Icma.az
close
up
RU
Kukla Teatrının “Qış nağılı”

Kukla Teatrının “Qış nağılı”

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 27 dekabr, AZƏRTAC

Dekabrın 27-də Azərbaycan Dövlət Kukla Teatrında məktəblilərin qış tətili və Yeni il bayramı münasibətilə hazırlanan “Qış nağılı” adlı əyləncəli səhnə əsərinin premyerası keçirilib.

Bu barədə AZƏRTAC-a teatrın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ənənəyə sadiq qalaraq, bu dəfə də ilk tamaşaçılar Vətən müharibəsi şəhid və qazilərinin övladları, eləcə də əlilliyi olan uşaq və yeniyetmələr olub.

Komik və əyləncəli hadisələr fonunda təqdim olunan ibrətamiz mövzulu səhnə əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Nağıl aləminə səyahətə çıxan uşaqlar bu dəfə yalnız müşahidəçi yox, həm də səhnənin bir parçasına çevrilirlər.

İnteraktiv şəkildə təqdim olunan bu birhissəli tamaşanın süjet xətti sadə və anlaşıqlıdır: uşaqlar bir araya gələrək Şaxta babaya özəl bir hədiyyə – sevdikləri sehrli nağılların toplandığı bir kitab təqdim etmək istəyirlər. Lakin bu niyyətlərindən xəbər tutan Cadugər kitabı oğurlayır və nağılların süjetini dəyişdirir. Nəticədə hamımıza tanış nağıl qəhrəmanları – Cırtdan, Məlikməmməd, Tıq-tıq xanım, Göyçək Fatma, Div, Hadı, Bıdı və başqaları tamam fərqli rollarda və vəziyyətlərdə görünürlər. Amma Şaxta Baba və uşaqlar birlikdə bu hiylənin qarşısını alır, nağılları əvvəlki halına qaytarırlar. Peşman olan Cadugər bağışlanır və bayram şənliyinə qoşulur.

Tamaşanın səhnələşdirmə və quruluş müəllifi – teatrın baş rejissoru Anar Məmmədov, səhnə tərtibatçısı isə baş rəssam İqbal Əliyevdir. Tamaşada teatrın bütün aktyor truppası növbəli şəkildə iştirak edir.

Tamaşalardan sonra uşaqlara teatrın daxili imkanları hesabına hazırlanmış bayram hədiyyələri təqdim olunub.

Qeyd edək ki, Azərbaycan Dövlət Kukla Teatrının bayram repertuarı dekabrın 27-dəm yanvarın 4-dək davam edəcək. Tamaşalar hər gün 12:00, 14:00, 16:00 və 18:00 saatlarında nümayiş olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Dekabr 2025 22:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see285

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see279

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see224

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see214

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see213

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see210

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see209

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see206

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see205

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see201

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see195

PISA da “Sinqapur sindromu” Şəmil Sadiq yazır

11 Sentyabr 2026 01:22see187

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see183

Müəllim əməliyyatdan sonra öldü

11 Sentyabr 2026 09:12see182

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see180

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see173

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see170

Trampdan İran bəyanatı Qərarından peşman deyil

11 Sentyabr 2026 04:09see167

Payızda orqanizmə güc verən 3 MƏHSUL

11 Sentyabr 2026 04:56see165

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri