Bələdiyyə sədrindən QƏRİBƏ QƏRAR: Xəstələnmək qadağandır
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İtaliyanın cənubundakı Kalabriya regionunun Katanzaro əyalətindəki Belkastro kəndində sakinlərin xəstələnməsi qadağan olunub.
Bakıvaxtı.az azərtac-a istinadla xəbər verir ki, bələdiyyə sədri Antonio Torçianın imzaladığı qərarla kənd sakinlərinə təcili yardım və tibbi müdaxilə tələb edən hər hansı xəstəliyə yoluxmamaq və mümkün qədər evdə qalaraq istirahət etmək tapşırılıb.
Bu qərarın yumoristik addım olduğunu deyən bələdiyyə sədri məqsədin bölgənin səhiyyə sistemindəki çatışmazlıqlara diqqət çəkmək olduğunu bildirib.
Qeyd edib ki, kənddəki 1200-dək sakinin təxminən yarısı 65 yaşdan yuxarıdır və buradakı növbətçi tibb məntəqəsi fasilələrlə fəaliyyət göstərir. Kəndə ən yaxın təcili yardım xidməti isə 45 kilometr uzaqlıqda yerləşir və buraya gedən yolda sürət həddi saatda 30 kilometrdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 08 Yanvar 2025 08:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















