Icma.az
close
up
RU
Böyrəklərin sağlamlığını qorumaq üçün tövsiyələr

Böyrəklərin sağlamlığını qorumaq üçün tövsiyələr

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

- Düzgün qidalanma. Böyrəklər ət və digər zülal mənşəli qidaları, xüsusən də onların daha tez-tez hallarda və çox miqdarda qəbul edilməsini “sevmirlər”.

Bütün artıq zülallar və onların parçalanma məhsulları, təbii ki, böyrəklər vasitəsi ilə xaric olunmalıdır ki, bu da onların xeyli dərəcədə yüklənməsinə səbəb olur.

Məhz buna görə hazırda dəbdə olan, lakin heç bir ölçü daxilində balanslaşdırılmamış şəkildə tətbiq edilən zülali pəhrizlər böyrəklər üçün zərərli hesab olunur. Belə pəhrizlər son nəticədə zülal mübadiləsinin pozulmasına da səbəb ola bilər. Xarici tərəfdən hər böyrək xüsusi piyli kapsula ilə əhatə olunmuşdur ki, bu da onun daha isti, daha yumşaq və daha təhlükəsiz şəkildə qorunmasını təmin edir. Bu piy qatı böyrəkləri zərbələrdən, soyuqdan qoruyur, onun təbii vəziyyətinin saxlanmasına kömək edir. Ona görə də kəskin şəkildə arıqlamaq da böyrəklər üçün zərərli hesab olunur. Pəhriz nəticəsində piylər orqanizmdən xaric edilir və bu zaman böyrəklər praktiki olaraq “lüt” və müdafiəsiz qalır.

Böyrəklər alkoqollu içkilərdən sui-istifadə edilməsinisevmirlər”. Bu zaman orqanizm onları nəinki parçalamalı, həmçinin onların qalıqlarını da bədəndən böyrəklər vasitəsi ilə xaric etməli olur. Bundan başqa, alkoqol orqanizmin susuzlaşmasına da səbəb olur. Əvvəlcə böyrəklərdən üçqat həcmdə maye keçir – bu zaman orqanizm alkoqolu tez bir zamanda bədəndən xaric etmək üçün özündə olan mayenin xeyli hissəsini sərf etməli olur. Bundan sonra isə bədəndə su qıtlığı yaranır, qan qatılaşır və nəticədə onun böyrəklər tərəfindən filtrasiya edilməsi (süzülməsi) xeyli dərəcədə çətinləşir.
Xeyli miqdarda duzlu qidaların qəbul edilməsi orqanizmdə su-duz tarazlığının pozulmasına səbəb olur. Bu zaman onu da yadda saxlamaq lazımdır ki, duzdan tam şəkildə imtina edilməsi də (ondan artıq miqdarda istifadə edilməsində olduğu kimi) böyrək çatışmazlığı ilə nəticələnə bilər. İnsan duzdan norma həddində istifadə etməlidir. Adətən, bu norma miqdarı bizim gündəlik qəbul etdiyimiz miqdardan üç dəfə az olur. Biz yaddan çıxarırıq ki, duz bütün qidaların (hətta şirniyyatların) tərkibində olur. Yeməklərə duzu az vurun (!) – siz buna tez bir zamanda öyrəşəcək və onların dadını daha yaxşı hiss edəcəksiniz.

Böyrəklər yüngül sidikqovucu və sidik yollarına dezinfeksiyaedici təsirə malik olan məhsulları və bitkiləri çox “sevirlər”. Bunlara xiyar, balqabaq, cəfəri, şüyüd, kərəviz, itburnu, tozağacı şirəsi, çiyələk, ciyələk yarpağı və digər bu kimi məhsulları aid etmək olar.

Qarpız yeyilməsi böyrəklərin çox yaxşı təmizlənməsinə səbəb olur. Qarpız şirəsi ilk növbədə bədəni su ilə doydurur, onu maye ilə tam təmin edir, qanı durulaşdırır, sonra isə zərərli maddələrlə zənginləşmiş məhlulları böyrəklərdəki süzgəclərdən keçirməklə onları qanın tərkibindən tez bir zamanda asanlıqla təmizləyir və bədəndən xaric edir.
- Böyrək xəstəliklərinin, o cümlədən də böyrək daşı xəstəliyinin qarşısını almaq üçün, gün ərzində qəbul edilən maye həcmi 2 litrdən (buraya suplar da daxildir) az olmamalıdır. Ancaq gün ərzində bu həcmdə maye qəbul edilməsi yalnız bədəndə gizli və ya açıq şişkinliklər, böyrək və ya ürək çatışmazlığı olmadığı hallarda yerinə yetirilə bilər.

Heç bir halda bədənin susuzlaşmasına imkan verməyin, isti havalarda bu xüsusən vacib hesab edilir. Bədənin susuzlaşması zamanı bədəndə su-duz mübadiləsindəki tarazlıq pozulur, qan qatılaşır və böyrəklərin onu zərərli maddələrdən təmizləməsi prosesi də xeyli çətinləşir. Əgər siz yanğı hiss etməyə başlayırsınızsa, demək, orqanizmdə susuzlaşma prosesi artıq gedir və böyrəklər də əziyyət çəkməkdədirlər. Ona görə də gün ərzində maye qəbulunu az-az olmaqla daha tez-tez qəbul etməyə çalışın. Həkimlə məsləhətləşmədən heç bir mineral suyu, xüsusən də güclü şəkildə minerallaşmış suları (əgər onlar böyrək xəstəliklərinin müalicəsi üçün nəzərdə tutulsa da) gün ərzində 0,5 litrdən artıq miqdarda qəbul etmək olmaz. Çünki onların tərkibində olan bu və ya digər duzların miqdarı normadan xeyli artıq olur ki, bu da daş əmələ gəlməsinə kömək edə bilər.

- Xroniki infeksiya ocaqları (karioz dişlər, badamcıqların xroniki iltihabı – xroniki tonzillit, adenoidlər, haymorit və s.) böyrəklərə mənfi təsir göstərir. Bu infeksiyalar zəif dərəcədə olsa da, daimi olaraq intoksikasiyaya (zəhərlənmə) səbəb olurlar. Böyrəklər isə öz funksıyalarına uyğun olaraq bu toksik maddələri daim təmizləməlidirlər. Bundan başqa, bu ocaqlarda olan mikroblar qan dövranı ilə böyrəklərə çatdırılaraq onlarda iltihabi prosesin başlanmasına da səbəb ola bilərlər. Tez-tez baş verən anginalar böyrəklər üçün daha qorxulu hesab olunur. Çünki onlar əksər hallarda böyrəklərdə iltihabi prosesin başlamasına səbəb olurlar. Məhz buna görə də keçirilən hər bir kəskin angina xəstəliyindən sonra mütləq sidiyin müayinəsini etmək lazımdır.

- Mədə-bağırsaq və cinsiyyət sisteminin iltihabi xəstəliklərinin vaxtında müalicə edilməsi. Bu, qadınlar üçün daha vacib hesab edilir, çünki onların anatomik və fizioloji xüsusiyyətlərindən asılı olaraq infeksiya bağırsaqlardan və cinsi üzvlərdən çox asanlıqla sidik ifrazedici sisteminə keçə bilər. Qadınlarda böyrək xəstəliklərinin kişilərə nisbətən daha çox təsadüf edilməsinin səbəbi də məhz bununla izah olunur.

- Sidik kisəsinin tam dolması və qəbizlik insan orqanizminə mənfi təsir göstərir. Əgər insan normal həcmdə maye qəbul edirsə, o, gün ərzində 4-6 dəfə olmaqla sidik kisəsini boşaltmalıdır. Əgər siz bunu daha az sayda edirsinizsə, kifayət qədər su qəbul etmədiyiniz barədə düşünməlisiniz. Yadda saxlamaq lazımdır ki, sidik kisəsinin boşaldılması üçün son ana qədər dözmək də lazım deyil. Belə ki, sidik kisəsi həddindən artıq dolduqda, sidiyin bir hissəsi sidik axarları vasitəsi ilə yenidən böyrəklərə tərəf qaytarıla bilər ki, bu da onlar üçün zərərli hesab edilir.
Qəbizliklərə gəldikdə isə məlumdur ki, bu zaman bağırsaqda zərərli maddələr yığılır və orqanizmin zəhərlənməsi baş verir. Tənəffüsün çətinləşməsi, yorğunluq və dərinin xoşagəlməz vəziyyəti də bunu sübut edir. Bədəndən xaric olmaq əvəzinə bağırsaqda olan zərərli maddələr qana sorularaq təkrar-təkrar böyrəklərdən keçirlər. Böyrəklər lazım olduqda bir-birini əvəz edə bilsələr də, bağırsaqlarda yığılıb qalan zəhərli maddələrin filtrasiya edilməsinin (süzülməsinin) öhdəsindən gələ bilmirlər.
- Böyrəklər istini “sevir”, soyuğu isə “xoşlamırlar”. Bədəndə tez-tez baş verən soyumalar, soyuq və nəm otaqda yaşamaq hiss edilmədən böyrəklərin xroniki iltihabına səbəb ola bilər. Soyuq suda, yaş paltarda (məsələn, dənizdə dincəldiyi zaman) uzun müddət qalmaq olmaz. Soyuq qış günlərində mümkün qədər isti geyinmək, uzun gödəkçələrə üstünlük vermək lazımdır.

- İmmun sisteminin zəifləməsi böyrəklər üçün də zərərlidir. Həddindən artıq yorğunluq, güclü fiziki və mənəvi gərginliklər orqanizmin müqavimətini xeyli dərəcədə zəiflətmiş olur. Bunun nəticəsində orqanizmin immun sistemi, xaricdən bədənə daxil olan və ya bədən daxilində daimi olaraq məskunlaşmış olan mikrobların zərərsizləşdirilməsinin öhdəsindən gələ bilmir, bu isə orqanizmdə müxtəlif orqanların və böyrək xəstəliklərinin inkişaf etməsinə səbəb ola bilər.

- Böyrəklər hərəkəti – bədən tərbiyəsini, rəqs edilməsini də “sevir”. Belə ki, hərəkət bədəndə qan dövranının artmasına - sürətlənməsinə, həmçinin böyrəklərin də qanla təchizatının yaxşılaşmasına səbəb olur. Ancaq onu da yaddan çıxarmaq lazım deyil ki, ağır fiziki işlərlə və ya həddindən artıq idmanla məşğul olarkən orqanizm özünü bərpa etməyə çatdırmır və bu, orqanizm üçün xeyirli faktor hesab edilə bilməz.

- Böyrəklər quru isti havanı çox “sevirlər”. İstidə böyrək damarları da genişlənir, böyrəklərin qan dövranı yaxşılaşır. Quru isti hava böyrəklər üçün xüsusilə xeyirli hesab olunur. Çünki belə şəraitdə insan intensiv şəkildə tərləməyə başlayır. Bu zaman adi halda böyrəklər tərəfindən xaric edilməli olan zərərli maddələrin bir hissəsi tər vasitəsi ilə xaric olur və böyrəklərin işi bir qədər yüngülləşir. Böyrək xəstələri üçün nəzərdə tutulan kurortlarda iqlim məhz isti və quru olur ki, bu da xəstələrin daha çox tərləməsinə səbəb olur. Böyrəkləri sağlam olanlar üçün sauna çox xeyirli hesab olunur.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təsadüf, yoxsa səssiz yazılmış ssenari? Məryəm Bağırova yazır

16 İyul 2025 12:49see1219

Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub SİYAHI

16 İyul 2025 19:20see187

10 illik dövr başa çatdı Real dan getdi

16 İyul 2025 15:01see145

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see122

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

17 İyul 2025 05:32see120

GÖYÇAY SAKİNLƏRİ ÖRÜŞ SAHƏSİNDƏ SÜNİ GÖL YARADILMASINA ETİRAZ EDİR “İstifadə etməyə su tapmırıq” / Foto

16 İyul 2025 15:32see115

Yarış superkarı ilk dəfə şəhər yollarında görünəcək

16 İyul 2025 05:43see113

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see113

Bu il 100 yeni dövlət standartı qəbul edilib

16 İyul 2025 16:13see112

Göbələk xərçəngin dərmanı imiş

16 İyul 2025 06:06see112

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see112

Livan druzlarının lideri: İsrail Suriyada xaos yaratmaq üçün bəzi druzlardan istifadə edir

16 İyul 2025 18:50see111

TƏBİİ TƏLƏ: Yayın kəşfi ağcaqanadların sonunu gətirəcək

17 İyul 2025 00:56see111

“Real” müdafiəçisinin rekordu

16 İyul 2025 07:18see111

Gürcüstan Rusiyadan deportasiya olunmuş Ukrayna vətəndaşlarını sərhəddən buraxmır

16 İyul 2025 21:25see111

İrəvan imtina edir, yoxsa..?

16 İyul 2025 15:43see111

Türkiyə BƏƏ Yüksək Səviyyəli Strateji Şuranın iclası keçiriləcək

16 İyul 2025 07:30see111

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see111

“Neftçi” yeni ev formasını təqdim edib FOTO

16 İyul 2025 23:05see111

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri