Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Boşanmada “qız evi” günahkar, “oğlan evi” həmişə haqlıdır? Əbədi mübahisə

Boşanmada “qız evi” günahkar, “oğlan evi” həmişə haqlıdır? Əbədi mübahisə

Icma.az bildirir, Yenisabah portalına istinadən.

Aşıq Zülfiyyə İbadova “Rəngarəng” verilişində ailə institutu ilə bağlı diqqətçəkən fikirlər söyləyib. O, ailələrin dağılmasında daha çox qız tərəfinin günahkar olduğunu vurğulayıb.

“Boşanma bunu istəyən qızın valideynlərinin məsələyə adi baxmasından irəli gəlir. Bizim nəsildə də boşananlar var. Razılaşmıram. Baxmayaraq ki, qız tərəfinin qohumuyam, oğlan tərəfini tutaram. Çünki mən bilirəm ki, günah qız tərəfindədir. Mən öz ailəmdən nümunə göstərirəm. Ata qızına bir kəlmə desə ki, "sənin yerin ərinin yanıdır", onda qız ailəsinə sahib çıxar. Yox, ailə desə ki, “istəmir getmir, qızım özü bilər”, onda ailə dağılır. Elə şeylər var ki, efirdə danışmaq istəmirsən. Mən qızın ailəsindənəmsə, oğlangilin tərəfindən danışaram. Çünki oğlan tərəfi yerdən-göyə qədər haqlıdır. Amma qız tərəfi yox. Qəbul etmirəm. Mənim aləmimdə belə şey var: elə ailəni silərəm, qarşı tərəflə münasibətimi qoruyaram", - Z.İbadova bildirib. 

Bəs sosioloqlar Aşıq Zülfiyyənin arqumentlərini bölüşürmü? Nəyin bahasına olur-olsun ailəni saxlamaq, zorakılığa dözmək yanaşması doğrudurmu? Həqiqətənmi oğlan evi həmişə haqlıdır? Bu, daha çox mentalitetdən qaynaqlanır, yoxsa?..

 Üzeyir Şəfiyev

Sosioloq Üzeyir Şəfiyev mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında deyib: “Bunların hamısı ondan irəli gəlir ki, biz tarixən ənənəvi cəmiyyət olmuşuq. Yəni kişi mərkəzli, patriarxal quruluşda formalaşan bir toplumda yaşamışıq. Bu səbəbdən də bizdə ailə institutuna həmişə xüsusi, mühafizəkar və konservativ yanaşma olub. Cəmiyyətin düşüncəsində bu kök salıb ki, ailə bir dəfə qurulduqda, onu qorumaq, hər cür çətinlik və münaqişəyə baxmayaraq dağıtmaqdan çəkinmək lazımdır. Bu yanaşma isə yalnız qadının dözümlülüyü ilə bağlı deyil, eyni zamanda kişinin də dözümlülüyü ilə bağlıdır. Yəni ailədə qarşılıqlı güzəştlər, tolerantlıq, səbir həmişə vacib sayılıb. Məqsəd ailə institutunun qorunub saxlanılması olub, çünki ənənəvi cəmiyyətlərdə ailə xüsusi həssas bir mövzu kimi qəbul edilir.

Burada güzəştdən danışırıqsa, təkcə qadından gözlənilən səbir və anlayışdan deyil, həm də kişinin məsuliyyətindən, anlayışından söhbət gedir. Çünki belə cəmiyyətlərdə boşanma həm kişi, həm də qadın üçün stiqma, damğa demək idi. Cəmiyyət hər iki tərəfi daima nəzarətdə saxlayırdı, yəni “el gözü” deyilən amil həm kişiyə, həm qadına eyni dərəcədə təsir edirdi. Hətta ailə içində ciddi münaqişələr olsa belə, boşanma son çıxış yolu sayılırdı və cütlüklər dözməyə, səbir etməyə çalışırdılar ki, “xalq arasında biabır olmasınlar”. Bu isə təkcə Azərbaycana yox, ümumiyyətlə, ənənəvi kişi mərkəzli cəmiyyətlərin hamısına xas idi".

Sosioloq qeyd edir ki, bu yanaşmanın həm müsbət, həm də mənfi tərəfləri var: “Müsbət tərəfi ondan ibarətdir ki, ailə institutu dağılanda onun həm kişi, həm qadın, həm də xüsusən uşaqlar üçün yaratdığı fəsadlar çox böyük olur. Boşanma uşaqlar üçün ağır psixoloji travmalar, stress və emosional zədələr yaradır. Bundan əlavə, cəmiyyət üçün də bu, sosial anomiyaya, yəni sabitliyin pozulmasına gətirib çıxarır. Dövlət səviyyəsində də bu, əlavə sosial yük və problemlər deməkdir. Odur ki, ailə institutunun qorunub saxlanması bir tərəfdən, zəruri və faydalı sayılıb”.

Onun fikrincə, bu yanaşmanın qaranlıq tərəfləri də var: “Çünki bəzi ailələr var ki, içində o qədər dərin və kəskin münaqişələr yaşanır ki, onları tənzimləyən heç bir qurum və ya mexanizm yoxdur. Halbuki əgər belə bir mexanizm mövcud olsa, məsələn, münaqişəli ailələr qeydə alınsa, onlarla psixoloji, sosioloji iş aparılsa, lazım gələrsə psixoterapiya tətbiq olunsa, bəzi boşanma hallarını tamamilə önləmək, münaqişəni həll etmək mümkün olar.

Təəssüf ki, Azərbaycanda bu istiqamətdə sosial xidmətlər, psixoloqlar, sosial işçilər üçün lisenziyalaşdırma sistemi yoxdur. Halbuki belə bir mexanizm olsaydı, riskli ailələrlə işləmək, onları dəstək sisteminə cəlb etmək, gərginliyi azaltmaq mümkün olardı. Çünki bəzən boşanmaqdan çəkinən ailələrdə vəziyyət elə dərəcəyə çatır ki, artıq bu ailədə böyüyən uşaqlar üçün həmin mühit daha təhlükəli olur. Onlar davamlı psixoloji gərginlik, travma içində böyüyürlər və bu, uzunmüddətli nəticələrə gətirib çıxarır.

Zülfiyyə xanım da məhz belə bir ənənəvi cəmiyyətin nümayəndəsidir. O da elə bir nəslin adamıdır ki, həmin dövrün insanları ailə institutuna bu cür konservativ baxırdılar. Bizdə məşhur bir deyim var idi: “Qızı gəlinlik paltarı ilə yola salarsan, o, ər evindən ancaq kəfənlə çıxa bilər”. Bu, müəyyən mənada yaxşı yanaşma idi, çünki qızın gözü arxada qalmasın, getdiyi ocağa isinişsin, kiçik münaqişələrə görə geri qayıtmaq, ata evinə üz tutmaq haqqında düşünməsin. Yəni bu, bir növ ailəyə bağlılığı, sədaqəti möhkəmləndirmək məqsədi daşıyırdı.

Amma gəlin reallığa baxaq: elə bir ailə yoxdur ki, orada münaqişə olmasın. Hər bir ailədə ziddiyyətlər, problemlər olur. Lakin indiki gənc ailələr bəzən çox cüzi səbəblərlə, kiçik anlaşılmazlıqlarla boşanmağa qərar verirlər və bu, həqiqətən də narahatedici tendensiyadır. Bunun bir səbəbi də mediadan, xüsusilə də xarici (əsasən türk) seriallardan gələn təsirlərdir. Seriallar insanlarda həssaslıq yaradır, ailə münasibətlərinə real olmayan gözləntilər formalaşdırır və nəticədə cütlüklər arasında dözümsüzlük artır. Digər tərəfdən, son illərdə qadın hüquqları ilə bağlı aparılan bəzi təbliğat işləri də bəzən düzgün aparılmadı - gender bərabərliyi adı altında qadın-kişi qarşıdurması sanki körükləndi, qadınlar kişilərə qarşı qaldırıldı və bu da boşanmaların artmasına təsir göstərdi".

Üzeyir Şəfiyev ailə problemlərinin efirlərə daşınmasından da söz açıb: “Ailə məsələlərinin, məişət dramlarının televiziya verilişlərinə çıxarılması, ictimailəşdirilməsi bir çox hallarda potensial münaqişələri real münaqişələrə çevirdi. Daha da pis tərəfi: bəzi efirlərdə boşanma məşhurlar tərəfindən açıq-aşkar təbliğ olunmağa başladı. Məsələn, əməkdar artist efirdə deyir ki, "boşanandan sonra gözəlləşmişəm", ya da məşhur bir müğənni açıq deyir ki, “yoldaşım mənə xəyanət etmişdi, mən də ona xəyanətlə cavab verdim”. Bu nə deməkdir? Belə nümunələri efirdə təbliğ etmək olmaz! Əksinə, efirlərdə nümunəvi, uğurlu ailələr təbliğ olunmalı, gənc ailələr üçün maarifləndirici, tərbiyəedici proqramlar hazırlanmalıdır. Bu ailələr öz təcrübələrini, tövsiyələrini bölüşməli, insanlara ailənin necə qorunub saxlanacağını öyrətməlidirlər".


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 27 May 2025 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see769

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see424

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see301

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see287

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see268

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see268

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see267

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see266

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see249

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see240

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see237

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see232

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see231

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see231

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see228

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see227

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see213

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see211

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see208

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri