Icma.az
close
up
RU
“Bosh shelf”in departament müdiri SOCAR prezidentindən çox maaş alır? İLHAM EMİNBƏYLİ HAQDA ŞOK İDDİALAR

“Bosh shelf”in departament müdiri SOCAR prezidentindən çox maaş alır? İLHAM EMİNBƏYLİ HAQDA ŞOK İDDİALAR

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Cəbrayıl rayon sakini Əliyeva Məlahət İslam qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin redaksiyamıza göndərdiyi məktubu olduğu kimi dərc edirik:

“Mən, Cəbrayıl rayonundan məcburi köçkün düşən Əliyeva Məlahət İslam qızı, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

44 il iş stajım var, 13 ilini Cəbrayıl rayonunda, 20 ilini SOCAR-da, 11 ilini isə “Bosh shelf” MMC-də işləmişəm.

Bildirim ki, “Bosh shelf” MMC-də Maliyyə Departamentinin rəisi İlham Eminbəyli vəzifəsindən sui-istifadə edir.

İşçiləri arasında məcburi köçkün və müharibə veteranları da var. 2013-cü ildə haqsız olaraq SOCAR-ın 7 nəfəri işçisini işdən çıxardılar. Mən də daxil olmaqla, 1  nəfər qaçqın, 2 nəfər müharibə veteranın maaşını 200 manat aşağı saldılar. Qorxudan heç birimiz etiraz edə bilmədik.

İlham Eminbəyli köməksiz insanların üzərindəki “qələbəni” mahnı oxuya-oxuya qeyd edirdi. Müharibə veteranı Çingiz Rüstəmovu işdən çıxarmaq üçün akt tərtib etdi və bütün mühasibatlıq əməkdaşlarına hədə-qorxu gələrək imza atdırdı. Mən isə həmin akta qol çəkmədiyimə görə, şəxsi ədavət güdərək, illərdir mənə qarşı kin saxlayır. Məhz bu səbəbdən də  həmişə mənə təzyiq göstərir.

İlham Eminbəyli məni işdən çıxarmaq üçün 10 dəfə Kadrlar Şöbəsinə müraciət edib. Mən və digər imtiyazlı işçilər 700 manat, özünün işə götürdüyü işçilər isə 4-8 min arası maaş alırlar. Əlavə olaraq, onları 6-cı günlər də işə çıxardır və maaşları 10 min manata qədər yüksəlir. İlin sonunda da nə qədər bonus yazırlar...

Rəhbərliyin özü və müavini ehtimal edirəm ki, 10 min manatdan yüksək maaş alır. Heç SOCAR prezidenti o qədər maaş almır.

Biz bilmək istəyirik ki, vaxtilə “Əsrin müqaviləsi” xalqın rifahı, yoxsa bunların kef sürub dolanması üçün bağlanılıb?

Hər dəfə Kadrlar Şöbəsinə  çağırılanda  böyük sarsıntı keçirirdim  və bu insanla üzləşməmək üçün 2024-cü ilin sentyabr ayında ərizəmi yazdım. Təəssüflə qeyd edirəm ki, Kadrlar Şöbəsi ərizəmin üstünü yazıb, maaşımın 2 mislini vermədi. Bu cür insanlara nə ad vermək olar?!”

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 04 Noyabr 2024 18:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sabiq nazirin bacısı qızı olan rektor kimdir?

11 Dekabr 2025 00:22see268

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see233

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see221

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see208

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see191

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see166

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see159

OKX də Avtomatlaşdırılmış P2P Sifariş İcrası işə düşdü

11 Dekabr 2025 12:12see147

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see145

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see141

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see139

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see139

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see136

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see136

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see134

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see133

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see131

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see131

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see126

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri