Icma.az
close
up
RU
“Böyük beşlik”də ən məhsuldarlar STATİSTİKA İdman və Biz

“Böyük beşlik”də ən məhsuldarlar STATİSTİKA İdman və Biz

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

“Böyük beşlik” ölkələrinin ən yüksək liqalarında komandalar 12-15 arası oyun keçiriblər.

Fərqli liqalarda oyun sayındakı müəyyən fərq tam bərabərhüquqlu yanaşmaya imkan verməsə də, İdman.biz bu çempionatlarda ən məhsuldar futbolçuların statistikasını müxtəlif parametrlərdən nəzərdən keçirib.

5 liqada ən çox qol vuran Robert Levandoskidir (“Barselona”, 15). Harri Keyn (“Bavariya”) 14 qolla 2-ci, Omar Marmuş (“Ayntraxt”) 13 qolla 3-cü göstəriciyə malikdir.

Ev oyunlarında ən çox Harri Keyn (“Bavariya”) fərqlənib - 9. Erlinq Haland (“Mançester Siti”), Yoan Vissa və Brayan Mbuemo (hər ikisi “Brentford”) doğma arenada 7 qol vurublar.

Səfər qollarında Robert Levandovskiyə (“Barselona”) yaxın düşən yoxdur - 10. Omar Marmuş (“Ayntraxt”) 8, Conatan David (“Lill”) 7 dəfə meydan sahiblərini məyus edib.

18 yaşadək futbolçular arasında ən çox (5) qol vuran və ümumiyyətlə qol vuran ən gənc futbolçu 17 yaş 5 aylığında olan Lamin Yamaldır (“Barselona”).

15 qollu Levandovski (“Barselona”) ilə 35 yaşdan yuxarı futbolçular sırasında ən yaxından rəqabət aparan 5 qollu Yaqo Aspasdır (“Selta”). Ümumiyətlə qol vuran ən yaşlı futbolçu cəmi 1 dəfə fərqlənmiş Xesus Navasdır. “Sevilya”nın futbolçusunun 39 yaşı 12 gün bundan öncə tamam olub.

Cərimə meydançası daxilindən ən çox qolu Robert Levandovski (“Barselona”, 14) və Harri Keyn (“Bavariya”, 12) vurublar. Uzaq zərbələrdə isə 3 qollu Koul Palmer (“Çelsi”), Matteus Kunya (“Vulverhempton”) və Federiko Valverde (“Real”Madrid) daha çox fərqləniblər.

Robert Levandovskiyə (“Barselona”) sağ ayaqla vurulan qollarda ən məhsuldarlığa Omar Marmuş (“Ayntraxt”) şərikdir. Hər ikisi 11 dəfə bu cür fərqlənib. Harri Keyn (“Bavariya”) sağ ayaqla 10 qol vurub.

Məhəmməd Salah (“Liverpul”) 11 qolunun hamısını sol ayaqla imza atıb. Erlinq Haland (“Mançester Siti”) da sol ayağa üstünlük versə də, 12 qolunun 10-nu işlək ayağı ilə vurub. Ümumiyyətlə, solaxaylar daha çox Premyer Liqadadır. Koul Palmer (“Çelsi”) və Brayan Mbuemo (“Brentford”) 8 qolun hamısını solaxay zərbə ilə qapıdan keçirib. Premyer Liqa futbolçuları ilə bu sahədə digər liqalardan rəqabət apara bilən tək futbolçu 9 qolunun 8-ni solla vurmuş Rafinyadır (“Barselona”).

Baş zərbələrinin sərrastları Tim Kleyndienst (“Borussiya”Mnxb.) və Mateo Retegidir (“Atalanta”). Hər ikisinin başla 4 qolu var.

Qapıya 20-dən çox zərbə vurmuş futbolçular arasında qolların nisbətində ən yüksək göstərici Kris Vuddadır. “Nottingem”in futbolçusu 22 zərbəsindən 9-nu, yəni 40,91 faizini qola çevirib. 40-dan çox zərbə vuranların liderləri isə 30,43 faizlə (46-dan 14) Harri Keyn (“Bavariya”) və 29,41 (29,41) faizlə Robert Levandovskidir.

Vüqar Məmmədov
İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:291
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 04 Dekabr 2024 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see285

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see266

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see250

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see235

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see229

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see228

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see227

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see227

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see224

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see221

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see220

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see216

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see215

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see204

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see201

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see198

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see191

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri