Icma.az
close
up
RU
Boşanmaya gətirib çıxaran səbəblər: “Sosial dəyişikliklər və gender bərabərliyi…”

Boşanmaya gətirib çıxaran səbəblər: “Sosial dəyişikliklər və gender bərabərliyi…”

Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda boşanma halları artımaqdadır. Boşanmağa səbəb olan amillər arasında münasibətlərdəki anlaşmazlıqlar, maddi çətinliklər və xarici müdaxilələr ön plana çıxır. 

Bəs boşanma üçün ən çox müraciət edən tərəf hansıdır? 

Sfera.az-a açıqlama verən psixoloq Ülkər Məhərrəmova bildirib ki, boşanmaya müraciət edənlərin çoxu qadınlardır. Onun sözlərinə görə, qadınlarda bu istəyin artması müxtəlif səbəblərlə bağlıdır:

"Rəsmi məlumatlara görə, boşanmaq üçün müraciət edənlərin 70 faizini qadınlar təşkil edir. Boşanmaya görə ən çox qadınların müraciət etməsi bir neçə səbəbdən irəli gəlir. Qadınlar çox vaxt ailədəki problemləri daha açıq şəkildə ifadə etməyə meyllidirlər və münasibətlərdəki qeyri-sağlam durumları daha tez hiss edirlər. Sosial dəyişikliklər və gender bərabərliyi məsələləri də qadınların daha çox boşanma qərarı verməsinə səbəb ola bilər. Qadınlar əvvəlki dövrlərə nisbətən öz hüquqlarını daha çox müdafiə etməyə, mənəvi və emosional azadlığa sahib olmağa çalışırlar. Bununla yanaşı, evlilikdəki psixoloji və emosional problemləri, xüsusən də qarşılıqlı anlaşılmazlıq və münasibətlərin düzgün qurulmaması qadınlar üçün daha ağır ola bilər. Sosial təzyiqlərin və maddi asılılığın azaldılması da qadınları boşanmağa daha çox təşviq edir, çünki artıq çoxları öz həyatını müstəqil şəkildə qurmağı bacarır. Təbii ki, hər bir cütlük fərqli vəziyyətlərdədir, amma ümumi tendensiyalara baxdıqda qadınların boşanma üçün müraciət etməsi, ailə içindəki problemlərin həllinə dair daha çox və daha açıq bir yanaşmanın nəticəsidir”. 

Psixoloq Ü.Məhərrəmova boşanma səbəbləri arasında ən çox rast gəlinən məsələləri də vurğulayıb:

“Maddi sıxıntılar, ailə üzvlərinin və ya ətrafın müdaxiləsi, xüsusilə valideynlərin müdaxiləsi, münasibətləri daha da çətinləşdirir. Bu müdaxilələr, çox zaman tərəflərin münasibətlərinə təsir edir və boşanma qərarına yol açır. Maddi çətinlik və bir tərəfin maddi asılılığı da evliliklərdə gərginliyi artırır. Bəzən bu çətinliklər qarşısında cütlüklər münasibətlərini qorumaq üçün daha az səy göstərirlər. Təhsil və sosial status fərqləri olan cütlüklər arasında, xüsusən də fərqli düşüncə tərzləri və həyat məqsədləri məsələsi, zamanla böyük qarşıdurmalara gətirib çıxara bilər”. 


Ü.Məhərrəmova hesab edir ki, evlilikdən əvvəlki gözləntilərin evlilikdən sonrakı reallıqla uyğunlaşmaması da boşanma səbəblərindən biridir. Psixoloq evliliyə dair qarşılıqlı gözləntilərin çox olduğu halda, bu gözləntilərin yerinə yetirilməməsinin münasibətləri daha da gərginləşdirdiyini qeyd edib:

“Evlilikdəki öncə ideallaşdırılmış görüntü ilə real həyatın üst-üstə düşməməsi, insanlar arasında məyusluqlara səbəb olur. Cütlüklər arasında idealizə edilmiş bir evlilik gözləntisi və həyatın real şəraiti arasında fərq yarandıqda, münasibətlərdəki boşluqlara səbəb ola bilir. Bəzən insanın gözlədiyi "mükəmməl" həyat ilə real həyat arasındakı fərqlər boşanmağa səbəb olur”. 


Bəsti Rəfizadə
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://sfera.az
archiveBu xəbər 12 Mart 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see312

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see291

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see274

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see241

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see226

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see203

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see182

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see178

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see175

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see166

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see162

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see161

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see160

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see156

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see153

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see152

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri