Icma.az
close
up
RU
Boşanmaq məcburiyyətində qaldığını deyən Kukla Teatrının rejissoru açıqlama verdi

Boşanmaq məcburiyyətində qaldığını deyən Kukla Teatrının rejissoru açıqlama verdi

Icma.az bildirir, Tribuna portalına istinadən.

Abdulla Şaiq adına Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadənin həyat yoldaşı rejissor Səidə Haqverdiyeva əri ilə eyni teatrda işləməsinə maneə yaradılması səbəbindən boşanmaq məcburiyyətində qaldığını bildirib.

Tribunainfo.az xəbər verir ki, Səidə Haqverdiyeva bu məcburiyyətin meydana çıxmasında teatrın aktrisası Nərmin Əhmədovanı və Mədəniyyət Nazirliyində onu himayə edən şəxsləri günahlandırıb.

“Bunun nəticəsidir ki, Nərmin nəqliyyat şirkəti sahibi əri Əfsun Əhmədov və ona himayədarlıq, bir növ yuxarı dairələrdə, konkret olaraq Mədəniyyət Nazirliyində havadarlıq edən bir neçə məmurun dəstəyi sayəsində teatr rəhbərliyinə və birbaşa şəxsimə təzyiqlər və təhriklər edir” – deyə Səidə Haqverdiyeva qeyd edib.

Nərmin Əhmədova ilə aralarında olan çoxsaylı konflikt epizdolarından bəhs edən Səidə Haqverdiyevanın iddialarına görə, Nərmin Əhmədova sonda Mədəniyyət Nazirliyi qarşısında onun diplomunun nostrifikasiyadan keçmədiyi məsələsini qaldırıb:

“Qeyd edim ki, mən Sankt-Peterburq Dövlət Mədəniyyət İnstitutunda 2015-2020-ci illərdə bakalavr, 2020-22-ci illərdə isə magistraturada təhsil almışam. Magistratura pilləsinin son 6 ayında səhhətimlə əlaqədar təhsilimi dondurmalı oldum. Sonrakı gərgin iş qrafiki – tamaşalar, filmlər, tədbirlər səbəbindən düşündüm ki, hər iki diplomumu eyni vaxtda nostrifikasiya etdirim. Qəribə olsa da bu sadə prosesi bəzi səlahiyyət sahibləri əllərində rəhbər tutaraq həyat yoldaşım Rəşad Əhmədzadəyə “Səidənin ərizəsini alın, ikiniz bir yerdə işləyə bilməzsiniz” kimi absurd ittihamlar irəli sürürlər“.

Səidə Haqverdiyeva Nərmin Əhmədovanı himayə edən və ona təzyiq göstərənlər arasında Mədəniyyət Nazirliyinin bir neçə əməkdaşının olduğunu qeyd edib, protokol sektorunun müdiri Allahşükür Zülfüqarlının, Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin Teatr sektorunun müdiri Böyükxanım Talıbovanın adlarını da çəkib.

“Ümid edirəm ki, qarşılaşdığımız bu ağlasığmaz hərəkətlərin əsaslı cavabı olacaq. Ən azı xoşbəxt ailəmi dağıtmaqdan zövq alan, həyat yoldaşıma “Ya Səidə, ya da sən işdən çıxmalısınız” tələbini edən, “Səidə işdən çıxmasa onun ictimai nüfuzuna ləkə vurarıq” kimi ultimatumlardan çəkinməyən kiçik məmurlar əməllərinə son qoyacaqlar” – Dövlət Kukla Teatrının rejissoru Səidə Haqverdiyeva bildirib.

Qeyd edək ki, Abdulla Şaiq adına Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadənin həyat yoldaşı, rejissor Səidə Haqverdiyeva ötən gün boşanmaq qərarı verdiyi açıqlamışdı.

“Həyat yoldaşımdan ayrılmaq üçün məhkəməyə müraciət etmişəm. On il idi evli idik. Amma beş ildir mənə və ailəmə təzyiq edən şəxslər var, onlarla mübarizə aparırıq. Həmin şəxslərin adını açıqlayacam“, – deyə o bildirmişdi.

Teleqraf 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 13 Noyabr 2025 20:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see242

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see165

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see160

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see151

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see147

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see147

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see144

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see140

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see139

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see137

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see136

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see132

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see131

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri