Icma.az
close
up
RU
Böyrəklərin sağlamlığını qoruyan MƏHSULLAR

Böyrəklərin sağlamlığını qoruyan MƏHSULLAR

Saglamolun saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Böyrəklər orqanizmdə çox vacib və çətin funksiyanı yerinə yetirir - qanı toksinlərdən və digər ziyanlı maddələrdən təmizləyir.

Saglamolun.az bildirir ki, düzgün qidalanma insanın sağlamlığında böyük rol oynayır. Böyrəklərin sağlamlığı üçün də düzgün qidalanma çox vacibdir. Böyrəklər üçün ən faydalı sayılan qidalar bunlardır:

- Göyərtilər (cəfəri, şüyüd, kərəviz, keşniş, göy soğan) böyrəklərin fəaliyyətinə çox müsbət təsir edir və bu səbəbdən göyərtini qidalanmaya daim daxil etmək lazımdır. Göyərtilərin bir çoxusu sidikqovucu təsir edir, böyrəkləri duzlardan və qumdan təmizləyir.

- Balqabaq da böyrəklər üçün çox faydalıdır. Balqabaq A və E kimi antioksidant vitaminlərlə zəngindir. Bu vitaminlər orqanizmdə gedən bərpa proseslərində iştirak edir, orqanizmi cavanlaşdırır.

Balqabaq yüngül sidikqovucu təsirə malikdir və bu da böyrəklərin sağlamlığına müsbət təsir edir.

- Alma və qavalı orqanizmdən toksinləri xaric edir, sidikqovucu təsirə malikdir, sidik turşusunun əmələ gəlməsinə mane olur.

- Qarpız böyrəklərin ən sevdiyi məhsuludur. Qarpız güclü sidikqovucu təsirə malikdir, böyrəkləri duzlardan və qumdan təmizləyir, onların fəaliyyətini yaxşılaşdırır.

- Balıq da böyrəklər üçün çox xeyirlidir. Balıq dəmir, fosfor, maqnezium, mis, kalsium kimi minerallar, D vitamini ilə zəngindir. Bu maddələr böyrəklərin sağlamlığına çox müsbət təsir edir.

- İtburnu ən faydalı müalicəvi bitkilərdən biri sayılır. İtburnu bütün orqanizmə müsbət təsir edir, orqanizmi möhkəmləndirir.

İtburnu təbii sidikqovucudur - böyrəkləri yaxşı yuyur, qumdan və duzlardan təmizləyir, hətta kiçik daşları əridir.

- Süd də (orqanizm bu məhsulu normal qəbul edirsə) böyrəklər üçün çox faydalıdır.

Sadaladığımız məhsulları qidalanmanıza daha tez-tez daxil edin.

Bol maye də böyrəklərin sağlamlığı üçün çox vacibdir. Maye böyrəklərə ziyanlı maddələrdən təmizlənməyə kömək edir. Gün ərzində orta hesabla 2 l maye içmək lazımdır. Burada ən yaxşı seçim təmiz su, meyvə şirələri, yaşıl çaydır.

Əksinə isə duzlu, istiotlu qidalar, yağlı ət, hisəverilmiş məhsullar, spirtli içkilər, balıq və ət konservləri, yağlı bulyonlar, ədviyyatlar (çoxlu miqdarda) böyrəklərin sağlamlığı üçün ziyanlıdır. Bu məhsulları qidalanmanızda minimuma çatdırın.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:197
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 07:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see362

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see339

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see282

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see272

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see262

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see252

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see241

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see233

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see231

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see226

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see222

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see220

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see210

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see209

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see201

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see187

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see178

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see170

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see170

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri