Icma.az
close
up
RU
Nikahlar artır, boşanmalar azalır: səbəblər nədir?

Nikahlar artır, boşanmalar azalır: səbəblər nədir?

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Cari ilin ilk dörd ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 14 953 nikah və 6 784 boşanma halları qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında məlumat verilib.

Rəqəmlərə əsasən, əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 4,1-dən 4,4-ə qədər artıb, boşanmaların sayı isə 2,1-dən 2,0-a qədər azalıb. Görünən odur ki, nikah göstəriciləri artma, boşanma göstəriciləri isə azalma meyli nümayiş etdirir. Bu dinamika ilk baxışdan pozitiv sosial dəyişiklik kimi qəbul olunsa da, arxa planda daha kompleks sosial və psixoloji faktorların durduğu ehtimal edilir.

Sosioloqların fikrincə, nikahların sayında müşahidə olunan artımın əsas səbəblərindən biri pandemiya dövründə təxirə salınmış nikahların 2023-cü ildən etibarən reallaşdırılmasıdır. Xatırladaq ki, COVID-19 pandemiyası illərində bir çox cütlük toylarını və nikah mərasimlərini ya ləğv etmiş, ya da qeyri-rəsmi şəkildə, yalnız ailə dairəsində qeyd etməyə məcbur olmuşdu. Karantin rejimi, qadağalar, sosial məsafə tələbləri və iqtisadi qeyri-sabitlik səbəbilə nikaha daxil olma qərarı təxirə salınmışdı.

Lakin 2023-cü ildən başlayaraq ölkədə sosial və iqtisadi sabitlik qismən bərpa olunub. Tədbirlərə icazələrin verilməsi, şadlıq evlərinin yenidən fəaliyyətə başlaması, toy bazarının aktivləşməsi və gənclər arasında nikaha marağın artması nəticə etibarilə rəsmi nikahların sayına da birbaşa təsir göstərib.

Digər tərəfdən, toy sənayesinin canlanması da bu artımı şərtləndirən mühüm faktorlardan biridir. Bankların toy kreditləri təklif etməsi, şadlıq saraylarının müxtəlif endirim kampaniyaları, restoran və musiqi xidmətlərinin geniş çeşiddə əlçatanlığı cütlüklərin nikaha daxil olmasını asanlaşdırır.

Eyni zamanda, son illər ailə dəyərlərinin, valideyn məsuliyyətinin və milli-mənəvi birlik prinsiplərinin müxtəlif səviyyələrdə, o cümlədən mediada, sosial şəbəkələrdə, təhsildə və dini tribuna vasitəsilə təbliğ olunması da nikahların artmasına səbəb olan amillər sırasındadır. Gənclər arasında ailə qurmağa dair pozitiv düşüncə tərzinin gücləndirilməsi nikah qərarlarını daha tez və qətiyyətlə qəbul etməyə imkan verir.

Sosioloqlar qeyd edir ki, statistik artımı izah edən mühüm faktorlardan biri də son aylarda gündəmə gəlmiş qohum nikahlarının qadağan olunması ilə bağlı qanunvericilik dəyişiklikləridir. Məlum olduğu kimi, 2025-ci il 1 iyul tarixindən etibarən birinci və ikinci dərəcəli qohumlar arasında nikahların bağlanması qanunla qadağan ediləcək.

Bu xəbərin yayılması cəmiyyətin bəzi təbəqələrində təşviş və tələsik qərarlarla müşayiət olunub. Xüsusilə qohum olan nişanlı cütlüklər arasında nikahın qanuni şəkildə baş tutması üçün "qanun qüvvəyə minməmiş evlənək” psixologiyası müşahidə olunub. Bu da qısa müddətdə nikah statistikasında süni sıçrayış yaradıb.

Halbuki hüquqşünasların da bildirdiyi kimi, qanunvericilik dəyişiklikləri adətən geriyə dönük qüvvəyə malik olmur, yəni 1 iyula qədər baş tutmuş nikahlar bu qadağaya daxil edilmir. Lakin bu hüquqi incəliklərin cəmiyyətin hər təbəqəsinə düzgün və aydın şəkildə çatdırılmaması müəyyən təşvişin və "tələsik nikahların” yaranmasına yol açıb.

Bu fenomen, qısamüddətli dövr üçün nikahların sayında artım yaratsa da, dayanıqlı demoqrafik artım kimi qiymətləndirilməsi ehtiyatlı yanaşma tələb edir. Statistikanın ilin ikinci yarısında necə dəyişəcəyi bu amilin təsirini daha dəqiq göstərəcək.

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev "Yeni Müsavat”a danışıb: "İlin sonunda statistik qiymətləndirmə daha dəqiq olacaq. Çünki bəzi faktorlar var ki, onlar nikah və boşanmaların sayına təsir edir. Məsələn, may ayında adətən cəmiyyətimizdə bu ayın uğursuz hesab edilməsi səbəbindən toylar az keçirilir. Buna görə də insanlar daha çox may ayına qədər və may ayından sonra nikah və toylarını planlaşdırırlar. Hazırkı statistikada müşahidə olunan artım da bu amillə izah oluna bilər.

Digər tərəfdən, məlum olduğu kimi, iyulun 1-dən etibarən qohum nikahlarının qadağan olunması ilə bağlı qanun qüvvəyə minir. Bu səbəbdən bəzi insanlar maksimum çalışırlar ki, həmin tarixədək nikaha girsinlər.

Boşanma sayının azalmasına gəlincə isə, hesab edirəm ki, Azərbaycan hazırda əslində boşanma "bumu” yaşayır. Yaxın vaxtlarda ölkəmizdə boşanmaların sayında azalma müşahidə olunmayacaq, əksinə, artım tendensiyası güclənəcək. Təəssüf ki, müxtəlif platformalar, xüsusilə sosial media və bəzi xarici nümunələr, o cümlədən Türkiyədə və digər ölkələrdə keçirilən "boşanma partiləri” bu tendensiyanı daha da dərinləşdirir.

Bəzi məşhurların, o cümlədən fəxri ad daşıyan sənətçilərin "boşandıqdan sonra gözəlləşdim” kimi çıxışları, yaxud xəyanətə xəyanətlə cavab verilməsini təşviq edən bəyanatlara efirdə yer verilməsi, əslində ailə dəyərlərinin dağıdılmasına xidmət edir. Bu, dolayısı ilə boşanmalara təşviq deməkdir.

Hesab edirəm ki, bu gün cəmiyyətimizdə düşüncə transformasiyası baş verir. İnsanlar getdikcə daha eqoist ruh halına köklənir və bu da boşanma hallarının artmasına səbəb olur. Təəssüf ki, hazırda 50 yaşdan yuxarı insanlar, eləcə də övladları olan ailələr arasında da boşanmalar baş verir. Əvvəllər bu hallar nadir idi, lakin indi insanlar o qədər eqoistləşiblər ki, hətta uşaq məsuliyyətini düşünmədən boşanmaq qərarına gəlirlər".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 22 İyun 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see518

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see469

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see366

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see312

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see275

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see252

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see248

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see230

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see229

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see225

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see218

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see216

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see204

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see199

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see190

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see184

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see183

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see177

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri