“Boşanmalara daha çox ailələrin və yaxın qohumların münasibətləri təsir göstərir” Bahar Muradova
Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
“Boşanmalara bəzən ailələrin və yaxın qohumların da münasibətləri təsir göstərir. Düşünürəm ki, bəlkə də daha çox bu məsələ problem yaradır”.
Bizim.Media xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Fəxri xiyabanda jurnalistlərə açıqlamasında deyib. Komitə sədri qeyd edib ki, boşanmaların səbəbləri ilə bağlı media orqanları, qeyri-hökumət təşkilatları, müvafiq mərkəzlər, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, eləcə də əlaqədar dövlət qurumları tərəfindən təhlillər aparılır:
“Təhlillər zamanı müxtəlif səbəblər meydana çıxır ki, bunlar, psixoloji, sosial, uyğunsuzluq, qərarın sürətli verilməsi kimi faktorlardır. Hesab edirəm ki, boşanma qərarını vermək insan həyatında ən vacib seçimlərdən biridir. Bu seçimi edərkın ciddi düşünmək və imkanları dəyərləndirmək lazımdır. Bunun üçün isə maarifləndirmə və məlumatlandırma olmalıdır ki, biz də bu istiqamətdə fəaliyyət göstəririk. Boşanmaları aradan qaldırmaq üçün zamana, daha çox məlumatlandırmaya və məsuliyyət hiss etməyə vadar edən təbliğat aparmağa ehtiyac var.
Bunun üçün isə medianın dəstəyinə ehtiyac var”.
Günay Şahmar, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 12 Dekabr 2024 11:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















