Icma.az
close
up
RU
Türk dünyasının ortaq mətbəx mədəniyyəti FOTO

Türk dünyasının ortaq mətbəx mədəniyyəti FOTO

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

Türk xalqları arasında mətbəx yalnız qida istehlakı deyil, tarixi yaddaşın, kimliyin və qonaqpərvərliyin simvoludur.
Dördüncü məqalə

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə orta qrant müsabiqəsinin qalibi olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” adlı layihənin icrasına başlayıb. 1 may–30 sentyabr tarixləri arasında reallaşdırılacaq layihə müasir dövrdə Türk dünyasında inteqrasiyanın daha da dərinləşməsi istiqamətində atılan addımlara dəstək xarakteri daşıyır. Biz, ortaq dəyərlərimizi, ortaq mirasımız bilmədən etibarlı ortaq gələcək qura bilmərik. Prezident İlham Əliyevin bəyan etdiyi kimi bizim ailəmiz Türk dünyasıdır. Ailəmizin etibarlı təməllər üzərində qurulması həm də ortaq tarixi keçmişimizə sahib çıxmaqdan keçir. Layihənin məqsədi Türk dünyasında bu istiqamətdə atılan addımları, ortaq mirasımızla bağlı tarixi faktları türk dünyasına, o cümlədən uşaq, yeniyetmə və gənclərə çatdırmaqdır. Layihə çərçivəsində bir sıra işlərin görülməsi, həmçinin, mövzu ilə bağlı Türkiyə, Azərbaycan və digər türk dövlətlərindən olan mütəxəssislərin fikirləri əsasında 12 məqalənin hazırlanması nəzərdə tutulub. Müxtəlif sahələri əhatə edəcək həmin 12 məqalənin dördüncüsü oxuculara təqdim edilir.
Bu məqalədə Türk dünyasında önəmli yer tutan və ortaq dəyər olan mətbəx nümunələrindən bəhs edəcəyik.
Bu istiqamət üzrə həmsöhbətlərimiz– ümumtürk mətbəx mədəniyyəti və İrəvan Xan sarayı mətbəxi üzrə tədqiqatçı, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü, Qərbi Azərbaycan mətbəxinə dair yüzlərlə məqalə və layihələrin müəllifi Vəsilə Əkbərova və əslən Qərbi Azərbaycanın Amasiya rayonunun Qaraçanta kəndindən olan, Türkiyənin Qars bələdiyyəsinin sabiq sədri, Qars-Azərbaycan Kültür və Dayanışma Dərnəyinin qurucu sədri Murtaza Karaçantadır.
Türk dünyasının ortaq dəyərlər sisteminin əsas sütunlarından biri də mətbəx mədəniyyətidir
Həmsöhbətlərimizin fikirlərinə keçməzdən öncə bildirək ki, Türk dünyasının ortaq dəyərlər sisteminin əsas sütunlarından biri də mətbəx mədəniyyətidir. Minilliklər boyunca köçəri həyat tərzi, təbiətə bağlı yaşam, İpək Yolu ticarət yolları və İslam mədəniyyətinin təsiri nəticəsində formalaşan türk mətbəxi bu gün də müxtəlif coğrafiyalarda öz bənzərliyi və fərqliliyi ilə seçilir. Əksər ekspertlərin vurğuladıqları kimi, türk xalqları arasında mətbəx yalnız qida istehlakı deyil, tarixi yaddaşın, kimliyin və qonaqpərvərliyin simvoludur.
Tarixi mənbələrdə qeyd edildiyi kimi türk xalqlarının mətbəx ənənələrinin kökləri qədim türklərin Altay-Sayan bölgəsindən başlayan və Orta Asiyanın geniş çöllərində davam edən köçəri həyat tərzinə dayanır. Qışlaq və yaylaq arasında hərəkət edən türklər qidanı uzun müddət saxlayacaq şəkildə hazırlayır, əsasən ət, süd və taxılməhsullarından istifadə edirdilər. Bu həyat tərzi təkcə qidanın deyil, həm də qida mədəniyyətinin–bişirmə üsullarının, saxlanma metodlarının və süfrə adətlərininformalaşmasına təsir göstərdi. Zamanla, türk xalqları müxtəlif bölgələrə yayılaraq fərqli xalqlarla təmasda oldular. Bu qarşılıqlı əlaqələr nəticəsində mətbəxlərdə müəyyən zənginləşmələr baş verdi, lakin əsas nüvə, yəni ortaq mətbəx kodları qorunub saxlanıldı.
Türk mətbəxinin şah yeməyi plovdur
Məlumat üçün bildirək ki, köçəri həyat tərzində heyvandarlıq əsas təsərrüfat sahəsi olduğundan, ət və süd məhsulları mətbəxin əsasını təşkil edir. Qoyun, at, mal və keçi əti ilə yanaşı, süd məhsullarından qatıq, ayran, qurut, kımız kimi məhsullar geniş istifadə olunur. Qırğızıstanda və Qazaxıstanda kımız (at südündən hazırlanmış fermentləşdirilmiş içki) əsas içki hesab olunur və qonağa təqdim edilməsi hörmətin təzahürüdür.
Yeri gəlmişkən, türk mətbəxinin şah yeməyi plovdur. Çünki Türk dünyasında plov, yalnız yemək deyil, eyni zamanda mərasim və bayramların ayrılmaz hissəsidir. Özbəkistanın “Oş”, Azərbaycanın “toy plovu”, Türkmənistanın “şah aş”ı kimi fərqli formalarda təqdim olunsa da, əsas komponentlər – düyü, ət, soğan və ədviyyatlar – ortaqdır.
Vəsilə Əkbərova: Ümumtürk mətbəx nümunələrinin bir çoxu qədim tarixə dayanır
Beləliklə, mövzu ilə bağlı fikirlərini bizimlə bölüşən Vəsilə Əkbərova öncə onu qeyd etdi ki, ümumtürk mətbəx nümunələrinin bir çoxu qədim tarixə dayanır: “Ən məşhur nümunələrdən biri sayılan “dolma” yeməyidir. Dolma ümumtürk etnik türk mətbəxinin və azərbaycanlıların abidəsidir desək yanılmarıq. Tatarca – “tulma”, türkməncə -“dulma”, özbəkcə – “dulma”, Karakalpak və Azərbaycan türkcəsində – “dolma”, Türk və Kırım tatarlarında –“sarma” kimi tanınan bu yemək növü bütün dünyada sevilir. Onu nəinki yarpaqdan, hətta istənilən çeşid meyvə və tərəvəzdən istifadə etməklə hazırlamaq olur”.
V.Əkbərovanın sözlərinə görə, əgər ümumtürk ortaq mətbəxi haqqında söz düşdüsə o zaman burada mütləq Özbək, Uyğur, Qaraqalpaq, Krım-Tatar, Türkmən ortaq yemək nümunələrini unutmaq olmaz: “Türk xalqları coğrafi yerləşmədən asılı olmayaraq heç zaman öz köklərini unutmayıblar və ona bağlı olublar. Bunu məhz türk xalqlarının yeməklərində, toponimlərində aydın sezmək olur. Məsələn, “Baursak” artıq ənənəvi şirniyyat hesab edilir. Bu çeşid həm Başqır, Tatar, Qazak, Osmanlı türklərində, həm də Azərbaycan türklərində “Bişi, Əyirdək” şirniyyat çeşidi kimi tanınır”.
Uyğur mətbəxi türk xalqlarının ən böyük və zənginmətbəxlərindən biri hesab edilir
Müsahibimzi qeyd etdi ki, bundan başqa uyğur mətbəxi türk xalqlarının ən böyük və zəngin mətbəxlərindən biri hesab edilir: “Plov, laqman, samsa, təndir kababları həm çox yayqın, həm də eyni zamanda bütün Orta Asiya, Şərqi Asiyada hazırlanır. Eyni zamanda da uyğurların Osmanlı və Azərbaycan türkləri ilə eyni ortaq yemək çeşidləri çoxdur. Belə ki, “Çörək-nan”, “Əriştə-çöp (Uyğur çöpü), plov, mantı, şorba, halva, quymaq kimi bir çox yeməkləri misal çəkmək olar”.
Sözlərini davam edən V.Əkbərova “Qaraqalpaq mətbəxi Uyğur mətbəxi ilə çox yaxın və ortaq köklərə bağlıdır. Burada da ənənəvi yeməklər olaraq loğman, əriştə, mampa, kavurma, sütlac, nan, köftələr, dolmalar, Şorbalar, ağartı və s. var ki, bunları saymaqla bitməz” dedi.
Güney Azərbaycan öz mətbəx mədəniyyətini bu günədək yaşadır
Yeri gəlmişkən, ortaq türk mətbəxindən danışarkən Güney Azərbaycan mətbəxini xüsusilə vurğulamalıyıq.
Çünki türklərin Oğuz qolundan olan Güney Azərbaycan öz mətbəx mədəniyyətini bu günədək yaşadır. Məsələn, Ərdəbil, Zəncan, Qəzvin, Tehran, Qum, Gülüstan, Xorasan, Xoy, Maku mətbəxinin dəyərləri hələ də yaşadılır. Qurudlu küftə, ayran aşı, əriştəli plov, daş küftəsi, süd plov, səbzi plov, lobya plov, ləvəngi, basdırma, xəşil, umac aşı, yarma aşı, qutablar, dolmalar, kabablar və əlbəttə ki, Təbriz küftəsi, şirniyyatlar, lokumlar hər biri Güney Azərbaycan mətbəxinin və ümumtürk mətbəxinin ayrılmaz bir hissəsidir.
Konkret olaraq Qərbi Azərbaycan mətbəxinə gəlincə, V.Əkbərova bildirdi ki, əvvəla Qərbi Azərbaycan Türk dünyasının ayrılmaz parçası olduğu kimi, mətbəxi də ümumtürk mətbəxinin bir hissəsidir: “Cənab Prezident İlham Əliyevin İrəvan xanlığı, Qərbi Azərbaycan və Zəngəzur haqqında çağırışları, “İrəvan xanlığında yaşayanların əksəriyyəti azərbaycanlılar idi, Zəngəzur mahalı Azərbaycandan zorla qopardılıb ki, türk dünyasını parçalasınlar və elə də oldu. Ancaq vaxt gələcək, bu ədalətsizlik aradan qaldırılacaqdır” deyə bəyan etməsi bizim üçün bir “yol xəritəsi”dir. Hesab edirəm ki, cənab Prezidentin bu nitqi artıq bütün Azərbaycan türkləri üçün şüara çevrilmişdir və o gün gəlib çatana qədər biz mədəni irsimizi qoruyub, saxlamağı, təbliğ etməyi özümüzə borc bilməliyik”.
(Ardı var)
Cavid Şahverdiyev
Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” layihəsi çərçivəsində hazırlanmışdır və bu yazıda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 10 İyun 2025 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2091

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see300

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see243

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see236

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see205

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see186

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see156

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see150

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see142

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see141

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see139

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see139

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see133

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see130

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see129

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see123

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see120

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see120

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri