Icma.az
close
up
RU
ADA Universiteti Balaxanı neftçilərinin yeni akademik tərəfdaşıdır Fotolar

ADA Universiteti Balaxanı neftçilərinin yeni akademik tərəfdaşıdır Fotolar

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Balakhani Operating Company LTD” (BOC) şirkəti ADA Universiteti ilə tələbələrin təhsil keyfiyyətinin və peşə fəaliyyətinin yaxşılaşdırılması məqsədilə əməkdaşlıq edəcək. Bu barədə iki təsisat arasında bağlanılan Anlaşma Memorandumunda deyilir.

“Qafqazinfo” xəbər verir ki, bu gün Universitetin tədris mərkəzində rektor Hafiz Paşayev və BOC prezidenti Rövşən Rzayev tərəfindən imzalanan sənədə əsasən hasilat şirkəti ADA Universiteti və ADA Fondu tərəfindən irəli sürülən elmi-tədqiqat  layihələrinə, tələbələrin peşə təcrübəsinin artırılmasına dəstək verəcək.

Görüşdə ADA Universitetinin rektoru Hafiz Paşayev qeyd edib ki, tarixən neft sahəsində çalışan mühəndislər, geoloqlar cəmiyyətimizin dəyərli ziyalıları arasında yer alıblar. Azərbaycan iqtisadiyyatında vacib yer tutan neft sənayesi bu günə qədər ağır zəhmət tələb edən şərəfli sahədir. Müasir dövrdə hasilat sənayesində texnoloji elmi-tədqiqatların yeri günü-gündən genişlənməkdədir. Azərbaycanda neft hasilatı ənənələrininin və təcrübənin müasir idarəetmə və tədqiqatlarla birləşməsi gözəl nəticələr verməkdədir.

BOC prezidenti Rövşən Rzayev isə bildirib ki, hasilat şirkətinin fəaliyyət göstərdiyi Abşeronun ən iri yatağı -Balaxanı-Sabunçu-Ramana neft-qaz yatağı iki yüz ilə yaxın istismar olunsa da, torpağın qorunması, təbii resursların dayanıqlığı və ekoloji mühafizə istiqamətində həyata keçirilən işlər, xüsusilə, Sovet dövründə aşağı səviyyədə idi. Son illər “Balakhani Operating Company LTD” tərəfindən lay suların utilizə edilərək torpaq qatlarına qaytarılması, tullantılara məruz qalan ərazilərin müxtəlif üsullarla rekultivasiya edilib təmizlənməsi, çox sayda yaşıllıq zolaqlarının salınması hasilata  müsbət təsir göstərməklə yanaşı ölkəmizin təbii ehtiyatlarının dayanıqlığının təmin edilməsinə də töhfə verir.

Görüşün sonunda BOC adından ADA Universitetinə kətan üzərində neftlə işlənmiş “Xudafərin” rəsm əsəri təqdim edilib. ADA isə qonaqlarına görkəmli alim və ictimai xadim, geologiya-mineralogiya elmləri doktoru Musa Əliyevin memuarlarını əhatə edən “Ömrüm” nəşrini hədiyyə edib.







Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 17 İyun 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see300

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see218

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see172

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see165

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see164

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see156

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see151

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see150

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see149

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see147

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see147

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see144

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see142

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri