Icma.az
close
up
RU
Bosniya və Herseqovinada siyasi gərginlik: Prokurorluq həbs qərarı verdi

Bosniya və Herseqovinada siyasi gərginlik: Prokurorluq həbs qərarı verdi

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Bosniya və Herseqovina Prokurorluğu Serb Respublikasının (Bosniya və Herseqovinanın entiteti) Prezidenti Milorad Dodik, Baş naziri Radovan Vişkoviç və parlament sədri Nenad Stevandiçin həbsi üçün təhlükəsizlik orqanlarından yardım istəyib.

Oxu.Az-ın məlumatına görə, bu barədə Serb Respublikasının Radio və Televiziyası (RTRS) məlumat yayıb.

"Bosniya və Herseqovina məhkəməsinin polisi Dodik, Vişkoviç və Stevandiçin "Konstitusiya quruluşuna hücum" maddəsi ilə cinayət törətməkdə ittiham olunaraq həbs edilmələrinə yardım göstərilməsi ilə bağlı İstintaq və Müdafiə Agentliyinə sorğu göndərib", - deyə qurumdan bildirilib.

Bosniya və Herseqovina Prokurorluğu və Araşdırma və Müdafiə Agentliyinin fəaliyyəti Serb Respublikasında qadağan edilib.

"Serb Respublikasının məhkəmə polisinin direktoru Jelko Draqoyeviç televiziya kanalına müsahibəsində bildirib ki, onun qurumuna belə bir əmr verilməyib və verilə bilməz", - deyə mənbədən bildirilir.

Ölkə beynəlxalq ictimaiyyətin ali nümayəndəsi (bu vəzifə Deyton sazişinə uyğun olaraq yaradılıb) vasitəsilə idarə olunur. O, Bosniya və Herseqovina üzrə sülh sazişinin icrasına dair Şuranın rəhbər komitəsi tərəfindən namizədliyi BMT Təhlükəsizlik Şurasında təsdiqlənəndən sonra təyin edilir. Lakin 2021-ci ilin mayında rəhbər komitənin səfirləri Almaniya nümayəndəsi Kristian Şmidti BMT TŞ-də razılaşdırma proseduru olmadan Bosniya və Herseqovinada yeni ali nümayəndə təyin etmək qərarını qəbul ediblər. Buna görə də Serb Respublikasının rəhbərliyi, eləcə də Rusiya və Çin onun legitimliyini tanımır.

Bosniya və Herseqovina Məhkəməsi fevralın 26-da Dodiki Şmidtin qərarlarını nəzərə almadığı üçün bir il həbs cəzasına və altı il siyasi fəaliyyətlə məşğul olmaq qadağasına məhkum edib. Söhbət birinci instansiya məhkəməsinin qərarından gedir və bu qərardan şikayət verilə bilər.

Yekun qərar cari ilin sonunadək Bosniya və Herseqovina Məhkəməsinin ikinci instansiya palatası tərəfindən çıxarılacaq. Dodik bosniyalı serblərin hüquqlarını məhdudlaşdıran qanunların Şmidt tərəfindən lobbiçiliyi davam edərsə, entitetin müstəqilliyini elan etməyə hazır olduğu barədə xəbərdarlıq edib. O, həmçinin bosniyalı xorvatlara 1995-ci ildə Deyton sülh müqaviləsinin imzalanmasından sonra Bosniya müharibəsinin başa çatması ilə mövcudluğunu dayandıran tanınmamış Herseq-Bosna dövlət qurumunun yenidən yaradılması barədə düşünməyi məsləhət görüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 Mart 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see336

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see287

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see282

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see270

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see253

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see249

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see232

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see232

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see217

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see217

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see212

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see209

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see208

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see207

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see207

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see207

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see206

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see200

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see190

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri