2025-ci ilin iyul ayının birindən qohum evliliklərinin qadağan olunması ilə bağlı müddəa qüvvəyə minəcək”.

Ramil Süleymanov / Foto: Bizimyol.info

Hüquqşünas təklif edir ki, indiki halda, ailələrin, ailə qurmaq istəyən və bu barədə ərizə verən cütlüklərin, fərdlərin psixoloji durumları ilə bağlı müvafiq yaradılan mərkəzlərdən arayışların alınması tələb olunsun. Ramil Süleymnaov qeyd edib ki, evlənmək üçün müddət ərizə verdikdən sonra bir ay ərzində deyil, üç ay ərzində rəsmiləşdirilməsinin qeydə alınması qanunvericiliyə əlavə olunsun.

“Bildiyiniz kimi, insanlar arasında nişanlılıq dövrü var. Nişanlılıq dövrü hüquqi müddət hesab olunmur. Düşünürəm ki, kifayət qədər ciddi bir müddətdir. Bir halda ki, qanunlar, qanunların mənbəyi, həm də adətlər, ənənələr hesab olunur. Bu barədə mütləq şəkildə qanunvericiliyə əlavə olunması da şərtdir”-deyə Ramil Süleymanov bildirib.

Hüquqşünas deyir ki, boşanma barədə proses kifayət qədər ciddiyyətə alınmalıdır və Ailə Məcəlləsinə ailəyə edilən müdaxilələr zamanı müdaxilə edən şəxslərin hüquqi məsuliyyətini nəzərdə tutan normalar əlavə olunmalıdır: “Eyni zamanda Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının qanununun işləkliyi təmin edilməlidir. Həmçinin dövlət bu sahədə, qeyri-hökumət təşkilatlarının işlərinin stimullaşdırılmasına nail olmalı və müvafiq layihələrlə QHT-lər daha işlək vəziyyətə gətirməlidir”.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 25 Fevral 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see342

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see208

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see202

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see186

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see158

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see156

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see156

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see135

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see133

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

“Dünya Bankı Azərbaycanda bank reallığını səhv ölçür” Əkrəm Həsənov

03 Yanvar 2026 17:39see129

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri