Icma.az
close
up
RU
Botay Türk dünyasının ortaq mədəniyyəti

Botay Türk dünyasının ortaq mədəniyyəti

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Bu il avqustun 11-dən 17- nə kimi Qazaxıstan rayon turizm, mədəniyyət, təhsil və gənclər siyasəti sahələrində bir sıra beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib.

Bakupost.az xəbər verir ki, Şimali Qazaxıstan vilayətinin Ayırtau rayonu və Petropavlovsk şəhəri bir həftə ərzində onlarla xarici nümayəndə heyətinin və minlərlə qonağın diqqət mərkəzində olacaq. Qonaqlar arasında Türkiyə, Azərbaycan, Türkmənistan, Qırğızıstan, Macarıstan, Monqolustan, Tatarıstan, Başqırdıstan, Yakutiya, Kabardin-Balkar və Rusiyanı təmsil edən - alimlər, rəssamlar, arxeoloqlar, etnoloqlar, mədəniyyət xadimləri və gənclər təşkilatlarının liderləri var. Onlar Şimali Qazaxıstan vilayətinin humanitar və turizm gündəmində olan məsələləri birgə müzakirə edib ortaq qərarlar qəbul edirlər.


Petropavlovsk vilayətində start götürən tədbirlərin açılış mərasmində Qazaxıstan Respublikası Baş nazirinin müavini Ermek Kosherbayev, Turizm və İdman Nazirliyinin, Mədəniyyət və İnformasiya Nazirliyinin nümayəndələri, eləcə də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbərliyi iştirak ediblər.

Həftənin əsas hadisəsi beynəlxalq aləmdə statusunu ildən-ilə möhkəmləndirən “Botai – Ulu Dala Madenieti” III Beynəlxalq Rəssamlar Simpoziumu oldu Simpoziumda çıxış edən Qazaxıstanın baş nazirnin müavini Ermek Koşarbayev qeyd etdi ki, tarixi abidələr tariximizin sivilizasiya mənşəyi və Qazaxıstanın və bütün türk dünyasının əvəzsiz irsidir:

“Şimali Qazaxıstandakı Botay da dünya tarixi abidələri içərisində xüsusi yer tutur. Çünki bu mədəniyyətlə tanış olduqda bəşəriyyətin erkən tarixini anlamaq və atın əhliləşdirilməsinin açarını tapmaq olur. Bu gün Botay bütün dünya alimləri tərəfindən tanınır və bu cür obyektlərin tədqiqi insanların yaddaşını qoruyub saxlamağa, onların gələcəyini ruhlandırmağa və möhkəmləndirməyə kömək edir. Bu abidələri dəstəkləmək, inkişaf etdirmək, elmi tədqiqatlar, mədəni tədbirlər, turizm üçün şərait yaratmaq lazımdır”.

Bu sirlərlə dolu məkanı ilk dəfə Ayırtau rayonunda 40 il əvvəl arxeoloq Viktor Zaybert aşkar edib və dünyaya səs sala bildi. Bu sensasiyalı elmi hadisə Şimali Qazaxıstan bölgəsini dünya sivilizasiyası tarixinə yazdırdı və onu ölkənin mədəni-tarixinin brendinə çevirdi.


Beynəlxalq ekspozisiyada iştirak edən alimlər , eləcə də gənc arxeoloqlar müzakirələrə qatılaraq öz fikirlərini bölüşüblər. Qazaxıstanın tanınmış arxeoloqu, professor , Almaniya Arxeologiya İnstitutunun müxbir üzvü Zeynolla Samaşev bildirib ki, Botay mədəniyyəti dünya tarixində xüsusi yer tutur. Botay dünyanın aparıcı elmi mərkəzlərində tanınır, məktəb və universitet dərsliklərinə salınıb. Biz bununla haqlı olaraq fəxr edirik.

Tədbirdə çıxış edən Azərbaycanın əməkdar rəssamı, Yedditəpə Rəssamlıq İnstitutunun professoru Rafik Əziz deyib ki, Botay bütün dünyaya nümayiş etdirilməlidir:

“Çox istərdim ki, bu yer haqqında mümkün qədər çox insan bilsin. Şimali Qazaxıstanın təbiəti mənim üçün çox doğmadır. Mən bu yaxıpnlarda bir əsər çəkmişəm, indi görürəm ki, təsvir etdiklərim buradakı gördüklərimlə eynidir. Onu Petropavlovskda təqdim edəcəm”.

Həftənin sonunda Petropavlovskda Botay mədəniyyətinin ortaq türk kimliyinin formalaşmasında rolunu müzakirə etmək üçün aparıcı alimləri bir araya gətirəcək “Botay – türk dünyasının əsasları” adlı beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

Ayrı –ayrı məkanlarda döyüş ayinləri, at yarışları, ustad dərsləri keçiriləcək, eləcə də türk dünyasında arxeoloji marşrutların yenidən qurulması məsələləri müzakirə ediləcək.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:253
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 15 Avqust 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see315

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see308

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see297

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see282

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see275

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see272

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see257

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see246

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see240

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see235

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see225

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see221

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see220

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see220

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see216

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see208

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see205

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see202

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see200

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri