Icma.az
close
up
RU
Boşanmalar artır: dəyərlər sistemi təhdid altında

Boşanmalar artır: dəyərlər sistemi təhdid altında

Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gün keçdikcə Azərbaycanda boşanmaların sayı artır. Boşanmaların 50 faizə çatması ciddi siqnaldır.

Bəs təhlükənin aradan qaldırılması üçün hansı addımlar atılmalıdır?

“Xalq Cəbhəsi” mövzunu mütəxəssislərlə araşdırıb.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Günay Ağamalı söyləyib ki, boşanmaların sayının artması cəmiyyət üçün ciddi siqnaldır: “Ailə iki insanın birliyi ilə yanaşı, millətin mənəvi dayağı, uşaqların sağlam psixoloji mühitdə formalaşmasının əsas təminatıdır. Ailədə baş verən hər sarsıntı əslində gələcək nəsillərin taleyinə toxunur. Boşanmaların 50 faizə yaxınlaşması bizi ciddi şəkildə düşündürməlidir. Mövcud mənfi tendensiyanın kökündə bir sıra səbəblər dayanır. Bura ailədaxili ünsiyyətin zəifləməsi, məsuliyyət hissinin azalması, sosial şəbəkələrin ailə münasibətlərinə mənfi təsiri, həmçinin ailə institutuna baxışın dəyişməsi prosesə təsir göstərən əsas amillərdəndir. Təəssüf ki, günümüzdə bəzən ailə dəyərləri səbir, anlayış və fədakarlıq üzərində deyil, rahatlıq və fərdi maraqlar üzərində qurulur. Hesab edirəm ki, ilk növbədə ailəyə hazırlıq məsələsinə ciddi yanaşmalıyıq. Gənclər evliliyə psixoloji baxımdan hazır olmalıdırlar. Məktəblərdə və ali təhsil müəssisələrində ailə dəyərləri, ailə məsuliyyəti, valideynlik mədəniyyəti ilə bağlı maarifləndirici proqramlar gücləndirilməlidir”.

“Fərqli mexanizmlərdə işlənilməlidir”

G.Ağamalı bildirib ki, gənclər ailə dəyərlərinin bizim genetik kodlarımızdakı yerinin fərqində olmalıdır: “Bu zamana qədər məhz ailə institunun möhkəmləndirilməsi üçün vacib işlər görülüb. Erkən nikahların qarşısının alınması, qohum evliliklərinə tətbiq edilən qadağa məhz sağlam ailə mühitinin formalaşmasına hesablanıb. Eyni zamanda, müxtəlif dövlət proqramları çərçivəsində gənclərin sosial müdafiəsini gücləndirən layihələrin işlənilməsi məhz sağlam gələcəyə doğru atılan strateji qərarlardır. Lakin görünür daha fərqli mexanizmlərdə işlənilməlidir ki, gənclər ailə institutunun mahiyyətini dərindən dərk etsin”.

“Sağlam ailə obrazı cəmiyyətdə geniş yer almalı”

O həmçinin əlavə edib ki, ikinci mühüm addım ailədaxili problemlərin erkən mərhələdə həllinə yönələn mexanizmlərin genişləndirilməsidir: “Psixoloji dəstək mərkəzlərində ailə məsləhət xidmətləri genişləndirilməlidir. Bəzən düzgün yönləndirmə və dialoq ailəni dağılmaqdan xilas edə bilər. Eyni zamanda, media və ictimai mühit ailə modelini nümunəvi şəkildə təbliğ etməlidir. Sağlam ailə obrazı cəmiyyətdə geniş yer almalı, ailəni qorumaq güc göstəricisi kimi təqdim edilməlidir. Ailə dəyərlərini qorumaq milli kimliyimizi, mənəvi bütövlüyümüzü qorumaq deməkdir. Bu məsələ ətrafında köklü və davamlı müzakirələr hər zaman ön planda olmalıdır”.

“Nikahların pozulma hallarında ciddi artım var”

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Rafiq Mahmudov boşanma probleminin bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da aktual sosial məsələlərdən biri olduğunu deyərək əlavə edib ki, son illərin statistik göstəriciləri göstərir ki, nikahların pozulma hallarında ciddi artım müşahidə olunur: “Bəzi illərdə bağlanan nikahların demək olar ki, təxminən yarısı boşanma ilə nəticələnir. Bu da ailə institutunun zəifləməsi baxımından təhlükəli tendensiya hesab olunur. Boşanma təkcə iki insanın ayrılması deyil, eyni zamanda bütün ailə üzvlərinin, xüsusilə də uşaqların psixoloji və emosional vəziyyətinə dərin təsir göstərən mürəkkəb bir prosesdir. Boşanmış ailələrdə böyüyən uşaqlarda stress, özünəinamın azalması, sosial adaptasiya problemləri və emosional travmalar daha çox müşahidə olunur. Statistik göstəricilərə diqqət yetirdikdə məlum olur ki, boşanan şəxslərin 50 faizdən çoxu kişilər arasında 30–40 yaş, qadınlar arasında isə 25–35 yaş intervalına düşür. Boşanmaların əsas səbəbləri sırasında xarakter uyğunsuzluğu, qarşılıqlı anlaşmanın zəifliyi, ünsiyyət problemləri, davamlı münaqişələr, pis vərdişlər, maddi çətinliklər və məişət zorakılığı boşanmaya aparan başlıca amillərdir. Əksər hallarda tərəflər problemləri vaxtında müzakirə etmək əvəzinə, onları yığılıb qalmasına şərait yaradırlar ki, bu da münasibətlərin dərin böhranla nəticələnməsinə səbəb olur”.

“Gənclər evliliyə yalnız “toy günü” və “bal ayı” prizmasından baxmamalıdır”

R.Mahmudov bildirib ki, bu gün bir çox cütlük bir-birini kifayət qədər tanımadan, bəzən isə valideynlərin təsiri nəticəsində ailə qurur: “Ailə qurulduqdan sonra ortaya çıxan uyğunlaşma çətinlikləri, gündəlik həyatın reallıqları və valideyn məsuliyyəti əvvəlcədən qurulan romantik gözləntilərin dağılmasına gətirib çıxarır. Emosional uyğunluğun olmaması, empati çatışmazlığı, hörmətin tədricən azalması münasibətlərin əsasını sarsıdır və nəticədə boşanma qaçılmaz olur. Evlilik yalnız sevgi və hisslər üzərində deyil, eyni zamanda məsuliyyət, səbir, qarşılıqlı anlayış, əməkdaşlıq və emosional dəstək üzərində qurulmalıdır. Gənclər evliliyə yalnız “toy günü” və “bal ayı” prizmasından baxmamalıdırlar. Onlara ailə həyatının həm gözəl, həm də çətin tərəfləri real şəkildə izah edilməlidir. Bu baxımdan nikahdan əvvəl tərəflərin bir-birini yaxından tanıması, ailə və evlilik mövzusunda maarifləndirilməsi, eləcə də peşəkar psixoloji məsləhət xidmətlərindən istifadə olduqca faydalıdır. Gənclər əvvəlcə öz daxili dünyalarını, gözləntilərini və dəyərlərini tanımalı, daha sonra qarşılarındakı insanın xarakterini və psixoloji xüsusiyyətlərini dərk etməlidirlər”.

“Boşanma cəmiyyətin sosial və mənəvi sağlamlığına təhlükə yaradır”

R.Mahmudov Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq bütün bölgələrdə və paytaxtda ailə və nikah institutunun qorunması, milli ailə dəyərlərinin təbliği, gənclərin ailə həyatına hazırlığı məqsədilə mütəxəssislərin iştirakı ilə maarifləndirmə tədbirlərinin təşkil olunduğunu, eyni zamanda, sosial çarxlar hazırlandığını, ailə üzvlərinin birlikdə zaman keçirməsi, valideyn məsuliyyətinin düzgün təbliğ olunması üçün layihələr həyata keçirildiyini diqqətə çatdırıb: “Nəzərə alsaq ki, nikahın pozulması prosesində yalnız cütlüklər deyil, uşaqlar da ciddi psixoloji və emosional travmalar alır. Bu istiqamətdə uşaqlarla aparılan iş xüsusi əhəmiyyət daşıyır. Bu səbəbdən boşanma riski olan və ya boşanma prosesindən keçən ailələrin övladları ilə sistemli və məqsədyönlü fəaliyyətin təşkili olduqca vacibdir. Bütün bu amillər nəzərə alınaraq ailələrlə və uşaqlarla işləyən mütəxəssislərin peşəkar bilik və bacarıqlarının artırılması məqsədilə Dövlət Komitəsi tərəfindən beynəlxalq ekspertlərin iştirakı ilə mütəmadi təlimlər təşkil edilir. Boşanmaların artması təkcə ailə institutuna deyil, bütövlükdə cəmiyyətin sosial və mənəvi sağlamlığına təhlükə yaradır. Bu tendensiyanın qarşısını almaq üçün fərdi məsuliyyətlə yanaşı, cəmiyyətin bütün təbəqələrinin birgə fəaliyyəti zəruridir. Sağlam ailə isə sağlam cəmiyyətin əsas sütunudur”.

“Evliliyə hazırlıq institutu yaradılmalıdır”

"Yeni Həyat" İctimai Birliyinin sədri Nailə İsmayılova qeyd edib ki, boşanma təkcə iki nəfərin ayrılması deyil, onun dalğası uşaqlara, ailə institutuna və bütövlükdə cəmiyyətə yayılır: “50 faizə yaxınlaşan göstərici artıq “fərdi seçim” çərçivəsindən çıxıb sosial risk səviyyəsinə qalxır. Məsələyə səbəbləri zəiflədən, ailəni gücləndirən sistemli addımlarla yanaşmaq lazımdır. Boşanmanın köklü səbəbləri psixoloji hazırlığın olmaması (evliliyə romantik gözləntilərlə girmək), ünsiyyət bacarıqlarının zəifliyi, maddi stress və rol qarışıqlığı, valideyn ailəsindən mənfi modellər, sosial şəbəkələrin münasibətlərə təsiridir. Problem ailədə yox, ailəyə hazırlıq mərhələsində başlayır. Evliliyə hazırlıq mərhələsi üçün evliliyə hazırlıq institutu yaradılmalıdır. Necə ki, sürücülük vəsiqəsi üçün kurs keçirik, evlilik üçün də minimum psixoloji–sosial hazırlıq olmalıdır. Belə ki, nikahdan əvvəl qısa müddətli, pulsuz məsləhət sessiyaları keçirilməlidir. Gənclər üçün “Evlilik nədir, nə deyil?” mövzusunda real maarifləndirmə işi apararkən diqqət yetirilməli məqamlar: rol bölgüsü, konfliktin idarəsi, valideynlik mövzuları”.

“Bu balans pozulanda ailə tez çatlayır”

N.İsmayılova deyib ki, ailədaxili ünsiyyət mədəniyyəti mütləq şəkildə bərpa olunmalıdır: “Bu gün insanlarımız dinləməyi deyil, qalib gəlməyi seçirlər, problemi həll etməyi deyil, münasibəti bitirməyi asan görürlər. Məktəblərdə və mediada emosional savadlılıq, münaqişəsiz ünsiyyət, empati bacarıqları tədris və təbliğ olunması çox vacibdir. Uşaqlar ailənin “girovu”na çevrilməməli və qurbanı da olmamalıdır. Bəzən boşanma qaçılmazdır, amma uşağın psixoloji durumu prioritet olmalı, valideynlər arası münaqişə uşağın üzərindən aparılmamalı, birgə valideynlik mədəniyyəti təşviq edilməlidir. Bu zaman dövlət və ictimai qurumların psixoloji dəstək mexanizmləri gücləndirilməlidir. Media və sosial şəbəkələrin məsuliyyəti mütləq nəzərə alınmaqla düzgün maarifləndirmə işi təbliğ olunmalıdır. Bu gün ailə konfliktləri normallaşdırılır, boşanma “azadlıq aktı” kimi romantikləşdirilir, səbir və məsuliyyət “köhnəlmiş dəyər” kimi təqdim olunur. Media ailəni ideallaşdırmadan, həmçinin ucuzlaşdırmadan təqdim etməlidir. Ata və ana rollarının balansı, xüsusilə də ata rolunun zəifləməsi emosional boşluq, ailə daxilində güc disbalansı yaradır. Sağlam ailə üçün ata yalnız təminatçı yox, emosional dayaq, ana isə yalnız fədakar yox, dəyəri tanınan şəxs olmalıdır. Bu balans pozulanda ailə tez çatlayır. Boşanma sayını azaltmaq üçün qadağalar yox, təzyiq yox, utandırma yox, maarifləndirmə, psixoloji hazırlıq, dəyərlərin yenidən şərhi və real dəstək sistemi yaratmaq lazımdır. Ailə zəif insanların birliyi deyil – öz üzərində işləməyi bacaran insanların ittifaqıdır”.

Röya İsrafilova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 18 Fevral 2026 23:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see230

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see229

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see227

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see227

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see224

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see222

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see213

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see197

Xəstələri itlərlə müalicə edən azərbaycanlı həkim: “İnsanlar məlumatlı deyillər, heyvanlardan qorxurlar” FOTO+ÖZƏL

26 Sentyabr 2026 21:44see195

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see191

Vətən müharibəsinin başlamasından altı il keçir Azərbaycanda Anım Günüdür!

27 Sentyabr 2026 01:05see185

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see184

Pul əldə etdikdə dəyişən 4 BÜRC

26 Sentyabr 2026 23:10see183

Heç vaxt müflis olmayacaq BÜRCLƏR

27 Sentyabr 2026 03:44see181

“Onun çiyinlərində görmək istədiyimiz o poqonlara inşallah, mən çataram” Videomüsahibə

26 Sentyabr 2026 23:04see180

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see180

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see180

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see176

Fransada insident: Sürücü avtomobili kütlənin üzərinə sürdü

27 Sentyabr 2026 03:26see175

Son 5 mövsümdə “Kəpəz”in ən uğurlu startı

27 Sentyabr 2026 00:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri