Icma.az
close
up
RU
Qusar Mərkəzi Xəstəxanasının direktoru haqda şok iddialar ŞİKAYƏT

Qusar Mərkəzi Xəstəxanasının direktoru haqda şok iddialar ŞİKAYƏT

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

Qasımova Hafizə Abumüslüm qızı (Qusar, Z.Əliyeva, 141 – “Qusar RMX” PHŞ-nin Maliyyə şöbəsinin hesabtarlıq bölməsinin keçmiş müdiri), Mədatov Elxan Ələddin oğlu (Qusar rayonu Samur qəsəbəsi, “Qusar RMX” PHŞ-nin mühafizəçisi işləmiş), Mirzəqəyeva Flora Ənvər qızı (Qusar, E.İbrahimova, 103, “Qusar RMX” PHŞ-nin anbar bölməsinin müdiri işləmiş), Tayıbova Ulduz Mehyyədin qızı (Qusar, F.Musayev, 106, “Qusar RMX” PHŞ-nin qeydiyyatçısı işləmiş), Valixanlı Sima Hacımət qızı (Qusar, CCK, 10, “Qusar RMX” PHŞ-nin doğum və ginekologiya şöbəsində mama işləmiş), Əliyev Vüsal Əhliman oğlu  Qusar, Z.Əliyeva, 96/29, ünanında yaşayan vətəndaşlar tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub.

Şikayətçilər saytımız vasitəsilə Prezident İlham Əliyevə, Baş Prokuror Kamran Əliyevə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə, Daxili İşlər naziri Vilayət Eyvazova, Səhiyyə naziri Teymur Musayevə,  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyevə, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin icraçı direktoru Vüqar Qurbanova, Qusar rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanova, Şabran rayon prokurorluğuna, Qusar rayon prokurorluğuna və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin Qusar rayon şöbəsinə müraciət edirlər:

“Cənab Prezident!

Hörmətli cənablar!

Biz kollektiv şəkildə Qusar rayon Mərkəzi Xəstəxanasının direktoru Kamil Hacıyevə və onun xəstəxananın Aptek bölməsinin “provizor”u işləyən arvadı İlhamə Hacıyevaya ilə birlikdə xəstəxanada yaratdıqları qanunsuz, qeyri-sağlam vəziyyət barədə müraciət edirik. Onların saxtakarlıqları, qanunsuzluqları haqqında çoxsaylı şikayət ərizələri ilə dəfələrlə müraciətlər etməyimizə baxmayaraq, hələ də qanuni tədbir görülmür. Bu ər-arvad xəstəxanada elə bir vəziyyət yaradıblar ki, bütün işçilər onların bu zülmündən canlarını qurtarıb işdən çıxırlar. Bütün işçiləri bir-birinə qarşı qoyur, xəstələrə tibbi xidməti göstərmək əvəzinə, bütün günü hamını sorğu-suala tutur, üzləşmələr keçirirlər, səs yazırlar, video ilə çəkib işçiləri şantaj edib, qorxudurlar.

Kamil Hacıyev Qeydiyyat şöbəsinə öz yaxın adamı Sevinci rəhbər qoyub. Onun vasitəsi ilə ginekoloq Milana Babayevaya limit qoyub, ona müraciət edən xəstələri alıb Doğum evinin şöbə müdiri Ginekoloq Kamilla Qurbanovaya göndərir. Çünki Kamilla Qurbanova ilə bir adamdır, əl-ələ verib işləyirlər, bir xəstəni də 600 manata əməliyyat edirlər.

Eləcə də köhnə, vaxtı keçmiş dərmanları xəstəxananın şöbələrinə paylamaları saxtakarlıqdır. Kamil Hacıyev aptekdə işləyən arvadı İlhamə Hacıyevaya səlahiyyətlər verir ki, anbara girib yoxlama keçirsin. Adama deyirlər, aptek işçisinə anbara girib yoxlama keçirməyə kim icazə vermişdir. Anbarın açarının biri İlhamə Hacıyevadadır. İlhamə Hacıyevaya ona verilmiş bu müstəsna səlahiyyətdən istifadə edərək, bütün xəstəxananın fəaliyyətinə, şöbələrin işinə müdaxilə edir. Hətta ona anbarın açarı da vardır.

Odur ki, hacıyevlər anbardan oğurluqla, gizli yolla 50 ədəd odun peçi, 5 ədəd sinxronizator avtomobil ehtiyat hissələri götürmüşlər. Bu haqda xidməti məktubla Qusar rayon polis şöbəsinə, prokurorluğa, eləcə də Kamil Hacıyevə müraciət edilsə də, nəticə olmamışdır.

Bundan əlavə, köhnə müddəti başa dərman pereparatlarını xəstəxananın şöbələrinə paylamaqla silirlər. Rayonda olan dializ xəstələrinə verilməli olan “Albumin” dərmanlarını sənəddə guya “verildi” kimi rəsmiləşdirsələr də, faktiki olaraq bu dərmanlar həmin xəstələrə verilmir. Çünki bu dərmanın birinin qiyməti təxminən 50-170 manat həddindədir və bu dərmanları sonra məqsədli şəkildə satırlar.

Qusardan olan işçilər şərləmə yolu ilə işdən çıxarılır, rayonda işsiz qalan insanları incik salırlar. Kamil Hacıyev ancaq özünün yaxın tələbə yoldaşları, qohumlarını, tanışlarını xəstəxanaya daimi işə götürüb. Misal olaraq, əmisi qızı Minayə Rüstəmovanı mama işinə götürmüşdür. O da bütün xəstəxananın fəaliyyətinə müdaxilə edir. Əmisi qızı Minayə Rüstəmovanın əri Faiq Rüstəmovu isə xəstəxananın anbar bölməsinin müdiri təyin etmişdir. Faiq Rüstəmov 1800 manat pensiya alır, üstəlik də gəlib xəstəxanada işləyir.

İlhamə Hacıyeva xəstəxanada əlində elektron qəlyan çəkə-çəkə tibb bacılarına qarşı təhqiredici, kobud davranır, heç kimi saya salmır, hamı ilə söyüşlə danışır, işçiləri şəhadət barmağı ilə saymazyana yanına çağırır, alçaldır, aşağılayır. Günah bu ailəni Qusar rayonuna göndərəndədir ki, belə bir gözəl, dövlətimizə, Prezidentimizə sadiq bir bölgədə insanları incidirlər.

İlhamə Hacıyeva özünə yaxın bir-iki nəfər şəxslə ucadan gülməklə şadyanalıq edirlər. O, bütün günü ərinin, direktorun iş otağında özünü tibb bacılarına masaj elətdirir. Xəstəxananın həmkarlarına qanunsuz tapşırıqlar verir, işçilərin qanunsuz işdən çıxarılmasına görə ona təsir göstərir.

Xahiş edirik yoxlanılsın ki, onun direktor təyin edildiyi müddətdə işçilər hansı meyarlar əsasında işə götürülür. Xəstəxananın 4-cü mərtəbəsi inzibati fəaliyyəti həyata keçirən şöbədir. Bir ilin içində bütün şöbənin işçilərini dəyişmişdir. Hamısı da böyük məbləğdə pullarla işə götürülür. Adi tibb bacısı 9000-10000 manata işə götürülür. Pulları da həftə sonu Bakı şəhərində alırlar. İlhamə Hacıyevanın bank kartına atılır.

Həmçinin, xəstəxana daxilində işçilərin iş yerlərinin dəyişdirməsinə görə də 10000 manat pul alırlar.

Xəstəxanada cərrahiyyə əməliyyatları saxtalaşdırılır. Kamil Hacıyev özü cərrahiyyə əməliyyatları aparsa da, sənədləşməni xəstəxananın cərrahı Qasım Qəribovun adına rəsmiləşdirir. Qasım Qəribovun əli ilə də hər cərrahiyyə əməliyyatına görə pulları alıb özünə götürür.

Bununla bərabər, Kamil Hacıyev Qusar rayon sakinlərini Qusar xəstəxanasında deyil, özünün əvvəllər işlədiyi Bakı Sağlamlıq Mərkəzinə apararaq orada cərrahiyyə əməliyyatı həyata keçirir. Adama deyərlər ki, Qusar xəstəxanası təzə tikilmiş xəstəxanadır, niyə burada əməliyyat edilmir?! Bu fakt da araşdırılsın, görək niyə belə edir. Bundan əlavə, xəstəxananın dializ xəstələri onların qanunsuzluqlarından şikayət etdikləri üçün onlarla prinsip aparır, bilərəkdən onların prosedurlarını axşama salıb incidir, hal-hazırda da çalışır ki, onları Qubaya yönləndirsin, əziyyət çəksinlər. Buna görə xəstəxananın həmkarına tapşırıq vermişdir ki, dializ xəstələrini Qubaya yönləndirin, bununla da onlar əziyyət çəksinlər.

Qusar xəstəxanasında dializ şöbəsi ola-ola niyə bu xəstələr Qubaya göndərilməlidirlər?! Bu elə kinli, qisasçı bir adamdır ki, hətta həyatları təhlükə altında olan riskli dializ xəstələrindən də bu yolla qisas alır. Onları yollara salır. Xəstəxananın dəhlizində nümayişkəranə şəkildə Kamil Hacıyev qışqırıb deyir ki, kim bizdən şikayət etsə, məhv edəcəyəm, mən heç kimdən qorxmuram, mənim arxamda böyük adamlar durub, nə qədər şikayət etsəniz də mənə heç kim heç nə etməyəcəkdir, gedin hara istəyirsiniz şikayət edin.

Möhtərəm Cənab Prezident, xahiş edirik bizim şikayətimizi öz nəzarətinizə götürəsiniz, Qusar rayon xəstəxanasında olan qanunsuzluqların qarşısı alınsın. Qusar xəstəxanası bu gün xəstələrə tibbi xidmət göstərməkdən daha çox çəkişmə, münaqişə, məhkəmə keçirilən bir yerə bənzəyir. Kamil Hacıyev arvadı İlhamə Hacıyeva ilə birlikdə xəstəxananı çəkişmə, üzədurma yerinə çeviriblər. Hamının səsini yazırlar, bir-birinin üzünə qoyurlar, TƏBİB də, Səhiyyə Nazirliyi də açıq-aşkar bu şəxsləri himayə edirlər. Xahiş edirik bu haqsızlığa son qoyulsun”.

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:333
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 16 İyul 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri