Böyrək xəstələri qarpız istehlakında diqqətli olmalıdır
Icma.az bildirir, Pravda.az saytına əsaslanaraq.
Qarpız təxminən 92 faizi sudan ibarət, az kalorili və vitaminlərlə zəngin meyvədir.
Pravda.az bildirir ki, likopen, C və A vitaminləri sayəsində ürək sağlamlığını qoruyur, immuniteti gücləndirir və dərini canlandırır. Yüksək su tərkibi bədənin su balansını təmin edir, böyrəklərin fəaliyyətini dəstəkləyir və toksinlərin atılmasına kömək edir. Qarpız təbii diüretik xüsusiyyətə malikdir və ödemin azalmasına kömək edir.
Qarpızın tərkibindəki potasyum və maqnezium qan təzyiqini tənzimləyir, əzələ ağrılarını azaldır və yaxşı yuxu üçün faydalıdır. Qarpızın çəkirdəkləri isə qan təzyiqini azaltmaq və xolesterolu salmaqda kömək edir.
Diabet və böyrək xəstələri qarpızı həkim məsləhəti ilə qəbul etməlidir, çünki tərkibindəki şəkər və potasyum yüksəkdir. Həddindən artıq istehlak isə həzm problemlərinə səbəb ola bilər.
Qarpız həm dilim, həm də salat, şirə, smoothie və izgara kimi müxtəlif formalarla yeyilə bilər.
Yay aylarında qarpız bədənin ehtiyacı olan təbii nəmlənmə və enerji mənbəyidir.
Əminə Bayramova

