Icma.az
close
up
RU
Paxtaxt Qarabağa köçürülür? KONKRET

Paxtaxt Qarabağa köçürülür? KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Paytaxtın köçürülməsi ilə bağlı son günlər səsləndirilən təkliflərə münasibət bildirərək qeyd etmək istəyirəm ki, bu yanaşmanı düzgün hesab etmirəm. Xüsusilə, paytaxtın Qarabağa köçürülməsi ideyası həm təhlükəsizlik baxımından, həm də uzunmüddətli strateji sabitlik nöqteyi-nəzərindən məqsədəuyğun deyil”.

KONKRET.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.

Deputat bildirib ki, paytaxt sadəcə inzibati mərkəz deyil, ölkənin siyasi, iqtisadi və logistika baxımından əsas dayağıdır: “Belə bir qərar isə emosional müzakirələrlə deyil, ciddi hesablamalar və uzunmüddətli planlaşdırma əsasında qəbul olunmalıdır. Digər mühüm məsələ maliyyə yüküdür. Paytaxtın köçürülməsi çox böyük həcmdə vəsait tələb edir. Mövcud şəraitdə – vətəndaşların sosial-iqtisadi çətinliklərinin hələ də aktual olduğu bir dövrdə bu cür resursların belə bir istiqamətə yönəldilməsi doğru hesab edilə bilməz. Bununla yanaşı, Bakı şəhərinin həddindən artıq yükləndiyi də faktdır və bu istiqamətdə addımlar atılmalıdır. Lakin çıxış yolu paytaxtın köçürülməsi deyil, düzgün və mərhələli desentralizasiya siyasətinin həyata keçirilməsidir. Hesab edirəm ki, bəzi dövlət qurumlarının Bakıya yaxın ərazilərə mərhələli şəkildə köçürülməsi mümkündür. Eyni zamanda ali təhsil müəssisələrinin müəyyən hissələrinin regionlara daşınması da həm paytaxtın yükünü azaldar, həm də bölgələrin inkişafına töhfə verər. Paralel olaraq, regionlarda yeni iqtisadi və inzibati mərkəzlərin yaradılması, nəqliyyat və infrastrukturun gücləndirilməsi vacibdir. İnsanların yalnız Bakıda cəmləşməsinin qarşısını almaq üçün alternativ imkanlar formalaşdırılmalıdır. Nəticə etibarilə, məsələ paytaxtın köçürülməsi deyil, ölkə üzrə balanslı inkişafın təmin olunmasıdır. Bakı boşaldılmalı deyil, düzgün idarə olunmalı və yükü ağıllı şəkildə bölüşdürülməlidir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://konkret.az
archiveBu xəbər 06 Aprel 2026 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see338

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see334

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see274

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see269

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see266

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see264

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see260

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see259

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see245

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see219

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see214

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see213

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see212

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see212

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see206

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see205

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see204

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri