Boşqabında yemək saxlayanlar cərimələnəcək Qəribə qərar
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avstriyada bəzi restoranlar qida israfının qarşısını almaq məqsədilə yeni qayda tətbiq etməyə başlayıblar.
Ölkə.az Milli.Az-a istinadən xəbər verir ki, "All you can eat" (İstədiyin qədər ye) konseptində fəaliyyət göstərən məkanlarda artıq yemək götürüb onu tamamilə yeməyən müştərilər əlavə ödəniş etməli olacaqlar.
Xüsusilə Graz şəhərində yerləşən bəzi Asiya restoranları, "Running Sushi" və "All you can eat" kimi yerlərdə müştərilərdən qabında qalan artıq yeməklərə görə 5-10 avro arasında cərimə tələb edir. Bu addım, xüsusilə Yeni il şənliklərində və böyük ziyafətlər zamanı ənənəvi olaraq hazırlanmış müxtəlif yeməklərin israf edilməsinin qarşısını almaq məqsədi daşıyır.
Avstriyada tətbiq olunan bu qayda digər ölkələrdə də oxşar təşəbbüslərin başlanması üçün nümunə ola bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 12 Dekabr 2024 04:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















