Icma.az
close
up
RU
Boşanmada uşağın qalacağı yer necə müəyyənləşir? Açıqlama

Boşanmada uşağın qalacağı yer necə müəyyənləşir? Açıqlama

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Boşanma və ya ayrılıq zamanı azyaşlı uşaqların kimin yanında qalması valideynlər arasında ən çox mübahisə yaradan mövzulardandır. Ananın maddi imkanlarının zəif olması uşağın ondan alınmasına səbəb ola bilərmi? Valideynlər arasında uşağın qəyyumluğu ilə bağlı razılıq olmadıqda məhkəmə hansı meyarları əsas götürür?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında vəkil, hüquq üzrə fəlsəfə doktoru Vüsalə Muradxanlı bildirib ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60-cı maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir.

Onun sözlərinə görə, belə razılıq olmadıqda isə mübahisəni məhkəmə uşağın hüquq və mənafelərini, onun rəyini və işin konkret hallarını nəzərə almaqla həll edir:
“Məhkəmə uşağın hər bir valideynə, bacı və qardaşlarına bağlılığını, yaşını, valideynlərin mənəvi və digər şəxsi keyfiyyətlərini, uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanlarını və digər halları kompleks şəkildə qiymətləndirir.
Burada əsas prinsip uşağın üstün mənafeyinin təmin edilməsidir. Bu yanaşma həm milli qanunvericilikdən, həm də Azərbaycanın tərəfdar çıxdığı BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyanın 3-cü maddəsindən irəli gəlir. Konvensiyaya görə, uşaqlarla bağlı bütün qərarlarda uşağın ən yaxşı mənafeləri əsas diqqət predmeti olmalıdır.
Azyaşlı uşağın anaya emosional bağlılığı, onun gündəlik qayğısını faktiki olaraq kimin həyata keçirməsi, uşağın formalaşmış həyat tərzi və sosial mühiti məhkəmə tərəfindən nəzərə alına biləcək mühüm hallardır. Bununla belə, qanunvericilikdə “azyaşlı uşaq mütləq ananın yanında qalmalıdır” şəklində avtomatik qayda yoxdur. Ana və ata valideynlik hüquq və vəzifələri baxımından bərabər hüquqludurlar və hər bir iş fərdi qaydada araşdırılmalıdır.
Xüsusilə vurğulamaq lazımdır ki, ananın maddi imkanlarının atanın imkanlarından aşağı olması öz-özlüyündə uşağın atanın yanında qalması üçün hüquqi əsas sayıla bilməz. Atanın daha yüksək gəlirə, daha geniş mənzilə və ya daha yaxşı maddi şəraitə malik olması həlledici meyar deyil. Çünki Ailə Məcəlləsinin yanaşmasına görə, məhkəmə təkcə maddi vəziyyəti deyil, uşağın tərbiyəsi və inkişafı üçün mövcud olan bütün şəraiti məcmu şəkildə qiymətləndirməlidir. Eyni zamanda, uşağın saxlanılması hər iki valideynin öhdəliyidir.
Qəyyumluq və himayə orqanının prosesdə iştirakı da mühüm əhəmiyyət daşıyır. Ailə Məcəlləsinin 73-cü maddəsinə əsasən, uşaqların tərbiyəsi ilə bağlı mübahisələrə məhkəmədə baxılarkən müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilməlidir. Orqan uşağın və onun tərbiyəsinə iddia edən şəxslərin həyat şəraitini müayinə edir və məhkəməyə müayinə aktı ilə yanaşı, mübahisənin mahiyyəti üzrə rəy təqdim edir. Lakin həmin rəy məhkəmə üçün avtomatik və məcburi nəticə yaratmır. Məhkəmə onu digər sübutlarla birlikdə qiymətləndirməli və yekun qərarı uşağın üstün mənafeyini rəhbər tutaraq verməlidir.
Uşağın atanın yanında qalmasına o halda qərar verilə bilər ki, iş üzrə sübutların məcmusu uşağın mənafeyinin məhz bunu tələb etdiyini göstərsin. Məsələn, ananın uşağın tərbiyəsi və gündəlik qayğısı ilə faktiki məşğul olmaması, uşağın təhlükəsizliyi və sağlam inkişafı üçün ciddi risklərin mövcudluğu və yaxud uşağın atanın yanında artıq sabit və sağlam sosial-psixoloji mühitdə yaşaması kimi hallar nəzərə alına bilər. Təbii ki, eyni qiymətləndirmə meyarları ata barəsində də tətbiq edilməlidir.
Yəni məhkəmə üçün əsas sual “hansı valideynin maddi vəziyyəti daha yaxşıdır?” deyil, “uşağın fiziki, psixoloji, mənəvi və sosial inkişafı baxımından hansı yaşayış mühiti onun üstün mənafeyinə daha çox cavab verir?” olmalıdır”, - deyə hüquqşünas fikrini tamamlayıb.
Nuray Paşşanlı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Avqust 2026 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see299

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see294

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see285

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see272

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see264

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see262

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see247

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see236

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see230

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see222

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see210

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see207

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see197

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see190

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri