Böyük Britaniya iqtisadiyyatı üçüncü rübdə durğunluq yaşayıb AZƏRTAC
Icma.az, Azertag saytına istinadən bildirir.
London, 23 dekabr, AZƏRTAC
Böyük Britaniya iqtisadiyyatı iyul-sentyabr aylarında artım nümayiş etdirməyib.
AZƏRTAC xəbər verir ki, Böyük Britaniyanın aparıcı biznes qurumlarından olan CBI son hesabatında iqtisadiyyatın bütün mənfi ssenarilərə doğru yönəldiyini bildirib.
Baş nazir Kir Starmer və maliyyə naziri Reyçel Rivz iyulun əvvəlində hakimiyyətə gəldikdə iqtisadiyyatın ağır vəziyyətdə olduğunu vurğulayıblar. Onlar oktyabrın 30-da açıqlanan büdcədə işəgötürənlər üçün vergi artımı elan ediblər.
Keçən həftə İngiltərə Bankı (“The Bank of England”) dördüncü rübdə də iqtisadiyyatın sıfır artım göstərəcəyini proqnozlaşdırıb. Buna baxmayaraq, inflyasiyanın yaratdığı risklər səbəbindən faiz dərəcələrini dəyişməz saxlayıb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 23 Dekabr 2024 15:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















