Icma.az
close
up
RU
Boşanmaların sayı niyə artıb? Paxtaxt sakinləri DANIŞDI SORĞU

Boşanmaların sayı niyə artıb? Paxtaxt sakinləri DANIŞDI SORĞU

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Son illər boşanmaların sayının öncəki illərlə müqayisədə artdığını müşahidə edə bilərik. Rəsmi statistika da boşanmaların sayının il-ildən artdığını deyir. Tərəflərin bir-birini başa düşməməsi, xırda bir məsələyə görə geniş müzakirələr təşkil etməsi, qadın hüquqlarının tapdalanması, xəyanət və s. bu kimi amillərin son nəticəsi boşanma ilə sonuclanır. Tərəflər əksər hallarda boşanmaqla hər şeyi həll edə biləcəklərini düşünürlər. Bəs boşanmaların artmasının səbəbi nədir? SİA mövzu ilə əlaqədar şəhər sakinləri arasında sorğu keçirib.

Şəhər sakini Sürəyya Zeynalova: "Mən deyərdim ki, bir-birlərini başa düşmürlər, bir az da fironluq edirlər. Heç kim qarşı tərəfə güzəştə getmir. Gərək bir-birilərinə keçsinlər, yola getsinlər. Səhvlərini bağışlasınlar. Burada valideynlərin heç bir günahı yoxdur. Hamısı ağıllı, savadlı insanlardır. Ona görə də, boşanmalar çoxdur. Bəzən günah oğlanda, bəzən də qızda olur. Keçmişdə boşanmağa pis baxırdılar. Ümumiyyətlə, indiki cavanlarda məsuliyyət yoxdur. Məsuliyyət olmadığı üçün də belə nəticələnir. Kişi bilir ki, qızı gətirib, ölənə qədər xəstəlikdə, yaxşı günündə ona baxmalıdır. Bütün səhvləri ilə onu bağışlamalıdır. Həmçinin də qız da oğlanı başa düşməlidir. Ana öz övladını səhvi olanda atmır. Onu ya düz yola gətirir, ya da bağışlayır. Gərək bir-birini ancaq bağışlayasan. Bir də məsuliyyətli olmaq lazımdır. Hətta dərsə, işə, hər yerə vaxtında gəlmirlər, gecikirlər. Məsuliyyətsizdirlər. Söz verirlər, etmirlər. Bunlar düzəlsə, bir az düzələr, yəqin" .

Şəhər sakini Bayram Kəlbəcərli: "Özünlə eyni düşüncədə biri ilə tanış olmaq lazımdır. Çünki insan sevgisi elədir ki, bir-birinə güzəştə getməyi bacarmalıdırlar. Bu məsələ ilə bağlı anlaşmazlıqlar çox olur. Nişanlılıq dönəmi bunun üçündür ki, tanısınlar. Lakin tanışlıqda qorxurlar ki, tez nişanlanmasalar, qız başqasına gedəcək. Amma qız da sevsə, gözləyər".

Şəhər sakini Sona Məmmədova: "Mənə elə gəlir ki, səbəb maddiyyatdır. İşsizlik var, gənclər dolana bilmirlər. Onu məsləhət görərdim ki, özləri çıxış yolu tapsınlar. Dözmək lazımdır. Keçmişdə təlim-tərbiyə güclü idi. İndi valideynlər uşaqları ilə də bacarmırlar. Gənclər sözə qulaq asmırlar. Öz bildiklərini etdikləri, məsləhət dinləmədikləri üçün boşanırlar".

Şəhər sakini Rəşad İbrahimov: "Bir nömrəli günah kişilərdədir. Hətta kişilər 90% günahkardırlar. Gözləri orda-burda olur. Qadın da həmişə zəifdir, neyləsin? Qadınlarda da, təbii ki, müasirliyə doğru meyl var. Mənim subyektiv fikrimdir ki, günahın çoxu kişilərdədir".

Şəhər sakini Ali Daşdan: "Boşanmaların əsas səbəbi maddi sıxıntılardır. İqtisadiyyat, işsizlik burada əsas rol oynayır. Məsuliyyətsizlik də rol oynaya, boşanmalara təsir edə bilər. Düzənli münasibət çox önəmlidir. Sağlam gələcək üçün, iş, sağlam münasibət olmalıdır. İş, maddiyyat olsa, münasibətlər də yaxşı olar".

Şəhər sakini Aidə Əsədullayeva: "Yola getməlidirlər. Tələbatlar çoxalıb. Maddiyyat məsələsi, sevmək, sevilmək, hamısı rol oynayır. Problemlər çoxdur. Keçmişdə bu qədər inkişaf, çeşid yox idi. Mobil telefon yox idi. Hər şeyi görürlər, istəyirlər, gəzmək, restoranlarda yemək istəyirlər. Belə problemlər çoxdur. Geyim üçün dava gedir. Əvvəl bir paltar alırdıq illərlə geyinirdik".

Şəhər sakini Aygül Quliyeva: "Boşanmalar ona görə artıb ki, cütlüklər əvvəldən bir-birlərini yaxşı tanımırlar. Azərbaycanda tanıma dövrü az olur. Əslində bizim mentalitetə uyğun deyil, ancaq bir evin içində yaşamayınca tanımaq olmur. Ən yaxşı variant bir evin içində bir müddət yaşamaqdır. Bir-birini hərtərəfli tanımaq, ondan sonra ailə qurmaqdır. İndi sosiallaşma çox gedir, kənardan çox informasiya alırıq. Onların ailə-məişət problemlərinə çox təsiri var. Əvvəl həyat daha sadə idi, informasiya az idi. Əsas məqsəd qazanmaq, yemək gətirmək, qadının da məqsədi yemək bişirmək, uşaqları böyütmək idi. Amma indi hər şey o qədər inkişaf edib ki, yaxşı yaşamaq istəyi var. Bir də müqayisə çoxalıb. Hər kəs yoldaşını digəri ilə müqayisə edir. Münasibətlər elədir ki, biri ilə bitir, bir həftə keçməmiş digəri ilə başlayırlar. İnsanı itirmək çox adiləşib. Əvvəllər belə deyildi. Depresiyaya düşürdülər, unuda bilmirdilər. Münasibətlər də, evliliklər də adiləşib. Ona görə də, boşanmalar artıb".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 Fevral 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri